15 Noyabr 2024 08:35
111
CƏMİYYƏT
A- A+
"Yaşıl zona"da "yaşıl əməkdaşlıq"

"Yaşıl zona"da "yaşıl əməkdaşlıq"


Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyasının təntənəli açılış mərasimi keçirildi. 

Bütün dünya bu mərasimi böyük maraqla izlədi. Belə mötəbər, dünya üçün böyük əhəmiyyət daşıyan bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan yüksək hörmətin nəticəsidir. 

Noyabrın 12-də isə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində proqram xarakterli nitq söylədi. Azərbaycanın "yaşıl enerji" sahəsində reallaşdırdığı nəhəng layihələrdən danışdı. 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş isə çıxışı zamanı iqlim dəyişmələrinin qarşısını almaq üçün vaxtın az olduğunu bildirdi və bunun üçün ayrılan maliyyənin həcmini artırmağa çağırış etdi.

Ölkəmizə gələn həm dövlət başçıları, həm də sadə nümayəndələr tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu bildirdilər, təşkilatçılıq işlərindən razılıq etdilər. "Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq" deyən Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək. Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın evsahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq. Təbiidir ki, ölkəmizin paytaxtına gəlmiş qonaqlardan xalqımızın, dövlətimizin ünvanına xoş sözləri eşitmək hər birimizi qürurlandırır. 

COP29-un yüksək səviyyədə təşkil olunduğuna hər kəs canlı şahidlik edir. Həm qonaqların, həm də ziyarətçilərin tədbirin keçirildiyi ünvana getməsi üçün rahat şərait yaradılıb. Əvvəlcədən avtobusların hərəkət cədvəli müəyyənləşdirilib. Metronun "Koroğlu" stansiyasından tədbirin keçirildiyi Bakı Olimpiya Stadionuna müntəzəm olaraq avtobuslar işləyir.

Biz də metronun "Koroğlu" stansiyasındakı əlverişli şəraiti olan dayanacağa yaxınlaşdıq. Sənədlərin ciddi yoxlanışından sonra avtobusun salonuna keçib rahat oturacaqda əyləşdik. Burada həm ziyarətçilər, həm də qonaqlar var idi. Avtobus dövrə vurub "yaşıl zona"nın qarşısında dayandı. Ətrafda xeyli sıxlıq var idi. İnsanlar böyük maraqla pavilyonları ziyarət etməyə, müxtəlif ölkələrin, şirkətlərin dünyanı xilas etmək üçün iqlim dəyişmələri ilə bağlı gördükləri və görəcəkləri işlərlə, müasir texnologiyalarla tanış olmağa çalışırdılar. Bu sahədə biliklərini, təcrübələrini bölüşürdülər.

Burada təşkil olunan müxtəlif ölkələrin pavilyonları ilə tanış olduq. Bu gün atmosferin çirklənməsinin qarşısının alınması üçün avtomobillərdə elektrik enerjisindən istifadə olunması gündəmdə olan ən vacib məsələlərdən biridir. Dünyanın bir çox dövləti atmosferin çirklənməməsi üçün tədricən benzin və dizel yanacaqlarından imtina edərək elektrik enerjisindən istifadə etməyə can atır.  Pavilyonların birində "Charge.az" şirkəti təmsil olunurdu. Şirkətin nümayəndələri Nicat Abdulməcid və Elman Mirzəyev bizimlə söhbətlərində bildirdilər ki, Azərbaycanda elektrik avtomobillərin həm fərdi (eviniz, bağınız üçün) enerji doldurucularının satışını və quraşdırılmasını, həm də ictimaiyyətə açıq şarj məntəqələrinin quraşdırılmasını və mobil tətbiq üzərindən idarə olunmasını təklif edirlər: "Təqdim etdiyimiz enerji doldurucuları TÜVRheinland, CE standardlarına cavab verir və ən yüksək keyfiyyətdədirlər. Onlara iki il təminat da veririk. Elektrik enerjisindən istifadədə əsas məqsəd atmosferin çirklənməsinin qarşısını almaqdır. Yanacaqdan istifadə zamanı atmosferə atılan tüstü və müxtəlif qazlar istilik yayır, ətraf mühiti çirkləndirir. Elekrtik enerjisindən istifadə olunduqda isə atmosfer çirklənmir. Dünyamızın daha da təmiz qalması üçün biz insanları elektrik enerjisi ilə qidalanan avtomobillərə və başqa texnologiyalara üstünlük verməyə çağırırıq. Qoy planetimiz daha təmiz qalsın, yaşamaq üçün daha sağlam olsun".

Polşa Respublikasının "MZURİ" şirkətinin pavilyonu da çox ziyarət olunurdu. Ziyarətçilər şirkətin gördüyü işlərlə yaxından maraqlanırdılar. Bu müəssisənin  nümayəndəsi Marek Rozniyak gördükləri işlərdən söhbət açaraq dedi ki, əsas məqsəd planetimizi daha da təmiz saxlamaq və onu çirkləndirməməkdir: "Biz artıq 30 ildən çoxdur ki, kənd təsərrüfatı işləri ilə məşğuluq. Şirkətimiz torpağın şumlanması, əkilməsi və məhsulun ekoloji cəhətdən təmiz yığılması, saxlanması üçün ən müasir texnologiyalardan yararlanır. İstifadə edilən bu texnologiyalar insanların sağlamlığına və ətraf mühitin çirklənməməsinə yönəlib. 10 ildən artıqdır ki, şirkətimiz bu işlərə dünyada inqilab sayılacaq texnologiyaları tətbiq edir. 2019-cu ildən başlayaraq şirkətdə elmi araşdırmalar mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin təyinatına, qarşıya qoyduğu məqsədinə görə analoqu yoxdur. Demək olar ki, dünyada yeganə mərkəzdir. Bu da bizə imkan verir ki, dünyamızın ekoloji cəhətdən daha da təmiz olmasına töhfə verək. Biz Azərbaycanın işğaldan azad olunmuş ərzilərində də kənd təssərrüfatı işləri görə bilərik. Fikirləşirəm ki, bununla Azərbaycan xalqına kömək etmiş olarıq. Şirkətin nümayəndəsi kimi Bakıya 10-cu səfərimdir. Həmişə Azərbaycan xalqından qonaqpərvərlik və xoş münasibət görmüşük. Bu, xalqınızın mədəniyyətinin inkişafının müsbət göstəricisidir".

"Yaşıl zona"nın pavilyonunda dünyanın aparıcı dövlətlərindən biri olan İngiltərənin "Extreme Hangout" şirkəti də təmsil olunurdu. Burada insanlar daha çox gözə dəyirdi. Tərcüməçilər Qədim Qazıxanov və Cavid Məmmədovun köməyi ilə şirkətin nümayəndəsi Themdo Zntone ilə qısa söhbət etdik. O dedi: "Şirkətimiz dünyada gedən iqlim dəyişikliklərini diqqətlə izləyir. Dünyamızı narahat edən problemlərin həll olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dəstək verməyə çalışırıq. Şirkətimiz artıq dördüncü COP-dur ki, iştirak edir. Dünyamızın ekoloji cəhətdən təmizliyi, iqlim dəyişmələri bizim üçün vacib məsələlərdən biridir. Biz daim insanları narahat edən bu problemləri qabartmağa və onun həllinə nail olmağa çalışırıq. Bu günə qədər iqlim dəyişiklikləri ilə bağlı İspaniyada, Keniyada, Birləşmiş Krallıqda, Nigeriyada və Afrika ölkələrində bir sıra mühüm tədbirlər həyata keçirmişik və müvafiq uğurlar əldə etmişik. Dünyamızın ekoloji cəhətdən təmiz olması üçün bundan sonra da böyük səmərə verəcək tədbirlər həyata keçirəcəyik. Azərbaycanda ilk dəfədir ki, oluruq. Bizə göstərilən diqqət və qayğıdan çox məmnunuq. Burada keçirdiyimiz günləri həmişə xoş təəssüratlarla xatırlayacağıq. Buna görə xalqınıza minnətdarıq".

"Yaşıl zona"ya gələnlərin ardı-arası kəsilmirdi. "Ağ şəhər layihəsi" yerləşdirilmiş guşəyə baxanların sayı isə daha çox idi. Böyük bacarıq və ustalıqla yaradılmış və səliqə ilə yerləşdirilmiş eskizlər görənləri heyran edirdi. Həqiqətən də belə gözəlliyə heyran qalmamaq mümkün deyildi.  

Pavilyonda kiminlə söhbət etdiksə, qonaqpərvərliyinə görə xalqımızın ünvanına yalnız və yalnız xoş sözlər söylədi. Ziyarətçilər müraciət etdikləri bölmələrdə hörmətlə qarşılanır və ətraflı məlumatlandırılırdı. Burada həm ziyarətçilər, həm də iştirakçılar üçün bütün lazımi şərait yaradılmışdı. Belə bir şərait həm ziyarətçilərin, həm də qonaqların ürəyincə idi. İlıq payız günlərində ölkəmizdə keçirilən planetimizin iqlim dəyişmələrinə həsr olunmuş bu beynəlxalq tədbir yüksəksəviyyəli təşkilatçılığına görə COP-un tarixinə qızıl hərflərlə yazılacaq. Dünyada qazandığı nüfuzuna görə Azərbaycanın adı həmişə birincilər sırasında çəkiləcək. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!