10 Aprel 2026 09:20
1551
Oxucu məktubları
A- A+
Ağsaqqallıq təkcə yaşla ölçülmür

Ağsaqqallıq təkcə yaşla ölçülmür


Bəzi insanlar var ki, onların ömrü, sadəcə, yaşanmış illərin cəmi deyil, qazanılan hörmətin tarixidir. Zəhməti ilə ucalan, biliyi ilə seçilən, insanlığı ilə sevilən ziyalı Təbrik Müzəffər oğlu Quliyev də məhz belə ömür sahiblərindəndir.  

1946-cı ildə Ordubadda dünyaya göz açmış Təbrik müəllimin taleyinə elm, zəhmət və məsuliyyət yazılmışdı. Aldığı ailə tərbiyəsi, ziyalı mühiti onun gələcək həyat yolunun təməlini möhkəm etdi. Elmə olan marağı onu 1970-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki ADNSU) Kimya fakültəsinə gətirdi. Bu, sadəcə, peşə seçimi deyil, gələcək böyük elmi fəaliyyət yolunun başlanğıcı idi.

Ali təhsilini başa vurduqdan sonra təyinatla Sumqayıtda yerləşən Kimya zavodunda əmək fəaliyyətinə laborant kimi başlayan gənc mütəxəssis qısa zamanda öz zəhməti, dəqiqliyi və peşəkarlığı ilə seçildi. 1972-1973-cü illərdə Dünya Gənclər Festivalının istehsalat göstəriciləri üzrə laureatı adını qazanması Təbrikin ilk böyük uğurlarından idi. Ardınca 1983-cü ildə Ümumittifaq Xalq Təsərrüfatı Sərgisinin bürünc medalı, 1984-cü ildə Azərbaycan SSR Dövlət Mükafatı, 1985-ci ildə "İttifaq ixtiraçısı" fəxri adı gəldi. Bu mükafatlar illərin zəhmətinə verilən dəyərin, peşəkarlığın qiyməti idi.

Təbrik müəllimin fəaliyyəti yalnız istehsalatla məhdudlaşmadı. O həm də elmi araşdırmalarla məşğul olaraq 2000-ci ildə kimya elmləri üzrə doktorluq işini uğurla başa çatdırdı. Elm və istehsalatı birləşdirə bilmək hər kəsə nəsib olmur. O isə bu iki sahəni bir-birini tamamlayan qüvvəyə çevirməyi bacardı.

Onun əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2009-cu ildə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb, 2013-cü ildə SOCAR-ın fəxri fərmanı ilə təltif olunub, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə mükafatlandırılıb. 2019-cu ildə Sumqayıt şəhərinin 70 illik yubileyi ərəfəsində Azərbaycan  Prezidentinin fərdi təqaüdünə layiq görülməsi  onun şəhərin sənaye və ictimai həyatındakı xidmətlərinə verilən ali qiymətdir.

2011-ci ildən etibarən təqaüdə çıxsa da, o, şəhərin ictimai işlərindən kənarda qalmır. 2022-ci ildə  Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri seçilməsi bir daha göstərdi ki, onun sözü, mövqeyi və təcrübəsi bu gün də dəyərlidir. Ağsaqqallıq, sadəcə, yaş göstəricisi deyil, müdriklik, ədalət və nüfuz deməkdir. Təbrik müəllim bu adı da ləyaqətlə daşıyır.


İ.MƏMMƏDOVA,

Sumqayıt şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!