07 Oktyabr 2026 08:30
260
SİYASƏT
A- A+
Zəfərdən yeni inkişaf mərhələsinə

Zəfərdən yeni inkişaf mərhələsinə


Azərbaycanın müasir siyasi tarixini Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yoldan ayrı təsəvvür etmək mümkün deyil. Çünki YAP-ın yaranması, sadəcə, bir siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, Azərbaycanın dövlətçilik tarixində son dərəcə mürəkkəb və taleyüklü bir mərhələdə xalqın milli iradəsinin, dövlətçilik düşüncəsinin və sabitlik istəyinin siyasi ifadəsi idi.

YAP-ın tarixini yalnız partiyanın siyasi fəaliyyəti kontekstində deyil, müasir Azərbaycan dövlətçiliyinin formalaşması, möhkəmlənməsi və inkişafı prosesi ilə vəhdətdə qiymətləndirmək lazımdır. Çünki bu tarix Azərbaycanın ən ağır sınaqları ilə, dövlətçiliyimizin təhlükə qarşısında qaldığı illərlə, xalqımızın böyük ümidləri ilə, milli liderliklə, siyasi iradə ilə, nəhayət, Zəfər və suverenliklə sıx bağlıdır.


Tarixi zərurətdən doğan siyasi qüvvə


1992-ci il Azərbaycan tarixinin ən ağır və mürəkkəb dövrlərindən biri idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həm Ermənistanın hərbi təcavüzü, həm daxili siyasi böhran, həm iqtisadi tənəzzül, həm də dövlət idarəçiliyində ciddi problemlərlə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycanın görkəmli ziyalılarının Ulu Öndər Heydər Əliyevə müraciət etməsi təsadüfi deyildi. Bu müraciətin arxasında cəmiyyətin sabitlik, dövlətçilik və güclü liderlik ehtiyacı dayanırdı.

1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında YAP-ın yaradılması və Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Partiya həmin dövrdə hakimiyyət uğrunda sıradan siyasi mübarizə aparan təşkilat kimi deyil, ölkənin taleyini düşünən insanların dövlətçiliyi qorumaq məqsədilə yaratdığı siyasi qüvvə kimi meydana çıxdı. YAP-ın təsis konfransında 550 nəfərlik təşəbbüs qrupunun iştirakı və partiyanın proqram və nizamnaməsinin qəbul edilməsi bu prosesin təşkilatlanmış siyasi iradəyə çevrildiyini göstərirdi.


Dövlətçiliyin xilas mərhələsi


1993-cü ilin yayına doğru respublikamızdakı siyasi-hərbi böhran daha da dərinləşmişdi,  Azərbaycan ağır sınaqla üz-üzə qalmışdı.  Belə bir vaxtda xalqın tələbi ilə Heydər Əliyevin respublikanın siyasi rəhbərliyinə gəlməsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. 1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin siyasi həyatında yeni mərhələ başlandı. Dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması, iqtisadiyyatın dirçəldilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması istiqamətində ardıcıl siyasət həyata keçirilməyə başladı. Bu mərhələ Azərbaycanın gələcək inkişaf modelinin əsaslarını formalaşdırdı. Ulu Öndərin siyasətinin əsasını milli dövlətçilik, azərbaycançılıq, müstəqillik, milli maraqların qorunması və güclü ölkə ideyası təşkil etdi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ölkənin iqtisadi və geosiyasi gələcəyinə təsir edən mühüm hadisəyə çevrildi. Azərbaycan beynəlxalq enerji layihələrinin fəal iştirakçısına çevrilməklə yanaşı, öz iqtisadi müstəqilliyinin əsaslarını da möhkəmləndirməyə başladı.

Heydər Əliyevin siyasi irsinin ən mühüm xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, yalnız həmin günün problemlərini həll etməklə kifayətlənmirdi. Ulu Öndər gələcək Azərbaycanı düşünürdü. Bu siyasi uzaqgörənlik sonrakı illərdə Azərbaycanın inkişafının əsas istiqamətlərində özünü göstərdi.


Heydər Əliyev ideyalarından İlham Əliyev liderliyinə


2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkənin inkişaf strategiyasında yeni mərhələ başladı. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, onun əsas məqsədlərindən biri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirmək və Azərbaycanın qarşısında duran strateji məsələləri həll etməkdir. 

Bu siyasət ilk növbədə iqtisadi inkişafın sürətləndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, müasir ordunun yaradılması, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və nəhayət, ərazi bütövlüyünün bərpası istiqamətlərində həyata keçirildi.

Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu göstərdi ki, dövlətçilik strategiyası yalnız siyasi şüarlarla deyil, konkret proqramlar, layihələr, institusional islahatlar və uzunmüddətli planlaşdırma ilə həyata keçirilmişdir. Bu siyasətin ən böyük nəticəsi isə Azərbaycanın tarixində yeni səhifə açan Zəfər oldu. Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünün böyük hissəsini hərbi-siyasi yolla bərpa etdi. Lakin bu Zəfəri yalnız 44 günlə məhdudlaşdırmaq olmaz. Bu Zəfərin arxasında illərlə aparılmış dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq diplomatiya, milli həmrəylik və xalq-iqtidar birliyi dayanırdı. Məhz buna görə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında Zəfərin tarixi köklərinə xüsusi diqqət yetirməsi olduqca diqqətçəkəndir. Prezident vurğuladı ki, VIII Qurultay Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu, qurultayın siyasi əhəmiyyətini xüsusi şəkildə artırır.

2023-cü il sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ölkə ərazisində təmin edildi. Beləliklə, Azərbaycan xalqının uzun illər daşıdığı ən böyük milli arzularından biri reallığa çevrildi: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu, təkcə hərbi nəticə deyildi. Bu, dövlətçilik tariximizin yeni mərhələsi idi.


VIII Qurultay - Zəfərdən sonrakı Azərbaycanın siyasi xəritəsi


2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın VIII Qurultayı məhz belə bir tarixi mərhələdə baş tutdu. Prezident İlham Əliyevin qurultayda çıxışı partiyanın gələcək fəaliyyət istiqamətlərinin və Azərbaycanın yeni inkişaf mərhələsinin əsas prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdı.

VIII Qurultayı əvvəlki qurultaylardan fərqləndirən ən mühüm cəhət onun artıq ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın hakim partiyasının qurultayı olmasıdır. Əgər YAP-ın əvvəlki mərhələlərində əsas hədəflərdən biri güclü dövlət qurmaq, iqtisadi müstəqilliyi təmin etmək və ərazi bütövlüyünü bərpa etmək idisə, artıq qarşıda duran vəzifə Zəfər nəticəsində formalaşmış yeni reallıqları möhkəmləndirmək, Azərbaycanın gücünü daha da artırmaq və ölkəmizi yeni inkişaf mərhələsinə daşımaqdır.

Prezident İlham Əliyevin çıxışında ən mühüm siyasi tezislərdən biri Ulu Öndərin siyasi xəttinin dəyişməz olaraq qalması ilə bağlı fikirdir. Bu xəttin mahiyyətində müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli imkanlardan maksimum istifadə dayanır. Bu, çox mühüm mesajdır. Çünki siyasi varislik, sadəcə, keçmişi təkrarlamaq demək deyil. Siyasi varislik əsas strateji prinsipləri qorumaqla dəyişən dünyaya uyğun yeni yanaşmalar ortaya qoymaqdır. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr də məhz bunu göstərir.

VIII Qurultayda diqqətçəkən əsas məsələlərdən biri də Azərbaycanın hərbi və təhlükəsizlik imkanlarının bundan sonra da gücləndirilməsi ilə bağlı fikirlərdir. Azərbaycan sülh istəyən ölkədir. Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır. Lakin sülhün etibarlı təminatlarından biri güclü dövlət və güclü ordudur. 

Prezident çıxışında hərbi gücün artırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirərək müdafiə və təhlükəsizlik istiqamətində qarşıdakı prioritetlərə toxunub. Bu siyasətin mahiyyəti müharibəyə hazırlaşmaq deyil, müharibənin qarşısını almaq üçün kifayət qədər güclü olmaqdır. Azərbaycanın son illərdə yaratdığı hərbi potensial da məhz bu məqsədə xidmət edir.

VIII Qurultayın xüsusi əhəmiyyət daşıyan məqamlarından biri Prezidentin ideoloji təhlükəsizlik məsələsinə verdiyi diqqətdir. Müasir dünyada dövlətlərin təhlükəsizliyi artıq yalnız sərhədlərin qorunması ilə ölçülmür. İnformasiya müharibələri, kiberhücumlar, sosial şəbəkələr, süni intellekt, saxta məlumatlar və müxtəlif ideoloji təsir vasitələri milli dövlətlər üçün yeni çağırışlar yaradır. Bu reallıqda təhsilli, savadlı, milli dəyərlərinə bağlı və dünyada baş verən prosesləri düzgün qiymətləndirə bilən cəmiyyət ən güclü müdafiə mexanizmlərindən biridir. Prezidentin təhsili və vətənpərvərliyi ideoloji təhlükəsizliyin əsas dayaqları kimi önə çəkməsi təsadüfi deyil.

Bu məsələdə YAP-ın üzərinə də mühüm vəzifələr düşür. Partiyanın ideoloji fəaliyyəti yalnız ənənəvi tədbirlərlə məhdudlaşmamalı, yeni kommunikasiya imkanlarından, rəqəmsal platformalardan, müasir media alətlərindən və gənclərlə müasir ünsiyyət formalarından daha geniş istifadə etməlidir. 


Dövlətçilik tariximizin zirvəsi


Azərbaycanın son onilliklərdəki inkişafını xarakterizə edən ən mühüm xüsusiyyətlərdən biri siyasi kursun ardıcıllığıdır. Ulu Öndər Heydər Əliyev dövlətçilik strategiyasının əsaslarını yaratdı. Prezident İlham Əliyev isə həmin strategiyanı yeni tarixi şəraitdə inkişaf etdirdi. Bu siyasi xəttin nəticəsində Azərbaycan əvvəlcə iqtisadi və siyasi baxımdan gücləndi, sonra öz hərbi qüdrətini artırdı, beynəlxalq mövqelərini möhkəmləndirdi və nəhayət, uzun illər qarşısında dayanan əsas milli məqsədə - ərazi bütövlüyünün və suverenliyin tam bərpasına nail oldu.

Bu baxımdan Azərbaycanın Zəfəri yalnız hərbi tariximizin deyil, dövlətçilik tariximizin də zirvəsidir. VIII Qurultayın əhəmiyyəti də məhz buradadır. Bu, ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş, beynəlxalq nüfuzunu artırmış, qarşısında yeni inkişaf hədəfləri dayanan Azərbaycanın qurultayıdır.

Bu gün bizim qarşımızda artıq başqa vəzifələr dayanır. İndi əsas məsələ əldə edilmiş Zəfəri qorumaq və onun yaratdığı imkanlardan Azərbaycanın gələcək inkişafı üçün maksimum istifadə etməkdir. 

Güclü ordu. Güclü iqtisadiyyat. Güclü dövlət. Yüksək təhsil. Müasir texnologiyalar. Milli birlik. Bunlar Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Azərbaycan artıq yalnız regionda deyil, daha geniş coğrafiyada mühüm siyasi, enerji, nəqliyyat və diplomatik aktordur. Lakin əldə olunan uğurlar yeni məsuliyyət də yaradır. Dövlətimizin hər bir vətəndaşının rifahının yüksəldilməsi, ölkənin iqtisadi imkanlarının artırılması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi bizim əsas vəzifəmiz olmalıdır.

YAP Azərbaycanın ağır böhran dövründə dövlətçiliyin müdafiəsindən başlayan siyasi yolunu bu gün Zəfərdən sonrakı quruculuq və inkişaf mərhələsində davam etdirir.

1992-ci ildə Naxçıvanda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanlar Azərbaycanın gələcəyinə inanırdılar.

1993-cü ildə xalq Heydər Əliyevə etimad göstərərək ölkəni böhrandan çıxarmaq üçün öz siyasi iradəsini ortaya qoydu.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu.

Və bütün bu tarixi mərhələlərin hər birində dövlətçilik xəttinin, siyasi iradənin və milli həmrəyliyin xüsusi rolu olmuşdur. Zəfər son deyil, yeni dövrün başlanğıcıdır.

Qarşıda daha böyük məqsəd dayanır: Zəfərimizi davamlı inkişafın, rifahın, qüdrətin və milli tərəqqinin təməl daşına çevirmək. Azərbaycan xalqının birliyi, dövlətimizin gücü, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və YAP-ın qarşısında dayanan yeni vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi nəticəsində ölkəmiz qarşıdakı illərdə də böyük uğurlara imza atacaq.


Asif ƏSGƏROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb  

10:34
07 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb 

10:33
07 Oktyabr

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır  

10:23
07 Oktyabr

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

10:21
07 Oktyabr

Azərbaycan nefti 120,68 dollara satılır

10:21
07 Oktyabr

Nə gözəl sevgidi Vətən sevgisi

10:15
07 Oktyabr

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb  

10:10
07 Oktyabr

ABŞ-də zabit edam ediləcək

10:10
07 Oktyabr

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

10:09
07 Oktyabr

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına  

10:07
07 Oktyabr

Fizika üzrə Nobel mükafatına Frensis Haltsen layiq görülüb

10:05
07 Oktyabr

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

09:59
07 Oktyabr

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

09:58
07 Oktyabr

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb

09:54
07 Oktyabr

Kiyev raketlərlə vurulub, ölənlər var

09:50
07 Oktyabr

“Mənimlə fəxr edəcəksiz”

09:45
07 Oktyabr

İtməyən zəhmət

09:35
07 Oktyabr

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

09:33
07 Oktyabr

Yeni hədəflərə doğru

09:25
07 Oktyabr

Vətən çağıranda "kimdən əskiyəm" deyən oğul

09:15
07 Oktyabr

Vətən müharibəsinin ilk şəhidlərindən biri

09:10
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!