14 Sentyabr 2026 15:53
130
CƏMİYYƏT
A- A+
Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib


11 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib. Konfransda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov, YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, rayon təşkilatının əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir iştirakçıları və qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra konfrans YAP Cəlilabad rayon təşkilatının binasında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Cəlilabad rayon təşkilatının sədri M.Mirxaslı hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər, qarşıya qoyulan vəzifələrin icrası və əldə olunan nəticələr barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ölkəmizin inkişafına və dövlətçilik maraqlarına xidmət edən siyasi xətt üzrə ardıcıl fəaliyyət göstərib. Çıxışda müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən bəhs olunub. Qeyd edilib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz mühüm sosial-iqtisadi və siyasi nailiyyətlər əldə edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası 30 ildən artıq dövr ərzində şərəfli inkişaf yolu keçərək xalqımıza və dövlətimizə sədaqətlə xidmət edib və ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib. RİH başçısı YAP-ın Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayıb, partiyanın fəaliyyətinin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, YAP Cəlilabad rayon təşkilatı rayonun ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, gənclərin və qadınların ictimai fəallığının artırılması, şəhid ailələrinə və qazilərə diqqət və qayğının göstərilməsi, dövlət siyasətinin yerlərdə təbliği və həyata keçirilməsi istiqamətində də ardıcıl fəaliyyət göstərir.

Milli Məclisin deputatları Elman Nəsirov və Malik Həsənov çıxışlarında Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir Azərbaycanın siyasi tarixinin mühüm hadisələrindən biri olduğunu qeyd ediblər. Bildirilib ki, ümumxalq partiyası olan YAP bu gün nəinki ölkəmizin, bütövlükdə regionun nüfuzlu siyasi təşkilatlarından biridir. Çıxışlarda xalqın Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını dəstəklədiyi, partiyanın ətrafında sıx birləşdiyi vurğulanıb.

Digər çıxış edənlər YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolundan, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətindən danışıblar.

YAP Mərkəzi Aparatının nümayəndəsi Əli Axundov çıxışında Cəlilabad rayon təşkilatının fəaliyyəti, ərazi partiya təşkilatlarında işin səmərəli təşkili, partiya üzvlərinin ictimai fəallığının artırılması istiqamətində görülən işlər barədə məlumat verib. O, rayon təşkilatının qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində həyata keçirdiyi tədbirlərin və əldə olunan nəticələrin əhəmiyyətini qeyd edib.

Konfransda YAP Cəlilabad rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirilib, Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.  

      

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu il 356 mindən çox məzun attestat və diplomunu elektron formada alıb

16:06
14 Sentyabr

Türkiyənin XİN rəhbəri Azərbaycana səfər edəcək

16:04
14 Sentyabr

QMİ-nin sədri: Azərbaycan sivilizasiyalar, mədəniyyətlərarası dialoq və əməkdaşlıq platformaları ilə dünyanın gündəmindədir

16:03
14 Sentyabr

Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının XI hesabat konfransı keçirilib

15:53
14 Sentyabr

Allahşükür Paşazadə: Seyyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

15:47
14 Sentyabr

Yeni tədris ili başlamazdan əvvəl 7 milyondan çox dərslik çap olunaraq məktəblərə çatdırılıb

15:43
14 Sentyabr

“Böyük Qayıdış” çərçivəsində yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır

15:31
14 Sentyabr

2026–2027-ci tədris ilində təqribən 2,2 milyon nəfər təhsil alacaq

15:31
14 Sentyabr

Gürcüstan və Ermənistan rəsmiləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

15:30
14 Sentyabr

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub

15:28
14 Sentyabr

Baş nazir Əli Əsədov Asiya İnkişaf Bankının Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

15:25
14 Sentyabr

Himalay buzlaqları sürətlə əriyir

15:10
14 Sentyabr

Alimlər qocalmanın sirrini tapıblar

15:00
14 Sentyabr

İndoneziyada gəmi aşıb: 6 nəfər ölüb, 130 nəfər itkin düşüb

14:58
14 Sentyabr

Azərbaycan-Qırğızıstan münasibətlərinə dair qanun layihələri parlamentin plenar iclasına tövsiyə olunub

14:23
14 Sentyabr

Xırdalan-Bakı qatarlarının yolda olma müddəti 35 dəqiqəyə endirilir

14:22
14 Sentyabr

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri və siqaretlər aşkarlanıb

14:11
14 Sentyabr

Azərbaycan və İordaniya arasında ümumvətəndaş pasport sahibləri üçün viza rejimi ləğv edilir

14:09
14 Sentyabr

Hakan Moral: Bakı görüşündə gənclər və ailə ilə bağlı mühüm məsələlər müzakirə olundu

14:08
14 Sentyabr

Müdriklik işığı

14:05
14 Sentyabr

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

13:32
14 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!