01 Sentyabr 2024 18:33
103
İDMAN
A- A+

Azər Bağırov: Ağır yükün altına girdim


Ağır yükün altına girdim. İnanıram ki, Gəncə futbolsevərləri ilə birlikdə bunun öhdəsindən gələcəyik və klubun ənənələrini geri qaytaracağıq. Bunu “Report”a açıqlamasında “Kəpəz”in yeni baş məşqçisi Azər Bağırov təyinatı ilə bağlı danışarkən deyib. 40 yaşlı mütəxəssis bir sıra dəyişikliklər ediləcəyini söyləyib: “Qarşıma həmişə çətinliklərə sinə gərmək məqsədi qoyuram. Gəncə böyük futbol məkanıdır. Nə qədər çətin olduğunu bilirəm. Bu mənim üçün bir çağırışdır. Rəhbərliklə söhbətimiz olub, bir sıra dəyişikliklər edəcəyik. Əsas olan məşq meydanlarıdır ki, onlar da qaydasındadır. Qalır əsas meydanla bağlı problem. Yəqin ki, 2025-ci ilin sonuna qədər həll olunar. Hər halda, hazır olmaq lazımdır”.
O, komandada da yeniliklər olacağını nəzərə çatdırıb: “Komandada mütləq dəyişikliklər olacaq. Demirəm ki, çox çatışmazlıqlar var. Sadəcə, bəzi məsələlər var ki, mən Adil Şükürovdan fərqli baxacağam. Adil müəllimin əziyyəti olub, Gəncədə böyük işlər görüb. Xırda dəyişikliklər edəcəyik, ümidvaram ki, bu, nəticələrə də təsir göstərər. İnanıram ki, yaxşı kollektiv formalaşdıracağıq. Bundan sonra hara qədər irəliləyə biləcəyimizi görəcəyik”.

A.Bağırov sentyabrın 3-dən etibarən komandanı məşqlərə çıxaracağını bildirib:

“Gəncədə futbolu yaxşı bilirlər. İnanıram ki, komandadakı dəyişikliklər Gəncə futbolsevərlərinin istəyinə cavab verəcək və ürəklərincə olacaq. Azarkeşlərdən zəng vuranlar, təbrik edənlər olub. Sabah Gəncəyə qayıdıram, birisigün məşqlərə başlayacağıq. Azarkeşlərlə sıx-sıx görüşüb müzakirələr aparacağıq. Necə lazımdırsa, elə də addımlar atacağıq”.
Qeyd edək ki, mütəxəssis Gəncə klubu ilə 2 illik müqavilə imzalayıb. Komanda yeni mövsüm başlayandan hələ ki, xal qazana bilməyib. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video