10 Fevral 2026 17:09
400
İQTİSADİYYAT
A- A+
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı: Strateji tərəfdaşlığın yeni konturları

Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı: Strateji tərəfdaşlığın yeni konturları

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyətinin və gələcək istiqamətlərinin konkret müzakirəsi baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirilir.

Nümayəndə heyətinə ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi, Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcə də enerji, texnologiya, maliyyə, nəqliyyat, rəqəmsal platformalar və istehlak bazarı üzrə fəaliyyət göstərən aparıcı Amerika və transmilli şirkətlərin rəhbər şəxsləri daxil olub.

Bu görüş Azərbaycan-ABŞ münasibətlərinin yalnız ikitərəfli iqtisadi əlaqələr çərçivəsində deyil, həm də regional enerji təhlükəsizliyi, qlobal ticarət zəncirlərinin yenidən formalaşması və postpandemiya dövründə beynəlxalq iqtisadi prioritetlərin dəyişməsi kontekstində qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

AZƏRTAC Azərbaycan və ABŞ arasında enerji, texnologiya, maliyyə və logistika sahələrində dərinləşən iqtisadi əməkdaşlığı, eləcə də ölkəmizin regional və qlobal miqyasda strateji tərəfdaş və etibarlı investisiya platforması kimi rolunu təhlil edib.


Enerji əməkdaşlığı: münasibətlərin əsas dayağı

Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin əsasını təşkil edən enerji əməkdaşlığı son üç onillik ərzində konkret maliyyə dayanıqlığı və geosiyasi nəticələr formalaşdırıb. ABŞ və Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan enerji layihələri çərçivəsində Azərbaycanın neft-qaz sektoruna on milyardlarla ABŞ dolları həcmində birbaşa xarici investisiya cəlb olunub. Xüsusilə bp, “ExxonMobil”, “Baker Hughes”, “Shell International” kimi transmilli korporasiyaların iştirakı nəticəsində Azərbaycan sabit ixrac gəlirləri hesabına makroiqtisadi dayanıqlıq əldə edib, Dövlət Neft Fondu vasitəsilə strateji valyuta ehtiyatları formalaşdırılıb, ABŞ və tərəfdaş ölkə şirkətləri üçün uzunmüddətli hasilat və xidmət müqavilələri təmin edilib.

Layihələr çərçivəsində yerli kadrların hazırlanması, Azərbaycanın podratçı və xidmət şirkətlərinin beynəlxalq layihələrə cəlb olunması, texnoloji və idarəetmə təcrübəsinin ötürülməsi kimi real iqtisadi təsirlər formalaşıb. Nəticədə enerji sektoru yalnız ixrac gəlirləri mənbəyi deyil, həm də iqtisadiyyatın digər sahələrinə təsir göstərən lokomotiv funksiyası qazanıb.

Bu əməkdaşlığın mühüm komponentlərindən biri Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrdir. Sözügedən layihələr Azərbaycan üçün enerji ixracının coğrafiyasını genişləndirməklə yanaşı, Avropa ölkələrinə alternativ enerji mənbələrinə çıxış imkanı yaradıb. ABŞ üçün isə bu layihələr Avrasiyada enerji təhlükəsizliyinin şaxələndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Son mərhələdə enerji əməkdaşlığı karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinin inkişafı və texnoloji modernləşmə istiqamətində yeni məzmun qazanır ki, bu da ABŞ şirkətləri üçün yaşıl enerji texnologiyalarının ixracı baxımından əlavə imkanlar yaradır.


Texnologiya və rəqəmsal sektor: dövrün yeni çağırışları və prioritetlər

Nümayəndə heyətində “Apple”, “Meta”, “Ericsson”, “Motorola Solutions”, “Illumina” kimi şirkətlərin təmsil olunması Azərbaycan-ABŞ əməkdaşlığında texnologiya və rəqəmsal sektorun prioritet istiqamətə çevrildiyini təsdiqləyir. Bildiyimiz kimi, Azərbaycan son illərdə elektron hökumət xidmətlərinin genişləndirilməsi, rəqəmsal maliyyə və ödəniş sistemlərinin tətbiqi, kibertəhlükəsizlik və telekommunikasiya infrastrukturunun yenilənməsi istiqamətində ardıcıl islahatlar həyata keçirir.

“Apple” və “Meta” kimi şirkətlərin məhsul və platformaları Azərbaycanda elektron ticarətin genişlənməsinə, rəqəmsal reklam bazarının formalaşmasına və yerli bizneslərin qlobal rəqəmsal bazarlara çıxış imkanlarının artmasına şərait yaradır.

Bu kontekstdə ABŞ texnologiya nəhənglərinin Bakıya marağı təsadüfi xarakter daşımır və Azərbaycanın rəqəmsal transformasiya gündəliyinin artıq regional miqyasda diqqət çəkən mərhələyə çatdığını göstərir.

“Ericsson” və “Motorola Solutions” kimi şirkətlər mobil rabitə, kommunikasiya sistemləri və ictimai təhlükəsizlik sahəsində texnoloji həllər təqdim etməklə ölkənin telekommunikasiya infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verə bilər. “Illumina”nın təmsil olunması isə biotexnologiya və genomika sahəsində elmi-tədqiqat potensialının genişləndirilməsi və rəqəmsal səhiyyə istiqamətində yeni imkanlar yaradır.

Bu proses ABŞ texnologiya şirkətləri üçün ikiqat fayda yaradır. Bir tərəfdən dövlət və özəl sektorla əməkdaşlıq çərçivəsində konkret texnologiya və xidmət müqavilələri formalaşır, digər tərəfdən isə Azərbaycan ABŞ şirkətləri üçün Qafqaz və Mərkəzi Asiya regionuna çıxış nöqtəsi funksiyasını yerinə yetirir. Biotexnologiya, rəqəmsal səhiyyə, böyük verilənlərin emalı və 5G texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan sahələrin inkişafına xidmət edir. Beləliklə, bu əməkdaşlıq bilik transferi, insan kapitalının inkişafı və innovativ ekosistemin gücləndirilməsi baxımından da uzunmüddətli struktur üstünlükləri formalaşdırır.


Maliyyə, logistika və qlobal ticarət zəncirləri

Görüşdə “J.P. Morgan”, “Visa”, “Mastercard”, “Wabtec”, “Boeing Global”, “Honeywell”, “Marriott” kimi şirkətlərin iştirak etməsi isə əməkdaşlığın maliyyə və nəqliyyat-logistika ölçülərini ön plana çıxarır. Təbii ki, bu da təsadüfi deyil. “Visa” və “Mastercard”ın fəaliyyəti Azərbaycanda nağdsız ödənişlərin payının artmasına, maliyyə sisteminin beynəlxalq standartlara inteqrasiyasına töhfə verir. “J.P. Morgan” kimi maliyyə institutları isə iri infrastruktur və enerji layihələrinin maliyyələşdirilməsində iştirak etməklə ABŞ kapitalının regiondakı mövqelərini gücləndirir.

Azərbaycanın hava və dəmir yolu infrastrukturunun yenilənməsi, regionda sabitlik və tranzit təhlükəsizliyi, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşməsi ölkəni ABŞ biznesi üçün iqtisadi baxımdan cəlbedici tərəfdaşa çevirir. “Boeing Global” və “Wabtec” üçün bu, aviasiya və dəmir yolu texnologiyalarının ixracı, “Marriott” üçün isə turizm və biznes xidmətləri bazarının genişlənməsi deməkdir. Bu reallıqlar fonunda Azərbaycan tədricən yalnız tranzit ölkə deyil, eyni zamanda, regional logistika və maliyyə mərkəzi kimi mövqelərini möhkəmləndirir.

Heç şübhəsiz bütün bu proseslərdə Azərbaycanda postmünaqişə mərhələsindən sonra yaradılan cəlbedici investisiya mühiti əhəmiyyətli rol oynayır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma prosesi ABŞ şirkətləri üçün yeni əməkdaşlıq sahələri açır. Enerji, tikinti texnologiyaları, “ağıllı” şəhər konsepsiyaları və xidmət sektoru bu kontekstdə xüsusi diqqət mərkəzindədir. ABŞ Ticarət Palatasının bu yüksəksəviyyəli təmsilçiliyinin Bakıya səfəri göstərir ki, ABŞ biznes dairələri Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasını və regiondakı rolunu praktik investisiya prizmasından qiymətləndirir.

Əminliklə deyə bilərik ki, ABŞ Ticarət Palatasının yüksək səviyyəli nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan-ABŞ iqtisadi münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu mərhələ enerji təhlükəsizliyi, rəqəmsal transformasiya və qlobal ticarət zəncirlərinin kəsişməsində Azərbaycanın strateji rolunun daha aydın konturlar alması ilə xarakterizə olunur. Görüş bir daha təsdiqləyir ki, Azərbaycan regional sabitlik, proqnozlaşdırılan iqtisadi siyasət və uzunmüddətli tərəfdaşlıq baxımından ABŞ biznesi üçün etibarlı və perspektivli platforma olaraq qalır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!