12 Aprel 2025 17:26
413
CƏMİYYƏT
A- A+
ANAMA nümayəndə heyəti minatəmizləmə agentliklərinin rəhbərləri və BMT müşavirlərinin iclasında iştirak edib  

ANAMA nümayəndə heyəti minatəmizləmə agentliklərinin rəhbərləri və BMT müşavirlərinin iclasında iştirak edib  


Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə rəsmi səfər edib.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti aprelin 9-11-də BMT-nin Minatəmizləmə Xidməti və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) təşkilatçılığı ilə milli minatəmizləmə agentliklərinin rəhbərləri və BMT müşavirlərinin 28-ci beynəlxalq iclasında iştirak edib.

“Təhlükəsiz gələcək buradan başlayır” mövzusunda keçirilən beynəlxalq iclas çərçivəsində bir sıra plenar sessiya və yan tədbirlər təşkil edilib.

Agentliyin nümayəndəsi tədbir çərçivəsində keçirilən “Milli potensialın inkişafı: minalarla mübarizədə effektiv lokallaşdırma” mövzusunda plenar sessiyada panelçi qismində çıxış edib.

Beynəlxalq iclas çərçivəsində aprelin 11-də ANAMA tərəfindən təşkil olunan “Humanitar minatəmizləmə fəaliyyətində tədqiqat, innovasiya və texnologiyanın inkişafı” adlı yan tədbirdə Agentliyin nümayəndəsi, ASEAN Regional Minatəmizləmə Mərkəzinin icraçı direktoru, Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi və BMT-nin bu sahə üzrə ekspertləri panelçi qismində iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Samir Poladov minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan minatəmizləmə fəaliyyətinə innovasiya və texnologiyanın inteqrasiyası, resursların optimallaşdırılması üçün yeni imkanlar istiqamətində mühüm addımlar atır.

Tədbir çərçivəsində humanitar minatəmizləmə fəaliyyətində əməliyyatların effektivliyini artırmaq və riskləri azaltmaq məqsədilə ənənəvi üsullarla yanaşı, qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə texnoloji irəliləyişlər, minatəmizləmə əməliyyatları zamanı prioritetlər və çağırışlar, eləcə də ASEAN Regional Minatəmizləmə Mərkəzinin innovativ yanaşmalarda rolu və bu istiqamətdə əməkdaşlıq mövzularında panel müzakirələr keçirilib, fikir mübadiləsi aparılıb.

Yan tədbirdə Azərbaycanın üzləşdiyi mina problemi və onun aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət barədə təqdimat edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib YENİLƏNƏCƏK

10:39
17 Aprel

Emin Hüseynov: Hazırda Ağdam, Füzuli və Xocavənd rayonlarında minalardan təmizlənmiş sahə orta hesabla 40 faiz təşkil edir  

10:39
17 Aprel

Prezident İlham Əliyev Çinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

10:37
17 Aprel

Milli Məclisin nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib

10:36
17 Aprel

DYP: Qeyri-sabit hava şəraitinə baxmayaraq, ötən gün ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb  

10:35
17 Aprel

FHN: Su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub

10:21
17 Aprel

Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilir

10:13
17 Aprel

Azərbaycan nefti bahalaşıb  

10:01
17 Aprel

Tədqiqatçılar insanlarda yeni qan qrupu sistemi aşkarlayıblar

09:53
17 Aprel

Paşinyanın dedikləri ilə əməli düz gəlmir

09:40
17 Aprel

Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub

09:36
17 Aprel

Kompüter tomoqrafiyası səbəbindən xərçəngin sayının artması halları aşkar edilib

09:36
17 Aprel

Paris 12 əlcəzairli diplomatı ölkədən çıxarır

09:35
17 Aprel

Qızılın qiyməti yeni rekorda imza atıb  

09:34
17 Aprel

Güclü küləyin və intensiv yağışın fəsadları aradan qaldırılır

09:30
17 Aprel

"Azərişıq" ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır

09:25
17 Aprel

"Kitabla dostluq edənin yolu işıqlı olar"

09:20
17 Aprel

"Qızıl het-trik"li Olimpiya çempionumuz

09:15
17 Aprel

BP və tərəfdaşları sosial proqramlarını əsas əməliyyatlarının ayrılmaz hissəsi hesab edirlər

09:10
17 Aprel

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının reinteqrasiyası: yol xəritəsi və nailiyyətlər 

09:05
17 Aprel

Hemofiliyasız dünya naminə

09:00
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!