21 Aprel 2026 09:15
169
CƏMİYYƏT
A- A+
Zirvədə tamamlanan ömür

Zirvədə tamamlanan ömür


Vətən, sadəcə, bir torpaq parçası deyil, o, min illərin yaddaşı, anaların duası, şəhid qanı ilə yoğrulmuş müqəddəs bir əmanətdir. Bu əmanəti qorumaq isə ürəyində vətən sevgisini daşıyan, canından belə keçməyə hazır olan igid oğullara nəsib olur.

Erməni işğalçıları uzun illər xalqımıza doğma torpaqlarımızın həsrətini yaşatdı. Bu həsrət hər bir azərbaycanlının qəlbində zaman-zaman köz kimi yanaraq alovlanıb böyük bir inama çevrilirdi. 2020-ci ildə başlanan Vətən müharibəsi bu həsrətin sonu, milli qürurumuzun bərpası oldu.

Bu müharibə bir xalqın ləyaqət savaşı, tarix qarşısında öz sözünü demək anı idi. Cəbhədə döyüşən igidlərimiz yalnız torpaq uğrunda yox, həm də gələcək nəsillərin azad yaşaması uğrunda canlarını fəda etdilər. 

Hadrut və Suqovuşan istiqamətində gedən ağır döyüşlər isə bu mübarizənin taleyini müəyyənləşdirən əsas məqamlardan idi. Xüsusən Hadrutun azad olunması Şuşaya gedən yolun açılması baxımından strateji əhəmiyyət daşıyırdı. Bu strateji qəsəbə uğrunda gedən döyüşlərdə igidlərimiz misilsiz qəhrəmanlıq göstərərək tarix yazdılar.

Vətən sərhəddən başlayır. O sərhədləri qoruyanlar isə bu müqəddəs amalın keşiyində duran qəhrəmanlardır. Onlar üçün Vətən anlayışı həyatın mənasıdır. Məhz belə qəhrəmanlardan biri  də Vətənə sədaqəti ilə seçilən, sərhəddən başlayan müqəddəs borcunu döyüş meydanında şərəflə davam etdirən gizir Əli Məmmədov idi.

Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlaxda dünyaya göz açmışdı. Zeynal və Almaz Məmmədovların böyütdüyü bu vətənpərvər gənc hələ məktəb illərindən intizamı, məsuliyyəti, sakit, lakin qətiyyətli xarakteri ilə seçilirdi. Yevlax şəhəri Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbdə aldığı təhsil onun həyat yolunun bünövrəsini formalaşdırmışdı.

Hərbi xidmətə yollanarkən Əlinin daxilində böyük bir amal, Vətəni qorumaq kimi müqəddəs sevgi boy atmışdı. 2018-ci ildə Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsində xidmətə başlayan Əli qısa zamanda özünü məsuliyyətli və cəsur sərhədçi kimi göstərdi. Cənub sərhədlərimizin keşiyində dayanaraq sərhəd pozucularına qarşı qətiyyət nümayiş etdirdi, xidməti fəaliyyəti ilə seçildi.

Peşəkar sərhədçi olmaq arzusu onu yenidən ordu sıralarına qaytardı. 2020-ci ilin fevralında Çevik Hərəkət Qüvvələrinin Artilleriya briqadasında istehkamçı-minaaxtaran kimi xidmətə başlayan kiçik gizir Əli Məmmədov qısa müddətdə peşəkarlığı ilə yoldaşlarının hörmətini qazandı.

44 günlük Vətən müharibəsi başlayanda isə Əli artıq öz yerini bilirdi. O, ön cəbhədə, ən çətin istiqamətdə yer alaraq Hadrut uğrunda gedən ağır döyüşlərdə iştirak edirdi.

Payızın sərt küləyi dağların ətəyində uğuldayırdı. Hadrut istiqamətində irəliləyən bölmənin qarşısında minalanmış sahələr, düşmənin möhkəmləndirilmiş mövqeləri dayanırdı. Əli və onun kimi istehkamçılar üçün bu, ölüm-dirim anı idi. O, sakit və diqqətlə torpağı yoxlayır, yoldaşlarının irəliləməsi üçün təhlükəsiz yol açırdı. Onun hər addımında ölüm gizlənirdi, amma Əlinin ürəyində, ruhunda, baxışlarında qorxu yox, qətiyyət vardı.

Hiyləgər düşmən mərd oğullarımız üçün tələ qurmuşdu. Birdən düşmənin atəşi gücləndi, güllələr daşa, torpağa çırpılır, partlayış səsləri ətrafı bürüyürdü. Əli isə geri çəkilmirdi. O, sonuncu maneəni də zərərsizləşdirərək döyüş yoldaşlarının irəliləməsi üçün şərait yaratdı. Ürəyi Vətən həsrəti ilə tonqal kimi alovlanıb işıq saçan oğullarımız bilirdi ki, bu yüksəklik alınacaq.

Qəhrəmanlıq bəzən ən ağır bədəllə yazılır. 2020-ci il oktyabrın 9-da Hadrut döyüşləri zamanı Əli Məmmədov kimi cəsur bir döyüşçü Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. Onun yarımçıq qalan ömrü, əslində, tamamlanmış bir həyatın nümunəsi oldu. Əli Məmmədov Vətənə olan borcunu son nəfəsinə qədər yerinə yetirdi.

Bu gün Əli Məmmədovun adı təkcə bir ailənin, nəslin yox, bütöv bir elin, obanın qüruruna çevrilib. Onun kimi igidlərin sayəsində torpaqlarımız azad olunub, bayrağımız zirvələrdə dalğalanıb.

Şəhidlər ölmür, onlar xalqın yaddaşında yaşayır, hər azad şəhərdə, hər dalğalanan bayraqda, hər qazanılan qələbədə yenidən doğulurlar. Əli Məmmədov da o ölməzlərdən biridir - Vətənin yaddaşına yazılan bir ad, gələcək nəsillərə örnək olan bir qəhrəman.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft ucuzlaşıb

10:31
21 Aprel

Dünya bazarında qızıl 24 dollar ucuzlaşıb

10:26
21 Aprel

Azərbaycan nefti 110 dollara satılıb

10:21
21 Aprel

Şimşək çaxır, yağış və qar yağır – FAKTİKİ HAVA  

10:15
21 Aprel

ASAN könüllüləri “Gənc İnnovatorlar” proqramını təqdim ediblər

10:13
21 Aprel

Pulu qazanmaq çətindir, yoxsa xərcləmək 

10:05
21 Aprel

Qəsəbəmiz yağış yağanda keçilməz olur

10:00
21 Aprel

Leysanın fəsadları qısa zamanda aradan qaldırıldı

09:55
21 Aprel

Su ötürücülərinin tikintisi mərhələlərlə həyata keçiriləcək

09:53
21 Aprel

Çiçəkləri sevməyi, yaşıllığı qorumağı öyrənməliyik 

09:50
21 Aprel

Qocalma prosesini ləngitməyin yeni yolu araşdırılır

09:45
21 Aprel

Vacib mövzularda keçirilən tədbirlər bizi maarifləndirir

09:45
21 Aprel

Lerikdə doğuldu, Bakıda ali təhsil aldı, indi sorağı Almaniyadan gəlir

09:40
21 Aprel

Yaponiyada təlim zamanı tank partlayıb, azı iki hərbçi həlak olub

09:37
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma el-obama dönüşüm mənim üçün böyük qürur mənbəyidir

09:36
21 Aprel

Ağdam sakini: Allaha şükür edirəm ki, uzun illər çəkdiyimiz yurd həsrəti sona çatdı

09:35
21 Aprel

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

09:35
21 Aprel

Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi

09:35
21 Aprel

“Böyük Qayıdış” davam edir: Ağdam şəhərinə daha 92 ailə yola salınıb

09:34
21 Aprel

Nazir: Macarıstana “Drujba” kəməri ilə neft tədarükü bu gün bərpa oluna bilər

09:33
21 Aprel

Gürcüstan DTX-nin illik hesabatlnda Azərbaycan ilə əməkdaşlıqdan da bəhs olunur  

09:32
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!