11 Yanvar 2025 09:00
339
İQTİSADİYYAT
A- A+
ASF çağırış edir

ASF çağırış edir


Vaxtında müraciət risklərdən daha etibarlı qorunmaq deməkdir


Dünyada ciddi iqlim dəyişikliyi baş verir və bu, həlli çətin problemlərlə müşayiət olunur. Vəziyyət o qədər təhlükəlidir ki, indi dünya işini-gücünü atıb bu bəla ilə mübarizə aparır. Çünki prosesin qarşısı vaxtında alınmasa, qarşıda bəşəriyyəti daha böyük fəsadlar gözləyə bilər.

Keçən il noyabrın 11-24-də Bakıda keçirilən COP29-da ən çox müzakirə edilən  məsələlər sırasında həmin fəsadlardan biri - iqlim dəyişikliyinin kənd təsərrüfatına vurduğu ziyanla bağlı olub. Bu da təsadüfi deyil - aqrar sektorda məhsulun və məhsuldarlığın yüksək olması birbaşa iqlimlə bağlıdır. Son dövrlər baş verən aşırı yağışlar, sel və quraqlıqların ən çox kənd təsərrüfatına ziyan vurması bu problemin ciddiliyindən xəbər verir. 

Təsəvvür edin ki, kənd təsərrüfatı ilə məşğul olan fermer əlində olan bütün vəsaitdən istifadə edərək torpağa toxum əkir. Amma sel suları, dolu və ya quraqlıq üzündən məhsul əldə edə bilmir və iflasa uğrayır. Ən pisi odur ki, belə olan halda bunun ziyanı təkcə fermerə dəymir, geniş əhali kütləsi ərzaq çatışmazlığından və ya qiymət bahalığından əziyyət çəkməli olur. Daha uzağa getsək, dünyada ərzaq qıtlığı yaranır və dövlətlər ərzaq təhlükəsizliyinin təminatı kimi problemi həll etməyə məcbur olurlar, onu da bacarsalar.

Bu bacarığın ən yaxşı yollarından biri isə aqrar sığortanın tətbiqidir. Məlumdur ki, bu gün Azərbaycanda kəndlinin əkin sahələrini və ev heyvanlarını sığorta etmək imkanı maddi cəhətdən yüksək deyil. Bunu bilən dövlət kəndliyə sahib çıxır - fermerlərin sığorta haqqının 50 faizini təmənnasız öz üzərinə götürür. Həmin hesaba ölkəmizdə əkin sahələrinin və mal-qaranın sığortası fermerlərimiz üçün artıq əlçatandır. Əgər, məsələn, 1 hektar taxıl sahəsinin və ya 1000 manatlıq taxıl məhsulunun sığortalanması kəndliyə 8-20 manata başa gəlirsə, niyə də olmasın?!

O səbəbdən, daha doğrusu, dövlət dəstəyi nəticəsində Azərbaycanda kənd təsərrüfatının davamlılığını təmin etmək və təsərrüfatların çoxsaylı riskdən qorunması məqsədilə tətbiq edilən aqrar sığortadan istifadə edən və faydalanan fermerlərin sayı artmaqdadır. Bu isə həm də sığorta ödənişlərinin artması deməkdir. Aqrar Sığorta Fondu (ASF) çoxsaylı hadisə nəticəsində bitkiçilik və heyvandarlıq sığortası üzrə fermerlərə indiyə qədər ümumilikdə 10 milyon manatdan çox ödəniş edib. Aqrar sığorta ödənişlərinin 77 faizdən çoxu bitkiçilik üzrə baş vermiş hadisələrə görə həyata keçirilib. İndiyə qədər əkinlərə dəyən zərərə görə ASF tərəfindən fermerlərə 7 milyon 784 min manat ödəniş olunub. Sığorta ödənişlərinin artımı fermerlərin aqrar sığorta sisteminə inamının yüksəldiyini və sistemin əhatəsinin artmasını göstərir.

2023-cü ildə aqrar sığorta hadisələri üzrə müraciətlər 30 rayondan qeydə alınmışdısa, keçən il ölkəmizin 50 rayonundan 1700-dən çox müraciət daxil olub. Müraciət sayı 2023-cü illə müqayisədə 42 faiz artıb. Həmin müraciətlər fondun sığorta etdiyi 400 min hektardan artıq əkin sahəsinin 140 min hektarını əhatə edir.

Sığorta hadisələrində əsasən qeyri-sabit təbiət hadisələri arasında güclü yağış, sel-subasma, leysan, fırtına, doluvurma üstünlük təşkil edir. Məhz buna görə də əsas zərər bitkiçilik sahəsində müşahidə olunur. Hazırda bütün bu hadisələr araşdırılır və müvafiq ödənişlər həyata keçirilir. Ötən il taxıl sahələrinə dəyən zərərlər üzrə sığorta ödənişlərinə başlanılıb, yaxın vaxtlarda pambıq sahələrinə dəyən zərərlərin də tənzimlənməsinə start veriləcək.

Kənd təsərrüfatı heyvanlarının sığortası şərtlərinə güzəştlərin tətbiq olunması bu sahədə də fermerlərin sığortaya marağının artmasına və zərər ödənişlərinin yüksəlməsinə səbəb olub. 2022-2024-cü illər ərzində heyvandarlıq sığortası üzrə fermerlərə ümumilikdə 2,5 milyon manata yaxın ödəniş edilib. Müraciətlər arasında heyvanların yoluxucu xəstəlikdən və yemdən zəhərlənmə nəticəsində tələf olması hallarına görə ödənişlər üstünlük təşkil edir. Bundan əlavə, vəhşi heyvanların hücumu, ilansancma, ildırımvurma, üçüncü şəxslərin hərəkətləri ödəniş olunan risklər arasındadır.

ASF yeni sığorta mövsümünün başlandığını bildirərək fermerləri təsərrüfatlarını vaxtında sığortalamağa çağırır. Fermerlər təsərrüfatlarını çoxsaylı riskdən qorumaq üçün fonda vaxtında müraciət etsələr, gələcəkdə qarşılaşacaq risklərdən qorunmuş olacaqlar. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib  

12:44
13 Yanvar

“Qadınların seçkilərdə fəallığının yüksəldilməsi” mövzusunda silsilə tədbirlər keçirilir

12:06
13 Yanvar

DSMF: Ötən il 151 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub

12:05
13 Yanvar

Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu ilə tranzit daşınan sərnişinlərin sayı 373 mini ötüb  

11:48
13 Yanvar

Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək  

11:47
13 Yanvar

Sumqayıtda bələdiyyə seçkilərinə hazırlıq məqsədilə görüş keçirilib

11:45
13 Yanvar

Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması məqsədilə maarifləndirmə layihəsinə başlanılıb  

11:32
13 Yanvar

Quş qripinə qarşı növbəti epizootoloji monitorinqlərə başlanılır

11:30
13 Yanvar

Kaliforniyada meşə yanğınları nəticəsində azı 24 nəfər həlak olub

11:05
13 Yanvar

Avropa Liqası: “Qarabağ” - FCSB oyununun biletləri bu gün satışa çıxarılacaq

10:42
13 Yanvar

Aral dənizinin şimalında suyun həcmi 42 faiz artıb

10:16
13 Yanvar

Dünya birjalarında neft bahalaşıb

10:14
13 Yanvar

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

09:31
13 Yanvar

Los-Ancelesdə meşə yanğınlarında ölənlərin sayı 24-ə çatıb

09:30
13 Yanvar

Keçmiş məcburi köçkün: Doğma torpağımıza qayıtmaqdan çox sevincliyəm

09:29
13 Yanvar

Cəbrayıl sakini: Uzun illərdir ki, bütün məcburi köçkünlər diqqətdə saxlanılır

09:28
13 Yanvar

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

09:25
13 Yanvar

Qalib və güclü Azərbaycan dünyada etimad göstərilən dövlətlərdəndir

08:17
13 Yanvar

Çadda Fransa erası bitir

00:52
13 Yanvar

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

00:14
13 Yanvar

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

22:54
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!