Təqsirləndirilən şəxs – David Babayan aprelin 7-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısının sualını cavablandırarkən bildirib ki, Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində yaradılmış qondarma qurumun “xarici işlər naziri” olarkən xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedib.
AZƏRTAC xəbər verir ki, o, xarici səfərlərə Ermənistan pasportu ilə getdiyini qeyd edərək deyib: “Müəyyən şəxslərdə (qondarma rejimin “vəzifəli” şəxsləri nəzərdə tutulur – red.) diplomatik pasport da var idi. Sadə pasportlarımız kimi, diplomatik pasportlar da Ermənistanın idi”.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
AÇG və “Şahdəniz”dən hasil edilən qazın 36 faizdən çoxu ixrac edilib
Baş prokuror Xankəndi şəhərində əməliyyat müşavirəsi keçirib
Kiyev 15 milyard dollara ABŞ-dan 10 ədəd “Patriot” sistemi almağa hazırdır
Temperatur enəcək, leysan yağacaq - PROQNOZ
Azərbaycanda cari ilin ilk rübündə 7 milyon tona yaxın neft hasil edilib
Azərbaycan Respublikasının kommersiya mübahisələrinə baxan hakimləri Türkiyədə səfərdə olublar
Ekvador Seçki Komissiyası hazırkı prezident Noboanı seçkilərin qalibi elan edib
Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri müzakirə olunub
BƏT-in nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri diqqətli olmağa çağırır
Tramp İranla bağlı çox tez qərar veriləcəyinə ümid bəsləyir
Bakıda və Abşeron yarımadasında leysan yağacaq, şimşək çaxacaq – Xəbərdarlıq
İran XİN ABŞ-la danışıqlar formatının dəyişdirilməsini istisna edir
Rumıniya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını ziyarət edib
Baş Prokurorluq və Qarabağ Universiteti arasında ECOLEAD layihəsinə qoşulmaq üçün tərəfdaşlıq sənədi imzalanıb
Alimlər yeraltı suları təmizləyən mikroblar tapıblar
Xankəndi prokuroru: Xankəndidə cinayətkarlığa qarşı, qanunun qorunması ilə bağlı bütün tədbirlər görülür
DYP gözlənilən əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Əlcəzair Fransa səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələrini əmr edib
Rumıniya Senatının rəsmi nümayəndəsi Bakıda Zəfər parkını ziyarət edib
Qətər Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!