03 Aprel 2025 15:02
488
Mədəniyyət
A- A+
Attestasiyanın ilkin nəticələri: yüksək peşəkar müəllimlər və mədəniyyət təhsili sistemində dəyişikliklər

Attestasiyanın ilkin nəticələri: yüksək peşəkar müəllimlər və mədəniyyət təhsili sistemində dəyişikliklər


Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyasına başlanılıb. Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, attestasiya prosesində əldə olunan nəticələr musiqi və incəsənət təhsilinin inkişafı baxımından önəmli müsbət göstəricilər ortaya çıxıb. Attestasiya zamanı uyğun qiymətlərlə keçən müəllimlərin böyük əksəriyyəti yüksək peşəkar səviyyədə qiymətləndirilib, bu da musiqi və incəsənət məktəblərimizdə çalışan yüksək potensiala sahib müəllimlərin olduğunu göstərir.

Attestasiyada uğur qazanmış müəllimlər arasında Bakı şəhəri üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və 2 saylı Rəşid Behbudov adına İncəsənət Məktəbi kimi məktəblərin müəllimləri xüsusilə yaxşı nəticələr əldə ediblər. Bu məktəblərdə çalışan müəllimlərin böyük əksəriyyəti attestasiya prosesini uğurla başa vurub, bu da həmin təhsil müəssisələrinin keyfiyyətli təhsil verdiyini göstərir.

Yaşı 60-dan yuxarı olan müəllimlərin əksəriyyəti də attestasiya prosesində müsbət qiymətləndirilib. Bu, yaşlı müəllimlərin təcrübəsinin və müasir pedaqoji yanaşmalara uyğunlaşmalarının təhsildəki mühüm rolunu bir daha sübut edir.

Uğur qazanmayıb, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlər üçün isə işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanır. Onlar MİQ imtahanlarında daha yüksək nəticə göstərsələr, məktəblərə qayıtmaq imkanı əldə edəcəklər.

Bundan əlavə, yerli təhsili idarəetmə orqanlarında xüsusi komissiyalar yaradılacaq. Bu komissiyalar vasitəsilə uğur qazanmayıb, lakin gələcəkdə inkişaf edəcək müəllimlərə dəstək veriləcək, sosial statusları mərhələli şəkildə qiymətləndiriləcək və alternativ iş yerlərinə yönləndiriləcəklər.

Attestasiya zamanı 650 nəfər, başqa sözlə hər üç müəllimdən biri, ən yüksək nəticə ilə - 5 komissiya üzvünün hər birinin müsbət qiyməti ilə attestasiya prosesindən uğurla keçib. Prosesin ilk mərhələsində iştirak edən 47 məktəbdən 15 məktəbin müəllimlərinin 90 faizdən çoxu attestasiyanı uğurla başa vurub.

Son illər ərzində müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək işə qəbul olan müəllimlərin hamısı attestasiyadan uğurla keçib. Attestasiya prosesi tam videomüşahidə ilə şəffaf şəkildə keçirilib, iştirakçı müəllimlərin cavabları tam arxivləşdirilib.


492 müəllim attestasiya komissiyalarının qiymətləndirməsinə əsasən tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə, əmək müqavilələrinə xitam verilməyəcək. Yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq.

Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər.

Attestasiyada uğur qazanmayan, lakin gələcəkdə daha yaxşı nəticələr əldə etmək potensialı olan müəllimlərin (təxminən 300 nəfər) işə qəbul imtahanlarında iştirak etmək hüququ saxlanılır. Onlar MİQ imtahanlarında yüksək nəticə göstərməklə məktəblərə qayıtmaq imkanı əldə edəcəklər.

Yerli mədəniyyət idarələrində (Bakı və Abşeron-Xızı regionu üzrə) xüsusi komissiyalar vasitəsilə 2 lehinə, 3 əleyhinə səslə qiymətləndirilən müəllimlərlə iş aparılacaq, eləcə də yaşı 60-dan yuxarı olan, habelə bir sıra ağır xəstəliklərdən əziyyət çəkən təhsilverənlərə alternativ iş imkanları yaradılacaq.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ötən ilin son rübündə növbəti ildə müəllimlərin attestasiyasının keçirilməsi təhsil müəssisələrinin iş planına daxil olunub, müəllimlərə müvafiq bildirişlər göndərilməklə yanaşı, onlara ən azı 3 ay əvvəl attestasiya proqramları təqdim edilib.

Attestasiya prosesinin şəffaf təşkili, qiymətləndirmənin obyektiv aparılması məqsədilə peşəkar ekspertlər cəlb olunmaqla hər biri 5 nəfərdən ibarət 10 komissiya yaradılıb. Komissiyaların tərkibinə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 20-yə yaxın professor və dosenti, eləcə də Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, ixtisaslaşmış musiqi və incəsənət məktəblərinin təcrübəli müəllimləri daxil edilib.

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiya prosesi davam edir. 2025-2026-cı illərdə bütün ixtisaslar üzrə müəllimlərin attestasiyasının keçirilməsi nəzərdə tutulub.


Bir sözlə əldə olunan müsbət nəticələr, Azərbaycan təhsilinin daha da inkişafı üçün atılan mühüm addımları göstərir və gələcəkdə daha keyfiyyətli təhsil təminatı baxımından əhəmiyyətli irəliləyişlərə yol açacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:52
08 Aprel

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

00:51
08 Aprel

"İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:50
08 Aprel

Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında

00:49
08 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan laminat təbəqələrin satın alınması məqsədilə müsabiqə elan edir

00:48
08 Aprel

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb  

21:51
07 Aprel

David Babayandan etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi - MƏHKƏMƏ 

21:03
07 Aprel

Premyer Liqada XXIX tura yekun vurulub  

20:41
07 Aprel

Gimnaziada: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb  

20:19
07 Aprel

Tramp Çinə tətbiq edəcəyi vergini 50 faiz qaldıracağını açıqlayıb

19:57
07 Aprel

David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı  

19:46
07 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib  

19:41
07 Aprel

Azərbaycan və İsrail yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını müzakirə edəcək  

19:35
07 Aprel

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

19:23
07 Aprel

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:17
07 Aprel

“Jewish Press”: Azərbaycanın “İbrahim razılaşması”na qoşulacağı günə ümidliyik  

19:06
07 Aprel

Gimnaziada: Azərbaycanın 10 yunan-Roma güləşçisindən 9-u medal qazanıb

18:53
07 Aprel

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!