01 Sentyabr 2026 10:10
134
İDMAN
A- A+
Azərbaycan cüdoçuları Krakov turnirində komanda hesabında birinci olublar

Azərbaycan cüdoçuları Krakov turnirində komanda hesabında birinci olublar


Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnir başa çatıb. Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

U-16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kiloqram), Hüseyn Şıxəliyev (66 kiloqram) və Məhəmmədəli Mehdi (81 kiloqram) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığmamız 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə etmişdi. Əli Abdullayev (60 kiloqram), Hüseyn Şıxəliyev (66 kiloqram) və Ömər Atayev (81 kiloqram) qızıl, Dünyamalı Asdanlı (66 kiloqram) və Ruslan Kazımov (+90 kiloqram) gümüş, Rəvan Məmmədli (55 kiloqram) və Əli Cəfərov (66 kiloqram) isə bürünc medala layiq görülmüşdülər.

Beləliklə, Azərbaycan cüdoçuları beynəlxalq turniri 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Millimiz bu nəticə ilə yarışın ümumi komanda hesabında birinci yeri tutub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistanlı ekspert: “Azərbaycanın təcrübəsi ŞƏT-in əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyə bilər“

10:50
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkekdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub YENİLƏNİB 

10:45
01 Sentyabr

Robert Sekuta: “ŞƏT ölkələrə regionda müşahidə edilən tərəqqini daha da irəli aparmaq imkanı yarada bilər“

10:40
01 Sentyabr

Ağdamın 12 yaşlı yeni sakini: "Çox xoşbəxtəm ki, Qarabağ torpağında yaşayacağam" 

10:35
01 Sentyabr

Çin ilk dəfə "Pallas" raketini kosmosa buraxıb

10:33
01 Sentyabr

Bakının bəzi yollarında sıxlıq var

10:30
01 Sentyabr

Ağdam sakini: Həsrətimiz sona çatdı

10:27
01 Sentyabr

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

10:25
01 Sentyabr

Ağdama qayıdan keçmiş məcburi köçkün: Ən böyük arzum odur ki, gələcək nəsil firavan yaşasın

10:23
01 Sentyabr

Böyük Qayıdış: Daha 117 ailə Ağdam şəhərinə yola salınıb

10:20
01 Sentyabr

ABŞ-nin ordu katibi istefa verib

10:17
01 Sentyabr

İran ABŞ-yə məxus daha bir PUA-nın vurulduğunu açıqlayıb

10:15
01 Sentyabr

Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb

10:12
01 Sentyabr

Azərbaycan cüdoçuları Krakov turnirində komanda hesabında birinci olublar

10:10
01 Sentyabr

Azərbaycan Kubokunda 97 boksçu mübarizə aparacaq

10:00
01 Sentyabr

Cəfər Cabbarlı irsi yeni təqdimatda

09:50
01 Sentyabr

Milli maarifçiliyin "Nəşri-maarif" yolu

09:40
01 Sentyabr

Qədim "Şah Abbas" məscidi yeni görkəmdə

09:30
01 Sentyabr

Yarım əsrdən çox Azərbaycan dilinin keşiyində 

09:20
01 Sentyabr

"Könlü balıq istəyənin..."

09:20
01 Sentyabr

Cari ilin 6 ayında xarici ticarətdə 9,3 milyard dollarlıqdan çox müsbət saldo yaranıb

09:20
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!