12 Mart 2026 20:24
746
CƏMİYYƏT
A- A+
Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  


Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Daxili Qoşunların yaranma günü münasibətilə şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Tədbir çərçivəsində şəhid ailə üzvləri və qazilərlə görüş keçirilib. Görüşdə şəhidlərə və qazilərə ehtiramını bildirən səlahiyyətli nümayəndə bu kateqoriyadan olan ailələrin dövlətimizin xüsusi qayğısı ilə əhatə olunduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və tapşırığı ilə şəhid ailələrinin, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin, veteranların sosial təminatı və rifahının yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülür.

Səlahiyyətli nümayəndə bildirib ki, digər qoşun növləri kimi, yarandığı gündən etibarən Daxili Qoşunların şəxsi heyəti də ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir. Qoşunlara göstərilən diqqət və qayğı nəticəsində onun inkişaf və yüksəliş yolunun möhkəm təməli qoyulub. Xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Daxili Qoşunlar müasir maddi-texniki baza və yüksək döyüş hazırlığına malik çevik hərbi quruma çevrilib.

Qeyd olunub ki, Ulu Öndərin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən, 12 mart – Daxili Qoşunlar Günü kimi təsis edilib. Bu tarix Daxili Qoşunların şərəfli xidmət yoluna verilən yüksək qiymətin və qoşunlara göstərilən etimadın ifadəsidir. Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda gedən döyüşlərdə Daxili Qoşunların şəxsi heyətindən 682 nəfər şəhid olub, 9 nəfər hərbi qulluqçu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Vətən müharibəsi zamanı isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 4 nəfər hərbi qulluqçu “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb.

Ceyhun Cəlilov Daxili Qoşunların ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində göstərdiyi şücaəti, respublikamızın hər yerində, o cümlədən işğaldan azad edilmiş şəhər və rayonlarda hərbi qulluqçuların polis əməkdaşları ilə birlikdə ictimai asayişin, təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərini Prezident İlham Əliyevin yüksək qiymətləndirdiyini qeyd edib.

Muxtar respublikanın daxili işlər naziri, polis general-mayoru Süleyman Neymətov bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə və şəxsi heyətin peşəkarlığının artırılmasına mühüm töhfə verir.

Qeyd olunub ki, 34 il ərzində formalaşan zəngin xidmət təcrübəsi, möhkəm nizam-intizam, yüksək döyüş hazırlığı və Vətənə sarsılmaz bağlılıq bu gün də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Nazir bildirib ki, qazanılmış əməliyyat təcrübəsi və institusional inkişaf şəxsi heyətin peşəkar potensialını daha da gücləndirib, qarşıya çıxan çağırışlara çevik və adekvat reaksiya vermək imkanlarını artırıb. Daim təkmilləşdirilən hazırlıq sistemi, müasir yanaşmaların tətbiqi və peşəkar kadr potensialı Daxili Qoşunların dayanıqlı inkişafını təmin edən əsas amillərdəndir.

Vurğulanıb ki, Daxili Qoşunların şəxsi heyəti qarşıya qoyulan vəzifə və tapşırıqların icrasına hər zaman hazırdır.

Görüşdə iştirak edən şəhid ailələri üzvləri və qazilər şəhid adına verilən yüksək dəyərə, həyata keçirilən sosial dəstək tədbirlərinə və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda şəhid ailələri üzvlərinə hədiyyələr təqdim olunub. Daxili Qoşunların fəaliyyətini və keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbir şəhid ailələri üzvlərinin, qazilərin və şəxsi heyətin iştirakı ilə nahar süfrəsi ətrafında davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

Azərbaycanın Mərkəzi Asiya istiqamətində sülh və təhlükəsizlik modeli

08:27
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!