01 Sentyabr 2024 20:08
109
SİYASƏT
A- A+

Britaniyalı parlamentari: Azərbaycan xalqı 30 ildən sonra yenidən doğma torpaqlarında səs verdiyi üçün xoşbəxtdir

 

Parlamentari olaraq Azərbaycan üzrə bütün partiyaların dostluq qrupunun üzvüyəm. Biz müntəzəm görüşlər keçirir, Azərbaycanla bağlı məsələləri və ölkələrimiz arasında münasibətləri müzakirə edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallıq parlamentinin Lordlar Palatasının üzvü Qurban Hussain Azərbaycanda keçirilən növbədənkənar seçkilərə dair mətbuat-konfransında deyib.

Şuşada və Fizulidə seçki prosesini yaxından izlədiyini deyən qonaq əlavə edib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycandakı səsvermə sistemi və prosesi Birləşmiş Krallıqdakı ilə eynidir. Seçicilər sərbəst şəkildə şəxsiyyətlərini təsdiq edən sənədlə seçki məntəqəsinə yaxınlaşır və kabinələrdə gizlin səs verirdilər. Regiondakı insanlar da çox xoşbəxt görünürdülər. Azərbaycan xalqı - Qarabağdakı keçmiş məcburi köçkünlər 30 ildən sonra yenidən doğma torpaqlarında səsvermə prosesində iştirak etdikləri üçün xoşbəxtdirlər. Bunu görmək mənim üçün də çox xoş oldu. Seçkilərdə davamlı iştirak da diqqətimdən qaçmadı. Bu, Birləşmiş Krallıqdan kənarda izlədiyim ilk seçki prosesi idi və mən nə ilə qarşılaşacağımı bilmirdim. Lakin seçki prosesi ilə bağlı hər şey eynilə Birləşmiş Krallıqdakı kimi keçdi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video