05 Avqust 2026 20:17
3284
Səhiyyə
A- A+
Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə mürəkkəb klinik halları müzakirə edib  

Amerikalı professor Yeni Klinikada yerli mütəxəssislərlə birgə mürəkkəb klinik halları müzakirə edib  


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərlə əməkdaşlığın genişləndirilməsi və qabaqcıl tibbi təcrübənin ölkəmizdə tətbiqinin təşviqi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Yeni Klinikada tibbi konsilium təşkil olunub.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, konsilium Azərbaycan-Amerika Tibb Assosiasiyasının nümayəndəsi, professor Rauf Şahbazovun Yeni Klinikaya səfəri çərçivəsində keçirilib.

Konsilium zamanı professor Yeni Klinikanın yerli həkim-mütəxəssisləri ilə birlikdə mürəkkəb klinik halları müzakirə edib, pasiyentlərin mövcud vəziyyəti, aparılmış müayinələrin nəticələri və tətbiq olunan müalicə yanaşmaları ilə tanış olub. Diaqnostika, müalicənin növbəti mərhələləri və mümkün tibbi müdaxilələrlə bağlı peşəkar məsləhətlər verilib.

Səfər çərçivəsində professor Yeni Klinikanın Cərrahiyyə və Transplantasiya Mərkəzinin fəaliyyəti, burada göstərilən tibbi xidmətlər, müasir diaqnostika və müalicə imkanları ilə də tanış olub.

Görüş zamanı xaricdə fəaliyyət göstərən azərbaycanlı həkimlərin bilik və təcrübəsindən ölkəmizdə daha səmərəli istifadə, yerli və xarici mütəxəssislər arasında peşəkar əlaqələrin gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də onlayn məsləhətləşmələrin, vebinarların və elmi tədbirlərin təşkili məsələləri müzakirə edilib.

TƏBİB tərəfindən bu praktikanın daha da aktivləşdirilməsi, xaricdə fəaliyyət göstərən mütəxəssislərlə tabeli tibb müəssisələrinin əkimləri arasında həm əyani, həm də onlayn formatda tibbi konsilium və konsultasiyaların mütəmadi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Rauf Şahbazov qaraciyər, böyrək və mədəaltı vəzi transplantasiyası, həmçinin hepatobiliar cərrahiyyə sahəsində ixtisaslaşmış, beynəlxalq təcrübəyə malik transplant cərrahıdır. Hazırda Amerika Birləşmiş Ştatlarının Nyu-York ştatında yerləşən “Albany Medical Center”də Transplantasiya Cərrahiyyəsi Bölməsinin rəhbəri və cərrahiyyə professoru kimi fəaliyyət göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quram Maxuliya: ŞƏT-in gündəliyində duran bir çox məsələ Azərbaycan və onun liderinin iştirakı olmadan həll edilə bilməz  

20:10
01 Sentyabr

ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir  

20:06
01 Sentyabr

"ŞƏT plyus" görüşündə iştirak Azərbaycanın orta güc kimi rolunu nümayiş etdirir 

20:04
01 Sentyabr

Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir

19:57
01 Sentyabr

Prezident İlham Əliyevin Bişkek səfəri: Azərbaycanın regional və beynəlxalq gündəmdə fəal mövqeyi

19:53
01 Sentyabr

“ŞƏT plyus” Azərbaycana öz mövqelərini geniş auditoriyaya çatdırmaq imkanı qazandırır

19:50
01 Sentyabr

Parlamentlərarası əlaqələr genişləndirilir: Serbiyada mühüm görüş

19:49
01 Sentyabr

Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

19:44
01 Sentyabr

Azərbaycan ilə Keniya arasında minatəmizləmə sahəsində innovativ yanaşmaların tətbiqi imkanları müzakirə olunub  

19:30
01 Sentyabr

Bakıda dəniz, atlar və polo həyəcanı

19:19
01 Sentyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

19:15
01 Sentyabr

Kayseri Universitetinin rektoru: ŞƏT sammiti Türk dünyasının nüfuzunu nümayiş etdirdi

19:07
01 Sentyabr

Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

19:05
01 Sentyabr

Bakıdakı Formula 1 tribunaları 21 mini keçdi  

19:03
01 Sentyabr

89 uşaq ailə sevgisinə qovuşub

19:00
01 Sentyabr

Naxçıvanda taxıl istehsalı 22 faiz artıb

18:58
01 Sentyabr

Moskvada kilsənin qarşısında qanlı olay

18:55
01 Sentyabr

İllərlə davam edən gözləntiyə son

18:53
01 Sentyabr

Azərbaycanda innovasiya ekosisteminin formalaşdırılması üçün yeni qanunvericilik layihələri hazırlanıb

18:51
01 Sentyabr

Balıqçı torları və tilovları yenidən suya atılır

18:49
01 Sentyabr

Azərbaycanın uğurları ŞƏT platformasından dünyaya bəyan olundu

18:43
01 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!