12 Oktyabr 2026 16:10
170
SİYASƏT
A- A+
Yüksək etimadın ünvanı  

Yüksək etimadın ünvanı  


2028-ci ildə MDB-yə sədrliyinin təsdiqlənməsi Azərbaycanın liderlik nüfuzundan xəbər verir 


Müstəqil Dövlətlər Birliyinin (MDB) 35 illik fəaliyyəti dövründə Azərbaycan hər zaman öz milli maraqlarına, qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa söykənən siyasət yürüdüb. Bu illər ərzində ölkəmiz təşkilat çərçivəsində yalnız iqtisadi və siyasi dialoqa töhfə verməklə kifayətlənməyib, həm də regional təhlükəsizlik və sabitliyin təmin olunmasında fəal mövqe nümayiş etdirib. Həmçinin humanitar, mədəni və idman sahələrində həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın MDB məkanında birləşdirici və aparıcı qüvvə kimi nüfuzunu daha da möhkəmləndirib. 

Bu ardıcıl və məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi, Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında alınan qərar ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edir. Azərbaycanın 2027-ci ildə təşkilata həmsədrliyinin, 2028-ci ildə isə müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik edəcəyinin təsdiqlənməsi ölkəmizin Birlik məkanında nüfuzunun, yüksək etimadın və regional liderliyinin növbəti parlaq təzahürüdür.

 

Bu hədəflər Azərbaycanın regional tranzit rolunu daha da möhkəmləndirəcək 


Azərbaycanın MDB çərçivəsindəki fəaliyyətinin əsas istiqamətlərindən biri humanitar və mədəni əməkdaşlıqdır. Şərqi Zəngəzurun incisi olan Laçın şəhərinin 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan edilməsi mədəni hadisə olmaqla yanaşı, həm də mühüm siyasi əhəmiyyət kəsb edən addım oldu. 

MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyev bu qərarın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd edib ki, ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Onlar Laçının sürətli dirçəlişinin, həmçinin aparılan bərpa işlərinin miqyasının əyani şahidi ola bildilər.

Azərbaycan yalnız siyasi və iqtisadi müstəvidə deyil, idman sahəsində də mühüm platformalara evsahibliyi edir. Gəncə və digər Azərbaycan şəhərlərini əhatə edən III MDB Oyunları təşkilatın tarixində ən genişmiqyaslı tədbirlərdən birinə çevrildi.

Dövlətimizin başçısı idmanın birləşdirici rolunu xarakterizə edərək vurğulayıb ki, III MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi: “Yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə etdi. MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”. 

Bu yarışlar Xankəndinin timsalında həm də işğaldan azad edilmiş bölgələrimizdə idman infrastrukturunun inkişafını, eləcə də ölkəmizin qonaqpərvərliyini dünyaya göstərmək üçün unikal imkan yaratdı.

Azərbaycan əlverişli coğrafi mövqeyini müasir infrastrukturla tamamlayaraq Avrasiya məkanının əsas logistik mərkəzlərindən birinə çevrilib. Ölkəmiz MDB üzvü olan dövlətlər, xüsusən Mərkəzi Asiya ölkələri üçün Xəzər dənizi üzərindən Avropaya və əks istiqamətə təhlükəsiz tranzit imkanları təqdim edir. 

Prezident İlham Əliyev tranzit həcmlərinin artımını faktlarla diqqətə çatdıraraq bildirib ki, əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir”.

2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsəd Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.

Bu hədəflər Azərbaycanın regional tranzit rolunu daha da möhkəmləndirəcək, ölkə iqtisadiyyatına əlavə gəlirlər gətirəcək və birlik ölkələri arasında iqtisadi inteqrasiyanı dərinləşdirəcək.


Çoxvektorlu xarici siyasətin təzahürü 


Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiklərinə görə həmkarlarına minnətdarlığını bildirib: “Ölkəmiz bunu yüksək etimadın əlaməti kimi qiymətləndirir və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirir. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır”.

MDB çərçivəsində 2027-ci ildə sədrlik Özbəkistana keçəcək. Bu dövrdə Türkmənistan, Özbəkistan və Azərbaycan qurumun troyka mexanizmini formalaşdıracaqlar. Əlamətdar haldır ki, Azərbaycan müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik funksiyasını öz üzərinə götürür. Əvvəlki illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması və işğal faktı ölkəmizin bu missiyanı icra etməsinə mane olurdu. Ərazi bütövlüyünün və suverenliyin tam təmin edilməsindən sonra Azərbaycanın MDB sədri seçilməsi regionda yaranmış yeni geopolitik reallıqların əyani göstəricisidir.

MDB-yə sədrlik Azərbaycanın çoxtərəfli diplomatiyasının yalnız bir halqasıdır.   Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü, Türk Dövlətləri Təşkilatı (TDT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və MDB çərçivəsində sədrlik funksiyalarını uğurla icra edən aparıcı mərkəzə çevrilir.

Gələn il İslam Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Azərbaycana keçəcək və təşkilatın Zirvə görüşü ölkəmizdə təşkil olunacaq. 2028-ci ildə isə Azərbaycan geniş Avropa coğrafiyasını bir araya gətirən Avropa Siyasi Birliyinin Zirvə görüşünə evsahibliyi edəcək.

Bütün bunlar çoxvektorlu xarici siyasətin təntənəsidir. Rəsmi Bakı bir tərəfdən Avropa İttifaqı ilə enerji və nəqliyyat tərəfdaşlığını inkişaf etdirir, digər tərəfdən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında aparıcı rol oynayır, eyni zamanda MDB və TDT çərçivəsində əlaqələrini dərinləşdirir. 

Bu nümunələr Azərbaycanın regional və qlobal miqyasda söz sahibi olan, təşəbbüsləri dəstəklənən və etibarlı tərəfdaş kimi qəbul edilən ölkə olduğunu bir daha təsdiqləyir. 


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib  

17:01
12 Oktyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir  

16:59
12 Oktyabr

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir  

16:58
12 Oktyabr

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

16:49
12 Oktyabr

Yusif Abdullayev: Azərbaycan-Kamboca biznes-forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək  

16:43
12 Oktyabr

“Zelenski Putinlə görüşməyə hazırdır”

16:39
12 Oktyabr

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib  

16:37
12 Oktyabr

Bakıda Azərbaycan-Kamboca biznes-forumu keçirilir

16:35
12 Oktyabr

Sülhü hədəf alan bütün təxribat cəhdləri iflasa məhkumdur   

16:24
12 Oktyabr

ABŞ Konqresinin “erməni hərbi əsirlər” ritorikası siyasi manipulyasiya xarakteri daşıyır  

16:21
12 Oktyabr

Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır  

16:18
12 Oktyabr

Vahid məktəbli forması sosial bərabərliyin təmin olunmasına xidmət edir  

16:13
12 Oktyabr

Yüksək etimadın ünvanı  

16:10
12 Oktyabr

2026–2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında  

15:43
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!