26 Noyabr 2025 19:01
318
SİYASƏT
A- A+
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kubaya səfər edib  

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kubaya səfər edib  


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov, partiyanın Mərkəzi Aparatının Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin müdiri Hülya Məmmədli və İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərovdan ibarət nümayəndə heyəti Kubaya səfər edib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, Kuba Kommunist Partiyasının (KKP) dəvəti əsasında baş tutan səfər çərçivəsində Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi, Kuba Prezidenti Miqel Mario Dias-Kanel Bermudes nümayəndə heyətini qəbul edib.

Qəbul zamanı Azərbaycan ilə Kuba arasında münasibətlərin tarixi köklərə əsaslandığı qeyd olunaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Kubanın Ali Baş Komandanı Fidel Kastronun bu istiqamətdə müstəsna xidmətləri vurğulanıb. Ölkələrarası münasibətlərin dostluq və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyi, siyasi dialoq fonunda müxtəlif sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcudluğu qeyd edilib. Həm Azərbaycan, həm də Kubanın beynəlxalq sistemdə müstəqil siyasət yürütməsinin əhəmiyyəti vurğulanıb. Qlobal çağırışlar şəraitində iki ölkənin BMT və Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının dövlət maraqlarının qorunmasına xidmət etdiyi bildirilib. BMT-də Kubaya qarşı embarqonun ləğvinə dair qətnamələrin Azərbaycan tərəfindən ardıcıl dəstəkləndiyi, Kubanın da regionda sülh və təhlükəsizlik məsələlərində Azərbaycanın ədalətli mövqeyini paylaşdığı qeyd olunub. Azərbaycan-Kuba münasibətlərində YAP və Kuba Kommunist Partiyasının önəmli rolu qeyd edilərək, qarşılıqlı səfərlərin və təmasların təcrübə mübadiləsi və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyi vurğulanıb.

Nümayəndə heyətinin Xalq Hakimiyyəti Milli Assambleyasının və Dövlət Şurasının sədri Xuan Esteban Lazo Hernandes ilə də görüşü keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev və Prezident Miqel Dias-Kanelin iki ölkə arasındakı münasibətlərə xüsusi önəm verdikləri, siyasi partiyalar və parlamentlərarası əlaqələrin əməkdaşlığın inkişafında vacib rol oynadığı qeyd olunub. Tərəflər milli maraqlar və beynəlxalq hüquq əsasında konstruktiv münasibətlərin tərəfdarı olduqlarını bildiriblər. Yeni geosiyasi şəraitdə ikili standartların təhlükəsizlik üçün risk yaratdığı vurğulanaraq, bu hallara qarşı qətiyyətli mövqenin əhəmiyyəti xüsusi qeyd edilib. Qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

KKP Mərkəzi Komitəsi Katibliyinin üzvü Xose Ramon Monteaqudo Ruiz və Kuba xarici işlər nazirinin birinci müavini Herardo Penyalver Portal ilə görüşlər zamanı isə YAP nümayəndə heyətinin dost ölkəyə səfərinin önəmi vurğulanaraq, qarşılıqlı fikir mübadiləsinin əlaqələrin mövcud vəziyyəti və gələcək imkanların müzakirəsi baxımından son dərəcə əhəmiyyətli olduğu qeyd edilib.

Səfər çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Kuba Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi də imzalanıb. Sazişi Tahir Budaqov və Xose Ramon Monteaqudo Ruiz imzalayıblar.

Partiyalar arasında çoxşaxəli işbirliyinin əsas istiqamətlərini və mühüm prioritetləri müəyyənləşdirən Əməkdaşlıq Sazişinin imzalanmasının dövlətlər arasındakı əlaqələrin mühüm tərkib hissəsi kimi partiyalararası münasibətlərdə yeni mərhələnin əsasını qoyacağı və çoxşaxəli əməkdaşlığa xidmət edən siyasi-hüquqi əsasları möhkəmləndirəcəyi vurğulanıb. İki dost ölkənin maraqlarının və hakim partiyaların ortaq hədəflərinin əks olunduğu Sazişdən irəli gələn vəzifələrin icra olunması nəticəsində ortaq hədəflərin gerçəkləşdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyəti, həmçinin Fidel Kastro Mərkəzini də ziyarət edib.


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!