03 İyul 2026 14:43
224
DÜNYA
A- A+
Yer kürəsini xilas edəcək plan

Yer kürəsini xilas edəcək plan

Bəşəriyyət min illərdir ki, kosmosdan gələ biləcək böyük bir təhlükə ilə, nəhəng göy daşlarının (astroidlərin) Yer kürəsinə çırpılma ehtimalı ilə üz-üzədir. Hər nə qədər hazırda planetimiz üçün birbaşa təhlükə yaradan bir astroid tapılmasa da elm adamları hər an ortaya çıxa biləcək qəfil böhranlara qarşı hazırlıq görürlər. 

Nüfuzlu elmi jurnal olan “Space: Science & Technology” nəşrində yayımlanan yeni bir araşdırma, dünyanı mümkün bir fəlakətdən qorumaq üçün olduqca maraqlı və fərqli bir üsul təklif edir: “Kosmik daşın daxilində atom bombası partlatmaq”

Bu günə qədər planetimizi qorumaq üçün əsas üsul kimi astroidlərin hərəkət istiqamətini dəyişdirmək və ya onları uzaqdan vurmaq nəzərdən keçirilirdi. Lakin elm adamları xəbərdarlıq edirlər ki, əgər böyük bir astroidin dünyaya çırpılmasına cəmi bir neçə gün qalmışsa, ənənəvi toqquşma üsulları bizi xilas etməyə bilər. Belə ciddi vəziyyətlərdə yeganə çarə kosmik daşın içərisində nəhəng bir partlayış törətməkdir.

Tədqiqatçıların təklif etdiyi bu yeni proses bir neçə mərhələdən ibarətdir. İlk olaraq astroidə xüsusi bir kosmik gəmi göndəriləcək. Bu gəmi adi partlayıcılar vasitəsilə göy daşının üzərində dərin bir çuxur açacaq. Sonra xüsusi sistemli bomba həmin çuxurun içərisinə doğru yönləndiriləcək. Bomba kraterin daxilində partladılacaq.

Alimlər bildiriblər ki, bombanı birbaşa daşın içində partlatmaq enerjinin astroidə daha dəqiq və maksimum güclə ötürülməsini təmin edir. Beləcə, nəhəng göy daşı planetimizə zərər verməyəcək kiçik hissələrə parçalana bilər. Lakin bu metod olduqca mürəkkəbdir və texnologiyanın dəqiq hesablanması üçün daha uzun zaman tələb edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb

15:19
03 İyul

Türkiyənin vitse-prezidenti Tehranda İran Prezidenti ilə görüşüb

15:01
03 İyul

“YouTube” “TikTok”a daha çox bənzəməyə hazırlaşır

14:52
03 İyul

Yer kürəsini xilas edəcək plan

14:43
03 İyul

İngiltərə komandası Mexikoya uçuşunu mümkün casusluq səbəbindən təxirə salıb

14:33
03 İyul

Azərbaycanın Avropa ilə Asiya arasında strateji qovşaq rolu getdikcə güclənir  

14:25
03 İyul

ÜST: Ebola epidemiyasına qarşı müalicə üsullarının sınaqlarına başlanılıb

14:13
03 İyul

“Azərbaycan rəqəmsallaşmanı strateji inkişaf modeli kimi qəbul edir”  

14:03
03 İyul

Çində texnoloji inqilabın yeni peşələri

14:01
03 İyul

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Əliyev Füzulidə torpağa tapşırılıb

13:56
03 İyul

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?

13:33
03 İyul

ABŞ Məhkəməsi: miqrantlar zaminlik məhkəməsi olmadan 90 gündən çox saxlanıla bilməz

13:28
03 İyul

Sabah bəzi yerlərdə hava yağıntılı olacaq

13:27
03 İyul

Birinci Qarabağ müharibəsi şəhidi Rauf Əhmədov Goranboyda dəfn olunub

13:21
03 İyul

Agentlik: 104 nəfər Azərbaycan vətəndaşı Macarıstanda təhsil almaq hüququ qazanıb

13:13
03 İyul

Hindistanın Baş naziri gələn həftə Yeni Zelandiyaya tarixi səfər edəcək

13:10
03 İyul

Azərbaycan Hava Yollarının ixrac gəlirləri açıqlanıb

13:09
03 İyul

İtkin şəhid Dəyanət Musayev Ucarda dəfn edilib

13:07
03 İyul

“Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və yeni alınan texnikaların təqdimatı olub

12:46
03 İyul

Alimlər Cənub qütbünün Şimaldan daha çox donmasının sirrini açırlar

12:39
03 İyul

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə indiyədək Türkiyəyə ixrac olunan təbii qazın həcmi açıqlanıb  

12:21
03 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!