15 May 2026 17:01
129
SİYASƏT
A- A+
ABŞ-nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb  

ABŞ-nin beyin mərkəzi Azərbaycan və Orta Dəhlizlə bağlı məqalə yayımlayıb  


BMTM-in aparıcı məsləhətçisi Vüsal Quliyevin “Hörmüz boğazının blokadası Çinin qitənin enerji təchizatçılarına və quru nəqliyyat marşrutlarına strateji yönəlməsini sürətləndirir” adlı məqaləsi Vaşinqton mərkəzli “The Saratoga Foundation” beyin mərkəzi tərəfindən dərc edilib. 

AZƏRTAC xəbər verir ki, məqalədə Hörmüz boğazının blokadası nəticəsində Çin iqtisadiyyatı üçün yaranan ciddi risklər fonunda ölkənin enerji təhlükəsizliyi strategiyasında baş verən dəyişikliklər təhlil olunur. Müəllif qeyd edir ki, enerji təchizatının əsas arteriyası olan Hörmüz boğazının blokadası Çini Yaxın Şərq neftindən qismən uzaqlaşdıraraq daha çox qitənin quruəsaslı enerji təchizatçılarına yönəldir.

Bu kontekstdə müəllif qeyd edir ki, Orta Dəhlizin mərkəzində yerləşən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin strateji əhəmiyyəti daha da ön plana çıxır. Vurğulanır ki, bu ölkələr dəniz yollarından yan keçərək quru nəqliyyat dəhlizləri vasitəsilə Çinin enerji təhlükəsizliyinə töhfə vermək baxımından artan strateji əhəmiyyətə malikdir. Xüsusilə Azərbaycanın və bütövlükdə Xəzər regionunun rolu getdikcə güclənir.

“Çin Mərkəzi Asiya ilə, xüsusilə enerji baxımından zəngin olan Qazaxıstan və Türkmənistanla əlaqələrini gücləndirdiyi bir dövrdə, daha geniş Xəzər regionunda da enerji və nəqliyyat sahəsində təsirini artırmaq üçün əlverişli mövqedədir. Bu baxımdan, Azərbaycan mühüm enerji istehsalçısı və tranzit mərkəzi kimi ön plana çıxır.

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları kompleksi və “Şahdəniz” qaz yatağında dənizdə həyata keçirilən hasilat Azərbaycanın ixrac imkanlarının əsasını təşkil edir. Eyni zamanda, Bakı Limanının Qazaxıstanın Aktau Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilməsi hesabına Bakıda formalaşan logistika Xəzər dənizi üzərindən neft və qazın daşınmasını asanlaşdıra bilər. Uzunmüddətli perspektivdə bu marşrutlar enerji resurslarının şərq istiqamətində daşınması üçün də istifadə oluna bilər. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya enerji istehsalçıları ilə yaxın münasibətləri (C6 platforması və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli mexanizmlər vasitəsilə güclənərək) daha vahid Trans-Xəzər dəhlizinin formalaşmasına şərait yaradır. Bu inteqrasiya nəqliyyat və enerji marşrutlarının çevikliyini artırır, həmçinin geosiyasi və ya bazar dəyişiklikləri zamanı axınların alternativ istiqamətlərə yönəldilməsini mümkün edir. Asiyada artan enerji tələbatı da bu sistemin getdikcə çoxşaxəli xarakter aldığını göstərir. Buna misal olaraq, Yaponiyanın son dövrdə Azərbaycanın və Qazaxıstanın dəniz yataqlarından neft tədarükünü təmin etməyə yönəlmiş addımlarını göstərmək olar”, - deyə müəllif bildirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: AŞPA-nın ölkəmizə qərəzli yanaşması Avropa Şurasının təsisat kimi bütövlüyünə ciddi xələl gətirir  

18:54
15 May

Ağdam şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:53
15 May

Azərbaycanda benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6 faizə yaxın artıb

18:51
15 May

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

18:50
15 May

İşğaldan azad olunan Cəbrayılda 150 çarpayılıq xəstəxana inşa edilir

18:49
15 May

Dayanıqlı şəhər inkişafında ali təhsilin rolu ön plana çıxıb  

18:46
15 May

Bu həftə qızıl və neft bazarında əks istiqamətli dinamika müşahidə olunub  

18:43
15 May

UNESCO rəsmisi: Azərbaycan irimiqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində özünü sübut edib  

18:42
15 May

Prezident İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib YENİLƏNİB 2

18:40
15 May

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

18:33
15 May

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib  

18:32
15 May

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!