02 Aprel 2025 09:40
218
CƏMİYYƏT
A- A+
Aprel döyüşləri – Vətən müharibəsindəki Qələbəyə aparan yolun başlanğıcı 

Aprel döyüşləri – Vətən müharibəsindəki Qələbəyə aparan yolun başlanğıcı 

1-4 aprel, 2016-cı il... Həmin dörd gün Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olub. Əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Qələbənin başlanğıcı kimi dəyərləndirmirlər. Erməni quldur birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində mühüm və əhəmiyyətli rol oynayan şanlı Aprel döyüşlərindən doqquz il ötür.

AZƏRTAC Aprel döyüşlərinin gedişinə və tarixi əhəmiyyətinə bir daha nəzər salır.

23 ildən sonra ilk böyük Qələbə sevinci

Azərbaycan Ordusu dörd gün davam edən Aprel döyüşləri nəticəsində 23 ildən sonra xalqımıza ilk böyük Qələbə sevinci bəxş etdi. Silahlı Qüvvələrin həyata keçirdiyi əks-hücum əməliyyatının əsas hədəfi Ermənistanın hərbi birləşmələrinin sərhədyanı və sərhədətrafı yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təmas xəttindəki bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini atəşə tutmağa başladı. Azərbaycan Ordusunun komandanlığı dərhal adekvat tədbirlər görülməsi ilə bağlı qərar qəbul etdi. Cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən çoxlu canlı qüvvə və hərbi texnika sıradan çıxarıldı.

 

Cəbhənin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Digər bir istiqamətdə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ağır döyüşlərin gedişində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, düşmən tərəfin 800-dən çox hərbçisi zərərsizləşdirildi, ermənilərin canlı qüvvəsinin xeyli hissəsi ölü və yaralı idi. Suqovuşanda yerləşən düşmən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da, Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq mümkün oldu.

Doğma yurda qayıdışın başlanğıcı

Ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görülüb.

Vətən qarşısındakı xidmətlərinə görə mükafatlandırılanlar arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə dediyi sözlər həmin Qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı çox mühüm hadisə oldu. Sərhədyanı ərazidə yerləşən kəndə yeni həyat qayıtdı, sakinlər öz doğma ev-eşiklərinə qayıdıb yaşamağa başladılar. Sakinlərin 23 illik fasilədən sonra doğma ocağa qayıtması işğal altındakı digər ərazilərin də tezliklə azad olunacağına böyük ümid və inam yaratdı.

2016-cı il aprelin 2-də Ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Lələtəpədə dalğalanan bayraq

Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq bundan iki il sonra daha bir böyük Zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlər qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər. Aprel döyüşləri böyük Qələbəyə olan inamı artırmaqla yanaşı, Silahlı Qüvvələrin şəxsi heyəti üçün böyük təcrübə oldu. Dörd gün ərzində aparılan döyüşlər həm də düşmən mövqelərini və onların potensialını öyrənmək imkanı yaratdı. Əldə edilən təcrübəni Vətən müharibəsində uğurla tətbiq edərək Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı 44 gündə işğaldan azad etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.

Doqquz il əvvəl Lələtəpədə ucaldılan üçrəngli Azərbaycan Bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

Son illər şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri özünün ən qüdrətli mərhələsini yaşayır. Bu yolda mühüm yer tutan Aprel döyüşləri Vətən müharibəsindəki böyük Qələbənin müjdəçisi olan tarix kimi əbədiləşib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

17:43
07 Aprel

Fizioloji mütənasibliyi pozulmuş şəxslərin erkən pensiyası dövlət büdcəsindən maliyyələşəcək  

17:42
07 Aprel

Kayseridə Türk dünyasının mədəniyyət mərkəzi - Şuşa Azərbaycan Evi bir yaşını qeyd edir

17:13
07 Aprel

David Babayan: Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim  

17:09
07 Aprel

Alimlər: Sahara səhrası minilliklər öncə sulu və yaşıl savanna olub

17:08
07 Aprel

53 ailədən ibarət növbəti köç karvanı Suqovuşan kəndinə çatıb - YENİLƏNİB

16:23
07 Aprel

Ağdərə sakini: Suqovuşana ailəmlə, övladlarımla qayıdıram

16:21
07 Aprel

Keçmiş məcburi köçkün: Həsrətində olduğumuz torpaqlara qayıdırıq  

15:29
07 Aprel

David Babayan: Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik  

15:22
07 Aprel

Moskvada XVI-XVIII əsrlərə aid nadir artefaktlar tapılıb

15:05
07 Aprel

Ötən il Azərbaycanın hava məkanından tranzit uçuşlar iki dəfə artıb

14:36
07 Aprel

ABŞ Yəmənin paytaxtına aviazərbələr endirib

14:27
07 Aprel

Ukraynada minatəmizləmə prosesində müsbət nəticələr var

14:25
07 Aprel

Donald Tramp Ukraynanın bombalanmasını qınayıb

14:09
07 Aprel

Milli Məclisin sədri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

13:42
07 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq

13:41
07 Aprel

Fransa: Partlayıcı kəmərlə hücum planı, üç gənc həbs olunub  

13:40
07 Aprel

Rəis müavini: Dərnəgül elektrik deposu Bakı metrosunun üçüncü yerüstü stansiyası olacaq  

13:39
07 Aprel

“YAŞAT” Fondu Vətən müharibəsi şəhidinin valideynlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə dəstək göstərir

13:38
07 Aprel

Azərbaycan xizəkçisi Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb  

13:37
07 Aprel

Paytaxtın təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib  

13:36
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!