29 Dekabr 2024 08:40
226
İQTİSADİYYAT
A- A+
Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib

Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib


Xatırladaq ki, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanı ilə yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, Cəbrayıl və ətraf rayonlara köçürüləcək əhalinin məşğulluğunun təmin olunmasıdır.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnika təmiri məntəqələrinin yaradılması planlaşdırılır. Sənaye Parkı logistik imkanlar baxımından əlverişli ərazidə yerləşir ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlarlardan biridir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov AZƏRTAC-a müsahibəsində bildirib ki, parkda ümumi investisiyalarının həcmi 150 milyon manata yaxındır. 13 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. 15 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 25 milyon manatdan çox investisiya yatırılıb, 100 nəfərlik daimi iş yeri yaradılıb.

Hazırda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında 1 müəssisə tam fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, ağır yük maşınlarına texniki servis xidməti göstərilir.

Sənaye parkının bir çox rezidentləri tərəfindən layihələndirmə, tikinti-quraşdırma işləri görülür. 6 müəssisənin qurulması istiqamətində tikinti işləri davam etdirilir. Tikintisi gedən müəssisələr beton və quru yapışdırıcı, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, yapışqan lentlərin, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı ilə məşğul olacaq, nəqliyyat vasitələrinə yanacaqdoldurma xidməti göstəriləcək.

Elçin Kazımovun sözlərinə görə, gələn il Sənaye Parkında beton, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması planlaşdırılır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb.

"Sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlar "Plug and Play" prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər. Hazırda Sənaye Parkında infrastrukturun qurulması istiqamətində işlər görülür, inzibati binanın, yeməkxananın, transformator məntəqələrinin, elektrik yarımstansiyasının, su anbarının, kanalizasiya sisteminin, daxili avtomobil yollarının salınması istiqamətində işlər davam etdirilir. Ərazidə ümumilikdə 12 transformator məntəqəsi, 1 elektrik yarımstansiya inşa ediləcək. Bundan başqa, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 500 milyon manatdan çox, cari ilin 11 ayında isə 40 milyon manatdan çox vəsaitə qənaət ediblər", - deyə o diqqətə çatdırıb.

İşğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Ümid edirəm ki, gələn il yanvarın sonlarından Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq  

00:15
01 Yanvar

Prezident: Gələn il üçün hərbi büdcəmiz rekord həddə çatıb

00:14
01 Yanvar

Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə xəbərdarlıq edib

00:13
01 Yanvar

Prezident İlham Əliyev bu il Azərbaycan üçün ən narahatedici məqamı açıqlayıb  

00:11
01 Yanvar

Azərbaycan Prezidenti: Bütün dünya Cənubi Qafqazda yaratdığımız yeni reallıqları qəbul edib  

00:10
01 Yanvar

Prezident: Azərbaycan əmin-amanlıq, şəraitində yaşayır və əminəm ki, bundan sonra əmin-amanlıq əbədi olacaqdır  

00:07
01 Yanvar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

00:01
01 Yanvar

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb  

23:57
31 Dekabr

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb  

19:39
31 Dekabr

Türkiyənin hüquq-mühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir  

19:23
31 Dekabr

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” qəzetində Azərbaycanın üzləşdiyi mina probleminə dair məqalə dərc olunub  

19:12
31 Dekabr

DİN bayram günlərində şəhər və rayonlarımıza səfər edən bütün hərəkət iştirakçılarına müraciət edib  

18:41
31 Dekabr

DİN: Kiberdələduzluq hallarına qarşı diqqətli olaq! 

18:19
31 Dekabr

Səlahiyyətli nümayəndə “Snowfest – Qış festivalı”nda görülən işlərlə tanış olub

18:07
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib  

17:58
31 Dekabr

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub  

17:48
31 Dekabr

Litvanın xarici işlər naziri təyyarə qəzası ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib  

17:05
31 Dekabr

Yeni il ərəfəsində Xankəndiyə turist axını var 

16:18
31 Dekabr

ABŞ-ın “Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib  

16:04
31 Dekabr

AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır

16:02
31 Dekabr

Azərbaycan beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirir

15:27
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!