28 Avqust 2026 17:11
2225
Səhiyyə
A- A+
Laçında səyyar stomatoloji aksiya təşkil edilib

Laçında səyyar stomatoloji aksiya təşkil edilib


Səhiyyə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində səyyar tibbi aksiyaları davam etdirir. Növbəti belə aksiya Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadasının iştirakı ilə keçirilən aksiya zamanı rayon sakinləri, eləcə də Böyük Qayıdış Proqramı çərçivəsində bölgədə çalışan mütəxəssislər ödənişsiz stomatoloji müayinələrdən keçirilib, onlara müvafiq konsultativ tibbi xidmət göstərilib.

Aksiya çərçivəsində müasir tibbi texnologiyalardan biri olan BPR Swiss SMART-PORT portativ stomatoloji qurğusundan istifadə edilib. Tam avtonom iş rejiminə malik olan bu innovativ sistem səyyar şəraitdə yüksəkkeyfiyyətli stomatoloji xidmətlərin göstərilməsinə imkan yaradır. Qurğunun qısa müddətdə quraşdırılması, fasiləsiz işləməsi və mikromotor, ultrasəs skaler, üçfunksiyalı şpris kimi avadanlıqlarla təchiz olunması müalicə prosesinin operativ və rahat təşkilinə şərait yaradıb. Laçın sakinləri portativ stomatoloji qurğunun imkanlarından istifadə etməklə yerində tam stomatoloji müayinə və müalicə xidmətləri alıblar. Bu yanaşma həm tibbi xidmətlərin əlçatanlığını artırıb, həm də vətəndaşların əlavə vaxt sərf etmədən müayinədən keçməsinə imkan verib.

Aksiyanın əsas məqsədi ağız və diş sağlamlığının qiymətləndirilməsi, stomatoloji xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin həyata keçirilməsi və əhali arasında sağlam həyat tərzinin təşviqindən ibarət olub.

Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin rəhbərliyi ilə stomatoloq-terapevt, ortodont, ortoped, cərrah və uşaq stomatoloqlarından ibarət həkim briqadası tərəfindən ətraflı müayinələr aparılıb. Ümumilikdə 90-a yaxın vətəndaş tibbi müayinədən keçirilib, ehtiyac olan şəxslərə müalicə prosedurları icra olunub, profilaktik tövsiyələr və fərdi konsultasiyalar verilib.

Səyyar tibbi aksiyalar işğaldan azad edilmiş ərazilərdə əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə çıxışının genişləndirilməsinə, erkən diaqnostikanın təşviqinə və Böyük Qayıdış Proqramı çərçivəsində bölgələrdə sağlam həyat mühitinin formalaşdırılmasına mühüm töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!