13 Yanvar 2025 11:47
109
İDMAN
A- A+
Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək  

Vitse-prezident: Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatı ölkəmizdə sumonun inkişafına təkan verəcək  


“Azərbaycanda 2026-cı ildə ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatı ölkəmizdə sumonun inkişaf və tanınmasına təkan verəcək”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov deyib. O, bu qərarın Polşanın Krotoşin şəhərində keçirilmiş Beynəlxalq Sumo Federasiyasının idarə heyətinin ilin sonuncu iclasında verildiyini bildirib: “Həmin iclasda namizəd ölkələrin təqdimatı oldu. Son olaraq Azərbaycan Braziliya ilə mübarizədə 12-6 səs çoxluğu ilə qalib gəldi. Beləliklə, Azərbaycan digər ölkələri qabaqlayaraq, yeniyetmə və böyüklər arasında dünya çempionatına ev sahibliyi hüququ qazandı. Turnirin sentyabr və oktyabr aylarında Bakıda keçiriləcəyi gözlənilir”.

Vitse-prezident Azərbaycan sumoçularının Vətəndə yaxşı nəticələr əldə edəcəklərinə inandığını söyləyib: “Bu yarışda ölkəmizi kimlərin təmsil edəcəyi hələlik bəlli deyil. Bu barədə indidən hər hansı proqnoz vermək çətin olar. İndiyə qədər bu idman növü üzrə dünya çempionumuz olmayıb. Turnir qadın və kişilər arasında təşkil olunacaq. Hər ölkədən 5 çəki kateqoriyasında bir idmançı iştirak edə bilər. Azərbaycanda bu vaxta kimi qadın sumoçu olmayıb. Biz 2 il ərzində sumo üzrə peşəkar qadın idmançı yetişdirməyə çalışacağıq. İnanırıq ki, idmançılarımız ümidləri doğruldacaq, mundialı qızıl medallarla başa vuracaqlar”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqmı?

15:38
13 Yanvar

Ötən il Fransada 66 mindən çox şirkət müflis olub

15:37
13 Yanvar

Kreml: RF və ABŞ prezidentlərinin görüşü haqqında Trampın inaqurasiyasından sonra konkret danışmaq mümkün olacaq  

15:36
13 Yanvar

ANAMA: 1043.2 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:35
13 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub  

15:30
13 Yanvar

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb

15:08
13 Yanvar

“Reuters”: Qətər Qəzza ilə bağlı yekun saziş layihəsini təqdim edib  

14:41
13 Yanvar

Xəzərin sahilində suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülüb  

14:37
13 Yanvar

Prezident İlham Əliyev və Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

14:30
13 Yanvar

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib

14:30
13 Yanvar

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıblar  

14:26
13 Yanvar

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç seçkilərdə qalib gəldiyini elan edib  

13:05
13 Yanvar

Yanvarın 14-ü üçün hava proqnozu açıqlanıb

13:03
13 Yanvar

Ötən il əlilliyi olan şəxslərə 97 min reabilitasiya vasitəsi təqdim edilib

12:55
13 Yanvar

Qazaxıstan ilə Çin arasında üçüncü dəmir yolu xəttinin tikintisinə başlanılır

12:54
13 Yanvar

Qazaxıstanda nəsli kəsilməkdə olan fars bəbiri aşkarlanıb

12:53
13 Yanvar

Baykal gölü bu qış mövsümündə buzsuz qala bilər

12:50
13 Yanvar

Avropadakı qaz anbarları 66 faizdən çox doludur

12:49
13 Yanvar

“Haber Global”: Qeyri-leqal maliyyə əməliyyatlarının mənbəyinə çevrilən Fransanın kəşfiyyat xidməti iflasa uğrayıb  

12:48
13 Yanvar

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialına dair tədqiqatlar nəşr edilib

12:47
13 Yanvar

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib

12:44
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!