30 Dekabr 2024 08:30
411
İQTİSADİYYAT
A- A+
TAP-ın istifadəyə verilməsindən 4 il keçir

TAP-ın istifadəyə verilməsindən 4 il keçir


Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir


Dörd il əvvəl - 2020-ci ilin son günündə qoca qitə yeni  mənbədən və yeni marşrutla mavi yanacaq aldı. Bu, TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) istifadəyə verilməsi ilə mümkün oldu. 

TAP-ın fəaliyyətə başlaması ilə təşəbbüskarı və aparıcı qüvvəsi Azərbaycan olan "Cənub qaz dəhlizi" layihəsi qələbə çaldı. Sonuncu seqment olduğundan bu kəmər 3500 kilometrlik möhtəşəm layihəni tamamladı. Belə ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Gürcüstandan keçməklə Türkiyəyə və oradan da Avropaya daşıyan "Cənub qaz dəhlizi" üç kəmərdən - genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan ibarətdir.

Xatırladaq ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəttin çəkilişi bir neçə il davam edib və onun istifadəyə verilməsi ilə "Cənub qaz dəhlizi" tam sistem kimi işə düşüb. TAP-ın səhmdarları BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz) şirkətləridir. 

Kəmər uzun məsafə qət edərək Azərbaycan qazını İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır. Bu, uzunluğu təxminən 878 kilometr olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir. Xəttin bir neçə kilometrlik hissəsi İtaliyada quru sahəyə çıxır. Burada kəmər həmin ölkənin qaz nəqliyyatı şəbəkəsi ilə birləşir. Boru xətti dörd ildir fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir.

Yeni çağırışlar qarşısında Avropanın qaza tələbatı getdikcə artır. Odur ki, Azərbaycandan mavi yanacaq idxal etmək istəyən ölkələrin də sayı çoxalır. Yeri gəlmişkən: bu gün Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz ixrac edir. 

Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-noyabr aylarında ölkəmizdə 45,8 milyard kubmetr təbii qaz hasil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. İlin əvvəlindən hasil olunan mavi yanacağın həcminin yarısı ixraca yönəldilib. 11 ayda xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Beləliklə, bu ilin 11 ayında Gürcüstana 2,2 milyard kubmetr qaz ötürülüb. Avropaya ixrac olunan qaz 11,7 milyard kubmetr (7,8 faiz artım) təşkil edib. Türkiyəyə 9 milyard kubmetr qaz (3,4 faiz artım) satılıb. Bu həcmin 5,1 milyard kubmetri TANAP-la nəql olunub.

İxrac coğrafiyasının genişləndirilməsi üçün ən vacib şərtlərdən biri də müvafiq infrastrukturun olmasıdır. Başqa sözlə, indi TAP-ın genişləndirilməsi məsələsi gündəmə gəlib. TANAP genişləndirilmədən isə bu, mümkün deyil. Eləcə də Avropanın ərazisində əsas kəmərə birləşən yeni interkonnektorlar çəkilməlidir.  

2022-ci il oktyabrın 1-də Sofiya şəhərində Azərbaycan təbii qazını Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) açılışı bu istiqamətdə atılan mühüm addım oldu. Belə ki, IGB-nin reallaşması TAP-ın inkişafında mühüm bir mərhələnin başlanğıcı, "Cənub qaz dəhlizi"nin yeni qollarla şaxələnməsinin göstəricisi kimi dəyərləndirilir. "Bulgargaz EAD" "Şahdəniz-2" çərçivəsində ildə 1 milyard kubmetr qazın alınması ilə bağlı hələ 2013-cü ilin sentyabrında 25 illik saziş imzalayıb. 2019-cu ilin mayında isə Bolqarıstanın Kirkovo bölgəsində interkonnektorun təməlqoyma mərasimi keçirilib. 

IGB-nin açılışı Bolqarıstanın, ümumən Cənub-Şərqi Avropanın şaxələndirilmiş enerji təchizatında, istehlakçıların sərfəli və təmiz enerjiyə çıxışında strateji əhəmiyyətli hadisədir. Başqa söslə, IGB qarşıdakı illərdə "Cənub qaz dəhlizi"nin genişləndirilməsi istiqamətində gerçəkləşən yeni layihələrin müjdəçisidir. 

Keçən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun fəaliyyətə başlaması da göstərdi ki, nəzərdə tutulan işlər uğurla reallaşır. İki ölkə arasında bu yeni xəttin tikintisinə həmin il fevralın 1-də başlanmışdı və tamamlanması da məhz planlaşdırıldığı vaxt - ilin sonunda baş verdi. Bu kəmər Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Serbiyanın gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanı da olacaq ki, bu da ölkənin ümumi enerji təhlükəsizliyində mühüm rol oynayacaq.

2023-cü il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün bu 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü "Həmrəylik halqası" adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Bir sözlə, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatımızı iki dəfə artırmaq nəzərdə tutulur. Bu məsələ 2022-ci il iyulun 18-də imzalanmış Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığına dair anlaşma memorandumunda da öz əksini tapıb. İndi həmin hədəfə doğru uğurlu addımlar atılır. Qaz ixracının dinamikasına nəzər salsaq görərik ki, ötən il Avropaya 8 milyard kubmetr mavi yanacaq göndərilmişdirsə, 2023-cü ildə 12 milyard kubmetr nəql edilib. Bu, ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün bu rəqəmi 20 milyarda çatdıracağıq. Hazırda ölkəmiz özünün "yaşıl enerji" strategiyasını inamla davam etdirir və əslində, bunlar bir-biri ilə sıx bağlı məsələlərdir. 

Hələ COP29 ərəfəsində Prezident İlham Əliyevin dediyi sözləri xatırlayaq. Dövlətimizin başçısı bu il aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən bu məsələlərə toxunmuşdu: "Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır. Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəliyimiz" hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb... 2027-ci ilin sonuna qədər ümid edirik və əslində, müqavilələr imzalandığına görə əminik ki, 2000 meqavat günəş və "yaşıl enerji" imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 günəş və külək-enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Həcmlərə gəldikdə isə düşünürəm ki, Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

Bakıda Sudanın müstəqilliyinin 69-cu ildönümü qeyd olunub  

15:43
01 Yanvar

Yeni ilin ilk günü Ukraynaya kütləvi hava hücumu olub, Kiyevdə ölənlər və xəsarət alanlar var  

15:09
01 Yanvar

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq - Proqnoz  

15:01
01 Yanvar

Azərbaycan idmançılarının 2025-ci il üçün ilk reytinqi açıqlanıb  

14:48
01 Yanvar

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

14:35
01 Yanvar

Baş nazir: “2024-cü il Gürcüstan üçün son dərəcə ağır il olub”  

14:32
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!