29 Aprel 2025 08:00
2118
SİYASƏT
A- A+
Armudu stəkanda çay...

Armudu stəkanda çay...


Süfrəmizin bu simvolunu indi Çində də tanıyırlar


Yayın qızmarında bəzən elə susuzlayırsan ki, nə su kara gəlir, nə ayran, nə də indiki cürbəcür içkilər. Belə halda bir armudu stəkan pürrəngi çay yetər ki, ürəyinə sərinlik gəlsin. Bir sevimli mahnımızda deyildiyi kimi, "Armudu stəkanda çay, ürəyimiz yananda çay..."

Lakin ürək yanğıları müxtəlif olur. Bəzən bir həsrətlə yanır, bir arzuya, bir mətləbə çatmaq üçün təşnə olur insan, hətta bütöv bir xalq... Bax 30 il işğal altında olan torpaqlarımıza qovuşmaq üçün vaxtilə ürəyimizin həsrətlə yandığı kimi.

Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi və qətiyyəti, ordumuzun qəhrəmanlığı və rəşadəti, xalqımızın birliyi və həmrəyliyi ilə mətləbimizə çatdıq, torpaqlarımızı yağı tapdağından azad etdik. O vaxt Prezidentimiz Zəfərdən sonra Qarabağın ürəyi Şuşaya ilk dəfə gələndə, orada üçrəngli bayrağımızı qaldıranda Cıdır düzünə də baş çəkdi və orada çay içdi. Armudu stəkanda.

"Cıdır düzündə armudu stəkanda çay. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun", - dedi. Bu bir armudu stəkan çay illərlə təşnə olan, indi isə qələbə sevincini və qürurunu yaşayan ürəklərimizə daha bir sərinlik bağışladı... Sonra armudu stəkanımız Xocavənddə, Xocalıda, Xankəndidə... süfrələrimizə gəldi.

Armudu stəkan... O, həmişə bizimlədir. Hər gün işdən sonra evimizdə yorğunluğumuzu çıxaranda, qız evinə elçiliyə gedib razılıq cavabı alanda, vacib bir işlə bağlı dostlarımızla məsləhətləşəndə, hətta ağır itkilərin kədərini əzizlərimizlə bölüşəndə...

Bir sözlə, armudu stəkan həcmcə kiçik olsa da, mədəniyyətimizin əsas və vacib elementlərindən biridir. Və elə buradaca da deyək ki, indi təkcə iqtisadiyyatımız deyil, mədəniyyətimiz də dünyaya inteqrasiya edir. Dünya xalqları mədəniyyətimizə, onun ayrı-ayrı elementlərinə, adət-ənənələrimizə heyranlıqlarını gizlədə bilmirlər. Bu günlərdə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində CGTN telekanalına müsahibəsi zamanı çinli jurnalistin bunlara öz marağını ifadə etdiyi kimi.

İlk dəfədir Azərbaycan çayının dadına baxdığını, stəkanın da çox gözəl olduğunu deyən jurnalist əlavə etdi: "Bunun nə olduğunu bilmək istəyirəm".

Məlumdur ki, armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. 

Prezidentimiz armudu stəkanın bu müsbət məziyyətlərini çinli jurnalistə sadə və anlaşıqlı şəkildə çox gözəl izah etdi. Yeri gəlmişkən, diqqəti Azərbaycandan gətirilmiş və masanın üstündə olan "İstu su"ya da cəlb etdi. Onun üstün cəhətlərini bildirdi. Jurnalist isə əmin olduğunu söylədi ki, çinlilər bu məhsulu tapmaq üçün özlərinin Taobao və JD hesablarında araşdırıb baxacaqlar.

Bu, sıradan bir dialoq deyildi. Əslində göstərirdi ki, Çin kimi nəhəng bir dövlətdə Azərbaycanın təkcə iqtisadiyyatı ilə deyil, mədəniyyəti ilə də maraqlanırlar. Bu isə hər iki ölkənin xalqlarının bir-birinə daha da yaxınlaşmasına, sıx ünsiyyət qurmasına, dostluq etməsinə təkan verən heç də kiçik amil deyil. 

Sözügedən müsahibə zamanı sualların birinə Prezidentimiz sualla cavab verdi: "Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu, elədir?"

İstər-istəməz illər əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvana səfəri zamanı armudu stəkanda çay içdiyi və çevrəsindəki jurnalistlərə "dişləmə çay"ın nə olduğunu söylədiyi yada düşür.

Elə Pekindəki müsahibənin özündə də Ulu Öndər ehtiramla anıldı. Çünki Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizlə Çin arasında yeni körpü salan, yeni dostluq yolları açan məhz Ümummilli Liderimiz oldu. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ilk səfərlərindən birini Çinə etdi. İndi bu körpülər daha da möhkəmlənir, yollar genişlənir, əməkdaşlıq şaxələnir. Azərbaycan və Çin xalqları aradakı çox uzun məsafəyə baxmayaraq, bir-birinə daha da yaxın olurlar. Bundan sonra onlar bir-birinə vizasız gedib-gələcəklər. Bax elə dost-dostun, qardaş-qardaşın evinin qapısını istədiyi vaxt açdığı kimi...

Azərbaycan xörəklərini və içkilərini çox bəyənən çinli dostlarımız artıq armudu stəkanımızı da tanıdılar. Şübhəsiz ki, indi onlar da bizimlə bərabər deyəcəklər: "Adı gəzir elləri, kimin yoxsa xəbəri, qoy çay içsin məxməri!.."


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Növbəti köç karvanı Həsənriz kəndinə çatıb – YENİLƏNİB

14:37
24 İyun

Zelenski Ukraynanın hazırda NATO-ya üzvlüyünün mümkün olmadığını etiraf edib  

14:35
24 İyun

Türkiyəli ekspert: Qərbi Azərbaycana qayıdış Ermənistanın inkişafına təkan verəcək

14:34
24 İyun

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

14:25
24 İyun

Təxliyə olunan ABŞ vətəndaşı: Nənə və babamın azərbaycanlı olduğunu söyləmək mənim üçün şərəfdir  

14:25
24 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər

14:18
24 İyun

Azərbaycan və Serbiya Hərbi Hava Qüvvələrinin mütəxəssisləri perspektiv imkanları müzakirə ediblər  

14:16
24 İyun

180 mindən artıq əhalinin elektrik təchizatında önəmli rol oynayan “Yevlax” qovşaq yarımstansiyası yenidən qurulub  

14:15
24 İyun

Prezident İlham Əliyev Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib  

14:14
24 İyun

Qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatların aparılması məhdudlaşdırılır  

14:12
24 İyun

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat başlayıb  

14:10
24 İyun

Məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilir

14:09
24 İyun

Gömrük Məcəlləsinə dəyişiklik edilir

14:08
24 İyun

İsrailin müdafiə naziri atəşkəsin pozulmasından sonra Tehrana zərbələr endirmək əmri verib  

14:07
24 İyun

Konqres Trampın müharibə səlahiyyətləri qətnaməsini bloklayıb

14:03
24 İyun

Sabah hava əsasən yağmursuz olacaq

14:02
24 İyun

Təl-Əviv: İran atəşkəs rejimini pozarsa, cavabını alacaq  

14:02
24 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb

13:53
24 İyun

Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qovuşuruq

13:52
24 İyun

Həsənriz kəndinə köç edən keçmiş məcburi köçkün: Sevinirəm ki, nəvələrim Qarabağda böyüyəcəklər  

13:33
24 İyun

Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirilib YENİLƏNİB - 3 

13:14
24 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!