Yaşadığımız dünya başdan-başa sirli-sehirli bir aləmdir. Bu aləmi daha da gözəlləşdirən güllər, çiçəklər bir-birindən qəşəng, bir-birindən yaraşıqlıdır. Hər gülün, çiçəyin də öz rəngi, öz qoxusu var, öz təravəti, öz ətri var.
Zövqümüzü oxşayan, ovqatımıza ovqat qatan, qəlbimizə rahatlıq gətirən, könlümüzü telləndirən güllər, çiçəklər harada bitir-bitsin, hansı fəsildə ləçəklərini açırsa-açsın, həmişə gözəldir. Özü gözəl olduğuna görə dünyaya boylandığı məkanı da gözəlləşdirir. Sanki bu anlarda gözəlliklər qollarını geniş açıb bir-birinə qovuşur, bir-biri ilə qucaqlaşır.
Güllər, çiçəklər dağlarımızı, dərələrimizi, geniş çöllərimizi al-əlvan rəngə boyayır. Quşlar səs-səsə verib onların üstündə yorulmadan qanad çalır. Bu bənzərsiz mənzərəni heyranlıqla seyr etdikcə sanki qəlbimizdə də çiçəklər, güllər açır.
Bizi heyrətləndirib sehrinə salan, qəlbimizi cuşa gətirən gözəlliklər yalnız elə güllərlə, çiçəklərlə bitmir. Geniş qoynunda bizə böyük səxavətlə yer vermiş təbiət başdan-başa gözəlliklərlə doludur. Ağacların çiçək açması həyatımızın, günümüzün bənzərsiz yaraşığı, təbiətin möcüzəsi deyilmi?! Baharın ilıq nəfəsini hiss edən ağaclar çiçəkləyəndə hər tərəf ağ dona bürünür. Bir-birinə bənzəməyən rəngbərəng çiçəklər nazik budaqlarda muncuq kimi sıraya düzülür. Bu günlər, bu anlar dünyamız əvvəlkindən daha əsrarəngiz, daha gözəl görünür. Sanki dağların, dərələrin ətəklərində, zirvələrində gözəllik dumanı sürünür. Ağaclar çiçəkləyəndə ürəyimiz də açılır, çiçəklərin ləçəklərindən qəlbimizə pay düşür. Fərəhə bürünmüş çöhrəmizə təbəssüm qonur, üzümüz gülür. Bu anlar sevinclə dolub-daşan gözlərimizdən nur tökülür, dilimizdən Yer üzünə şirin-şirin sözlər süzülür. Sanki bütün dərdlərimiz, çətinliklərimiz çözülür.
Ağaclar çiçəkləyəndə ətrafı bürüyən gözəlliyə heyran qalan quşlar da susmur, dilə gəlir. Bu gözəllikdən zövq ala-ala, budaqdan-budağa atılaraq, səs-səsə verib insanlara sevinc bəxş edən şirin nəğmələr oxuyurlar. Sanki bir-birindən gözəl olan bu nəğmələrdən gözəl də çələng toxuyurlar. Onların şən nəğmələri bizi əhatə edən gözəlliyə heç vaxt pozulmayacaq rənglər qatır. Belə nəğmələri ilə quşlar sanki ağacların çiçəklərinə naz satır.
Ağaclar çiçəkləyəndə dan yeri də əvvəlki vaxtlardan tez sökülür, Günəşin də üzü gülür. Bu gülüşdən Yer üzünə isti, ilıq şəfəqlər tökülür, havalar yavaş-yavaş isinir. Ətrafı bürüyən gözəllikdən sellər, sular coşub çağlayır, torpaq cana gəlir, asta-asta gözlərini açıb şirin yuxudan oyanır.
Ağaclar çiçəkləyəndə sanki göy üzü Yer üzünün gözəlliyinin tamaşasına durur. Bu mənzərəyə valeh olan Ay da, ulduzlar da bir anlıq ayaq saxlayır, çaylar, bulaqlar da axmır. Belə gözəlliyi seyr etməkdən gözlər də yorulmur, ürək də darıxmır.
Ağaclar çiçəkləyəndə yaşamaq həvəsimiz daha da artır. Ömür yolları əlimizdən tutub bizi üzü sabahlara doğru dartır. Bu anlar ağacların ağ çiçəkləri gələcəyə gedən yolumuza nur çiləyir, gözəllik ələyir.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Azərbaycan yeni dünya düzəninin formalaşmasına təsir göstərir
“Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nın və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nın təsdiq edilməsi haqqında
“Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edilməsi haqqında
X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında
M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında
"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə
Gürcüstan Prezidenti Azərbaycan səfiri ilə regional vəziyyəti müzakirə edib
Şamil Ayrım: Qərbi azərbaycanlılara qarşı haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir
Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib
Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir
Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar
“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib
Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!