12 İyun 2025 08:15
1188
SİYASƏT
A- A+
Azərbaycan beynəlxalq tədbirlərin əsas mərkəzlərindən biridir

Azərbaycan beynəlxalq tədbirlərin əsas mərkəzlərindən biridir


Bütün bunlar həm də respublikamıza qlobal səviyyədə olan yüksək ehtiramdan və etimaddan xəbər verir


Respublikamız və xüsusən Bakı şəhəri uzun müddətdir ki, dünyada beynəlxalq tədbirlər mərkəzi kimi tanınır. Azərbaycanın inkişafı və burada möhkəm siyasi-ictimai sabitliyin hökm sürməsi ölkəmizi qlobal ictimaiyyət üçün cəlbedici edir. Elə buna görə Bakıda indiyə qədər çoxsaylı mötəbər beynəlxalq tədbirlər təşkil olunub.


Hər bir tədbir yüksək təşkilatçılığı ilə yadda qalıb


"Avroviziya" mahnı müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və hazırda da Bakıda keçirilməsi davam edən "Formula-1" kimi kütləvi beynəlxalq tədbirlər yüksək təşkilatçılığı ilə yadda qalıb. Bundan başqa indiyədək ölkəmizdə beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzulu tədbirləri keçirilib. Fəaliyyətdə olan, habelə sabiq dövlət və hökumət başçılarının, tanınmış siyasi xadimlərin, dünyanın müxtəlif yerlərindən gələn siyasi ekspertlərin, jurnalistlərin iştirakı ilə keçirilən Qlobal Bakı Forumu artıq ənənə halını alıb. Son olaraq bu ilin martında Bakıda "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu keçirilib. Prezident İlham Əliyevin himayəsi altında keçirilən bu foruma beynəlxalq səviyyədə böyük maraq var.

Bakı həm də digər beynəlxalq tədbirin - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi ünvandır. Bu ilin mayında Bakı VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edib. Bu forum Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsidir. "Bakı Prosesi" bütün dünyada mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul olunur.

Son dövrlərdə Bakıda keçirilən başqa bir beynəlxalq tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  oldu. 2024-cü ilin noyabrında keçirilən COP29-da 197 ölkədən 80 minə yaxın iştirakçı, o cümlədən  80 prezident, vitse-prezident və baş nazir iştirak etdi. Ölkəmizə gələn xarici qonaqlar yerli və xarici media resurslarına açıqlamalarında COP29-un yüksək səviyyədə təşkil olunduğunu bildirdilər. 

Qarşıdakı dövrdə də Azərbaycan bir neçə beynəlxalq tədbirə evsahibliyi edəcək. Bunlardan biri 2025-ci ilin payızında keçiriləcək III MDB Oyunlarıdır. III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, "2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı" olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək. Əlbəttə ki, respublikamızın Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə evsahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzuna, gələcəkdə belə mühüm layihələrin respublikamızda daha yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcək.


Bakı Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına evsahibliyi edəcək


Qarşıdakı dövrdə respublikamızda keçiriləcək digər növbəti beynəlxalq tədbir  BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası olacaq. Qeyd edək ki, Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun "Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək" mövzusunda 2022-ci ilin iyun ayında Polşanın Katovitse şəhərində keçirilən 11-ci sessiyasında videoformatda çıxışı zamanı  Azərbaycanın Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə evsahibliyi etmək arzusunda olduğunu bildirmişdi. "Əminəm ki, yüksəksəviyyəli beynəlxalq tədbirlərə evsahibliyi etməkdə böyük təcrübəyə malik ölkə olan Azərbaycanda Ümumdünya Şəhər Forumunun keçirilməsi uğurlu olacaqdır", - deyə dövlətimizin başçısı qeyd etmişdi. Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb.

Respublikamızda şəhərsalma fəaliyyəti sosial-iqtisadi inkişafın əsas hədəflərindən biridir. Son illərdə ölkəmizdə bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində müxtəlif layihələr həyata keçirilir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra isə respublikamızda şəhərsalma fəaliyyəti yeni mərhələyə qədəm qoyub. İşğaldan azad edilmiş şəhərlərimiz ən müasir tələblər,  o cümlədən "ağıllı" şəhər konsepsiyaları əsasında bərpa olunur. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə şəhər, kənd və qəsəbənin planlı şəkildə yenidən qurulması həyata keçirilir. 

Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə respublikamızda milli şəhərsalma forumları keçirilib. Azərbaycanın müasir şəhərsalma təcrübəsi məhz bu forumlar vasitəsilə bütün dünyaya bəyan olunub. Ağdam və Zəngilanda keçirilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platformaya çevrilib. Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası isə respublikamızın inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!