15 Noyabr 2024 08:30
140
CƏMİYYƏT
A- A+
Azərbaycanın təşəbbüsü dəstək qazanır

Azərbaycanın təşəbbüsü dəstək qazanır


"Yaşıl nəqliyyat" ekoloji təhlükəsizliyə mühüm töhfədir


Hazırda ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünyanı təhdid edən ekoloji fəsadların aradan qaldırılması istiqamətində reallaşdırılan önəmli tədbirdir. Tədbir çərçivəsində sağlam gələcək naminə müzakirə edilməsi nəzərdə tutulan mövzulardan biri də şəhər nəqliyyatının "yaşıllaşdırılması"dır.

Dünya iqlim dəyişikliyinin ağır təsirləri ilə mübarizə apararkən "Yaşıl nəqliyyat" ətraf mühitə dəyən zərərli təsirləri minimuma endirməyi nəzərdə tutur. Noyabrın 20-də COP29 çərçivəsində nazirlərin bu mövzuda "dəyirmi masa"sı keçiriləcək. "Dəyirmi masa"da şəhər nəqliyyatının davamlılığını artırmaq məqsədilə həmin sistemlərin milli, regional və lokal planlama çərçivələrinə inteqrasiya strategiyalarının ətraflı müzakirəsi planlaşdırılır.

Konfransda keçirilən və keçiriləcək bu kimi tədbirlər dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına şərait yaradacaq, şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün daha sıx əməkdaşlıqlara təşviq edəcək.


Elektromobillərin istifadəsini stimullaşdıran önəmli addımlar atılır


Azərbaycan qlobal iqlim dəyişikliyinin fəsadlarının minimuma endirilməsi ilə bağlı irəli sürdüyü əhəmiyyətli layihələrin təşəbbüskarı kimi yalnız regionda deyil, dünyada da qabaqcıl ölkələr sırasındadır. Son illərdə ölkəmizdə atmosferi çirkləndirən, ekologiyaya zərər vuran nəqliyyat vasitələrindən, yanacaqlardan istifadənin azaldılması, elektromobillərə üstünlük verilməsi ilə bağlı dövlət tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, hazırda dünyada "yaşıl hərəkat" var. Azərbaycan da bu hərəkatın fəal üzvlərindən biridir: "2024-cü ilin ölkəmizdə  "Yaşıl dünya naminə həmrəylik ili" kimi qeyd edilməsi də bunun bariz göstəricisidir. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də də 2030-cu ilə qədər Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi qarşıya qoyulan hədəflərdən biridir. Elə bu səbəbdən də ölkədə atmosferə buraxılan zərərli qazların, əsasən də karbon qazı emissiyasının azaldılması istiqamətində bir sıra işlər görülür. Buna nümunə kimi bərpaolunan təmiz enerjiyə keçid, parkların salınması, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istismarı ilə bağlı aparılan stimullaşdırıcı, həvəsləndirici addımları sadalaya bilərik. Təbii ki, bütün bu kompleks tədbirlər ətraf mühiti çirkləndirən müəyyən amillərin qarşısını alacaq, ətraf mühitə, ekologiyaya müsbət təsir edəcək". 

Ölkəmizdə elektrik mühərrikli avtomobil istifadəçilərinin sayının artdığını söyləyən ekspert bildirib ki, bunun əsas səbəbi elektromobillərin ölkə daxilində istifadəsini stimullaşdıran önəmli addımların atılmasıdır: "Ölkəyə idxal olunan yeni elektromobillər gömrük rüsumundan və vergidən azaddırlar. Bu həm sahibkarlar, həm də istehlakçılar üçün olduqca  yaxşı fürsətdir.  Belə ki, elektromobilləri ölkəyə gətirsinlər, vətəndaşlar üçün nisbətən əlçatan olsun. Elektromobillərlə yanaşı, hibrid avtomobillərin də gömrükdə əlavə dəyər vergisindən azad olunması müsbət haldır". 

Bir müddət əvvələ qədər ölkəmizdə elektromobillərdə enerjidoldurma ilə bağlı müəyyən çətinliklər olsa da, hazırda bu problem tamamilə aradan qaldırılıb.  Eldəniz Cəfərov qeyd edib ki, bunun əsas səbəbi ölkəyə idxal olunan elektrik mühərrikli nəqliyyat vasitələrinin infrastrukturunun inkişafı ilə bağlı qərarların verilməsidır: "Elektromobillər üçün nəzərdə tutulmuş enerjidoldurma məntəqəsində istifadə olunan avadanlıq və cihazlar da idxal zamanı demək olar ki, rüsumlardan azad edilib. Bu da şərait yaradır ki, özəl sektor da bu məsələyə cəlb olunsun, sahibkarlar ölkədə enerjidoldurma məntəqələrinin açılmasında fəaliyyət göstərsinlər. Bu proses dövlət-biznes dialoqu çərçivəsində qurulub. Dövlət özü də "Azərişıq" qismində ölkə üzrə enerjidoldurma məntəqələrini quraşdırır. Hər ay ən azı bir neçə enerjidoldurma məntəqəsinin yaradılmasının şahidi oluruq".


Şəhər mobilliyinə də təkan veriləcək


Bu gün dünyada olduğu kimi, ölkəmizdə də avtomobil sıxlığının qarşısının alınması məqsədilə mikromobillik vasitələrindən istifadənin təbliği istiqamətində işlər aparılır. Paytaxtın küçə və prospektlərində mobillik imkanlarının yaxşılaşdırılması qlobal istiləşməyə səbəb olan karbon emissiyaları istehsalının qarşısını almaqla havanın çirklənməsinə də mane olur. Eldəniz Cəfərov bildirib ki, indiyədək paytaxtda velosipedlər və digər mikromobillik vasitələrindən nəqliyyat vasitələri kimi deyil, idman və əyləncə vasitəsi kimi istifadə olunurdu: "Velosiped və e-skuterlər nəqliyyat vasitələri kimi populyarlaşdıqca bu, şəhər mobilliyinə də təkan verəcək. Şəhər mobilliyi istər piyada, istər sürücü, bir sözlə, hər kəsin hərəkətinin sərbəst, maneəsiz olması deməkdir. Hazırda Bakıda 20 kilometr məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlama işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölməsi quraşdırılıb. Bu addımlar atılarkən inklüzivliyə də xüsusi diqqət yetirilib,  əlilliyi olan şəxslərin rahat hərəkət edə bilməsi üçün müvafiq şərait yaradılıb".

"Yaşıl nəqliyyat"a keçid iqlim fəsadlarının aradan qaldırılmasına öz töhfəsini verəcək. COP29 bir sıra yeni layihələrə təkan verəcək ki, bu da bəhrəsini təkcə nəqliyyat sahəsində deyil, digər sahələrdə də göstərəcək.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF-nin xərcləri artaraq 5 milyard 726 milyon manat olub  

11:13
15 Noyabr

Xarici jurnalist: COP29 Azərbaycanın iqlimlə bağlı ambisiyalarına kömək edəcək  

11:12
15 Noyabr

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa  

11:11
15 Noyabr

Ceyhun Bayramov: Sülh Azərbaycanın əsas prioritetidir  

11:09
15 Noyabr

Dünya birjalarında neftin ucuzlaşması davam edir  

11:09
15 Noyabr

COP29 çərçivəsində Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib  

11:08
15 Noyabr

Aleksandra Bilak Azərbaycanda qaçqınlarla bağlı həyata keçirilən dövlət siyasəti barədə məlumatlandırılıb  

11:06
15 Noyabr

Azərbaycan nefti ucuzlaşıb  

11:05
15 Noyabr

UEFA Millətlər Liqası: Bu gün daha 9 oyun keçiriləcək  

11:04
15 Noyabr

WWF-Türkiye: COP29 yeni MSMT prioritetlərinin aydın şəkildə müəyyənləşdirilməsi yolunda sonuncu böyük şansdır  

11:02
15 Noyabr

COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclası keçirilir  

11:01
15 Noyabr

Baş nazir Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb  

10:19
15 Noyabr

Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb 

10:12
15 Noyabr

Pərviz Şahbazov: Yaşıl enerji dəhlizləri təkcə enerjinin ötürülməsini deyil, həm də sabit və davamlı gələcəyin yol xəritəsini müəyyənləşdirir  

10:11
15 Noyabr

Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya məcburi eniş edib  

10:11
15 Noyabr

Dehlidə hava çirkliliyinə görə ibtidai məktəblər bağlanıb  

10:09
15 Noyabr

Millətlər Liqası: İtaliya qalib gəlib, Fransa xal itirib  

10:07
15 Noyabr

Britaniyalı nazirlər COP29-dakı pavilyonları ilə tanış olublar  

10:05
15 Noyabr

Afrikalı nümayəndə: Bərpaolunan enerji mənbələrinə yönəlmiş addımlar əsas hədəflərimiz arasında yer alır  

10:03
15 Noyabr

"İqlim dəyişikliyi ilə mübarizədə regional və transsərhəd əməkdaşlığın maliyyələşdirilməsi" mövzusunda konfrans keçirilib  

09:36
15 Noyabr

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

09:25
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!