18 May 2024 09:05
1854
Mədəniyyət
A- A+
Yazıçının əbədiyyət ünvanı

Yazıçının əbədiyyət ünvanı

 

Altmış bir illik ömrünün xeyli hissəsini ədəbiyyata bağışladı İsi Məlikzadə. Çünki istedadına söykənib dünyanın ən çox səbir, zəhmət istəyən peşələrindən birini seçib yazıçı olmuşdu. Bədii əsərlərində fərqli mövzulara toxunurdu, həyatı, eyni zamanda hərəsi bambaşqa bir aləm olan insanları, onların hisslərini, mübhəm duyğularını anladırdı oxucularına.
O dövrün tələblərinə uyub qəhrəmanlarını müsbət, yaxud mənfi olaraq ayırmırdı. Hər kəsin qismətinə dümdüz, hamar ömür yolu düşmür axı. Həyatın gözlənilməz, bəzən olduqca mərhəmətsiz sınaqları ilə qarşılaşır insan. Hərdən nəinki taleyin zərbələrinə tab gətirmək, qəddini düzəldərək başını dik tutmaq, yaşamaq belə çətin olur. İnsan dözməkdən başqa yolu qalmadığını başa düşəndə həyatı ilə barışmış kimi görünür. Eynən İsi Məlikzadənin "Küçələrə su səpmişəm" povestinin qəhrəmanı Xəlil kimi. Özünün deyil, başqasının - əmisi oğlunun yerinə çəkdiyi cəza ilə birlikdə Xəlil arzuladığı, ümid etdiyi, xəyalını qurduğu gələcəyini itirir...
Həyatın verdiyi dərsləri ən nüfuzlu akademiyalardan, universitetlərdən belə almaq, öyrənmək mümkün olmur. Odur ki, bəzən dünyanın ən böyük, ən müdrik həqiqətini ən sadə - İsi Məlizadənin "Qatarda"da əsərindəki Dadaşov kimi insanlar söyləyir.
Yazıçı İsi Məlikzadə özü də əsərlərinin qəhrəmanları kimi maraqlı, enişli-yoxuşlu həyat yaşadı... O, varlı, imkanlı ailənin övladı deyildi. 1934-cü il mayın 1-də Ağcabədidə dünyaya gələn İsi Məlikzadənin atası Abbas kişi bərbər idi. Abbas kişinin böyük külfəti vardı. Ocağında səkkiz övlad böyüyürdü. İsi onun beşinci övladı və tək oğlu idi. Evdə yeddi bacının bircə qardaşı kimi əzizləndi. Oxuduğu Ağcabədi rayonu Xəlfərəddin kənd orta məktəbində isə bacarıqlı, fəal şagird kimi fərqləndi, rəğbət qazandı. 
Orta məktəbi 1952-ci ildə əla qiymətlərlə başa vurdu. Ali təhsil almaq həvəsi ilə Bakıya gəldi. Ancaq ədəbiyyata sevgisi olan gənc fərqli bir təhsil ocağına üz tutdu. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-kimya fakültəsinə daxil oldu. 1957-ci ildə institutu uğurla bitirdi. Təyinat üzrə Əzizbəyov Neft Mədənlər idarəsində operator kimi fəaliyyətə başladı. İsi Məlikzadə neft-qaz mədən idarələrində on ilə yaxın çalışdı. Bununla belə, özünə daha doğma hiss etdiyi ədəbi mühitdən uzaq deyildi... 
"Peşmançılıq" adlı ilk hekayəsi 1957-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc edildi. Sonralar "Pioner qəzeti"ndə, "Pioner" jurnalında uşaqlar üçün yazdığı hekayələri maraqla qarşılandı. Satirik yazıları "Kirpi" jurnalında işıq üzü gördü. 1964-cü ildə ilk kitabının sevincini yaşadı. İsi Məlikzadənin "Həsrətin sonu" adlı ilk kitabı çapdan çıxdı.
1966-cı ildən "Ulduz" jurnalı redaksiyasında çalışdı. 1973-cü ilədək həmin jurnalın Publisistika şöbəsinin müdiri, məsul katib işlədi. Sonra müxtəlif illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri, "Mozalan" satirik kinojurnalında böyük redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor, Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri oldu. 1990-cı ildə Azərbaycan Mədəniyyət Fondunun Qarabağ filialının sədri idi. 1994-cü ildən ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri işlədi. 1968-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (Azərbaycan Yazıçılar Birliyi) üzvü idi. 
1969-1992-ci illərdə "Özgə anası", "Kövrək qanadlar", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Dədə palıd", "Gümüşgöl əfsanəsi", "Şehli çəmənlərin işığı", "Dolaşaların Novruz bayramı" adlı kitabları işıq üzü gördü.
İsi Məlikzadənin ssenariləri əsasında "Ağ atlı oğlan", "Ömrün səhifələri", "Evin kişisi", "Gəl qohum olaq", "Gümüşgöl əfsanəsi", "Kişi sözü", "Küçələrə su səpmişəm", "Qatarda", "Qoca palıdın nağılı", "Pəncərə", "Güllələnmə təxirə salınır!" tamaşaçıların maraqla baxdıqları filmlər ərsəyə gəldi.
Bu qədər böyük işləri İsi Məlikzadə altmış bir ilə sığdıra bildi. 1995-ci ildə Bakıda ürək xəstəliyindən dünyadan köçdü. Yazıçı öz vəsiyyətinə uyğun olaraq Ağcabədidə dəfn olundu.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!