07 Aprel 2025 21:51
387
SİYASƏT
A- A+
Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb  

Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb  


Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında Memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Azərbaycan Respublikası Milli Məclisinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova imzalayıb.

Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Fondun prezidenti Aktotı Raimkulova bu Memorandumun, Türk dünyasında mədəni əlaqələrin gücləndirilməsi və ortaq irsin qorunması baxımından töhfələr verəcəyinə əminliyini ifadə edib. O, Türk Mədəniyyəti və İrsi Fondu ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında qurulan bu əməkdaşlığın, türk mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılmasına və təşviqinə yeni imkanlar yaradacağını qeyd edib.

Görüş Fond ilə Şəbəkə arasındakı əməkdaşlığın gələcək planları üzərində müzakirələrlə davam edib. Bu gün Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IV konfransına qatılıb.

“Bandunq Ruhunun 70 illiyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş tədbirə Azərbaycan Respublikasının Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.

Konfrans çərçivəsində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun mədəni müxtəliflik və sülh dəyərlərinin təşviqinə yönəlmiş fəaliyyəti barədə konfrans iştirakçılarına məlumat verib.

Bu istiqamətdə UNESCO, ICESCO, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TÜRKPA və digər beynəlxalq tərəfdaşlarla həyata keçirilən əməkdaşlıq layihələrini diqqətə çatdırıb.

O, həmçinin Fondun Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə, 6 aprel 2025-ci il tarixində tərəflər arasında Anlaşma Memorandumunun imzalandığını və bunun tərəfdaşlığın yeni mərhələsinə keçidin göstəricisi olduğunu vurğulayıb.

Tədbirin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirən Fondun prezidenti belə beynəlxalq platformaların ortaq dəyərlərin təşviqi və bölgədə türk xalqları başda olmaqla, qlobal mədəni əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini bildirib.

Konfrans zamanı Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və regional mədəni əməkdaşlığa verdiyi töhfə yüksək qiymətləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz bayramı ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim edilib

19:15
14 Aprel

Rumıniya nümayəndə heyəti Bakıda bəstəkar Corce Eneskunun abidəsini ziyarət edib

19:13
14 Aprel

Konstitusiya Məhkəməsində yeni təyin olunmuş hakim Xanlar Vəliyev kollektivə təqdim edilib

19:11
14 Aprel

Fransada uşaq hüquqlarının müdafiəsi sahəsindəki vəziyyətlə bağlı BMT-yə şikayət olunub

18:34
14 Aprel

Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə sıx və uğurlu əməkdaşlıq təcrübəsinə malikdir  

18:32
14 Aprel

Dünyanın ən çox yüklənən tətbiqi – “ChatGPT”

18:06
14 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:55
14 Aprel

Baş nazir Əli Əsədov Rumıniya Parlamenti Senatının sədri ilə görüşüb

17:54
14 Aprel

HDQ-nin dalğıc heyəti ilə təlim-metodiki toplanış keçirilib

17:53
14 Aprel

Kreml: Münasibətlərin bərpası yolunun əvvəlində Moskvanın Vaşinqtondan böyük gözləntiləri olmayıb  

17:52
14 Aprel

Volodimir Zelenski: Aprel ayından bəri Rusiya Ukraynaya qarşı 2800 bomba, 1400 PUA və 60-a yaxın raketdən istifadə edib  

17:50
14 Aprel

UEFA Azərbaycanı mükafatlandırıb

17:48
14 Aprel

DSX Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb  

17:48
14 Aprel

Mirça Abrudean: Rumıniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişafı üçün böyük potensial var  

17:47
14 Aprel

“Aqroservis”in İdarə Heyətinin sədri Lənkəranda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib  

17:45
14 Aprel

Litvanın xarici işlər nazirinin müavini Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin qarşısında duran çağırışlar barədə məlumatlandırılıb  

17:42
14 Aprel

Peter Siyarto: Macarıstan Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləməyəcək

16:56
14 Aprel

Si Cinpin: Ticarət müharibələrinin qalibi olmayacaq

16:55
14 Aprel

Luka Modriç İngiltərə klubunun sahibi olacaq

16:50
14 Aprel

Ermənistan növbəti dəfə dezinformasiya xarakterli məlumat yayıb

16:48
14 Aprel

Rayonlarda leysan yağacaq, dağ çaylarından sel keçəcək - XƏBƏRDARLIQ  

16:47
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!