15 Noyabr 2024 09:25
169
CƏMİYYƏT
A- A+
Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib

Mingəçevirin 76 yaşı yeni yaşıllıqlar salınması ilə qeyd edilib


Şəhər statusu almasının 76 illiyi münasibətilə Mingəçevirdə silsilə tədbirlər keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. 

Sonra Heydər Əliyev prospektində yerləşən iki xiyabanın yenidən qurulmasından sonra açılışları olub. 1 hektar ərazisi olan xiyabanda sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb - yeni oturacaqlar qoyulub, kölgəliklər təmir olunub, fəvvarə yenidən inşa edilib, velosiped xətti salınıb, tamet plitələr döşənib, müasir işıqlandırma sistemi, idman qurğuları, attraksionlar quraşdırılıb. Dama, nərd və şahmat oyunları üçün də sahə yaradılıb. Həmçinin yaşıllıq zolaqları genişləndirilib, həmişəyaşıl ağac tingləri, dekorativ gül kolları əkilib. 

Şəhər Bələdiyyəsinin maliyyə dəstəyi ilə yenidən qurulan digər xiyabanda görülən işlər də gözoxşayır. Burada da yaşıllıq zolaqları artırılaraq 2000-ə yaxın rəngarəng dekorativ gül kolları və həmişəyaşıl ağac tingləri əkilib, oturacaqlar və kölgəliklər təmir edilib, xiyabanın piyada zolağının hər iki tərəfinə təbii ot örtüyü döşənib, uşaqların əylənməsi üçün müxtəlif heyvan və quş heykəlləri qoyulub və başqa işlər görülüb.

İctimaiyyət nümayəndələri qarşısında çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov "Şəhər günü" münasibətilə sakinləri təbrik edib, Mingəçevirin abadlaşmasında, yenilənməsində xidmətləri olan hər kəsə minnətdarlığını bildirib. Şəhərin ilk qurucularını xatırlayan, Ulu Öndər Heydər Əliyevin Mingəçevirin inkişafındakı xidmətlərindən danışan ŞİH-in başçısı Prezident İlham Əliyevin şəhərə göstərdiyi diqqət və qayğıdan söz açıb. 

Tədbirin ikinci hissəsi axşam saatlarında Mingəçevir Dövlət Dram Teatrında davam edib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi anıldıqdan və Dövlət Himni səsləndirildikdən sonra çıxış edən ŞİH-in başçısı Mingəçevirin yaranma tarixindən, ilk quruculuq illərindən, şəhərin pillə-pillə yüksəlməsindən, genişlənməsindən danışıb. Şəhərin müasir dövrdəki inkişaf mərhələsindən söz açan İ.İsmayılov Prezident İlham Əliyevin bilavasitə göstərişi ilə həyata keçirilən tədbirlərə toxunaraq bildirib ki, Mingəçevirdə sakinlərin arzu və istəyinə uyğun yeni park və xiyabanlar yaradılır, məhəllələr abadlaşır, nümunəvi istirahət məskənləri, idman meydançaları salınır, yaşıllıq zolaqları genişlənir. 

Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək həmyerlilərini təbrik edib, onlara xoş arzularını çatdırıb. 

Mingəçevirin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsə ŞİH-in Fəxri fərmanları təqdim olunduqdan sonra şəhərin incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. 


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ANAMA-BMTİP Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinə dair fikir mübadiləsi aparılıb  

13:07
15 Noyabr

COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib YENİLƏNİB-2  

13:06
15 Noyabr

COP29-da enerji təşəbbüsləri üzrə nazirlər görüşü keçirilib  

13:05
15 Noyabr

Özbəkistanlı iştirakçı: COP29-da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar  

13:03
15 Noyabr

Avropada qazın qiyməti kəskin bahalaşıb  

13:02
15 Noyabr

Braziliyanın Neft-Qaz İnstitutunun baş direktoru: Yaşıl keçid bütün ölkələri əhatə etməli olan uzun prosesdir  

12:59
15 Noyabr

ABŞ mətbuatı: COP29 siyasiləşdirilməməlidir

12:58
15 Noyabr

Baş prokuror: COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir  

12:56
15 Noyabr

COP29: “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda panel keçirilib  

12:55
15 Noyabr

BMT-nin idarə direktoru: Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir  

12:53
15 Noyabr

Harvard Universitetinin professoru: Müəssisələr karbon emissiyasından imtina edərək yaşıl enerjiyə keçid etməlidir  

12:49
15 Noyabr

AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdur  

12:48
15 Noyabr

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib  

12:43
15 Noyabr

COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır  

12:41
15 Noyabr

Ötən il 500-dən çox amerikalı hərbçi intihar edib  

12:40
15 Noyabr

Yaponiya İmperator Evinin şahzadəsi Yuriko Mikasa 102 yaşında vəfat edib  

12:39
15 Noyabr

Fransada həmkarlar ittifaqları dövlət qulluqçularını tətilə çağırıb  

12:37
15 Noyabr

Rusiya Federasiyasının baş prokuroru Bakıya gəlib  

12:35
15 Noyabr

Kennedi ABŞ-nin səhiyyə naziri olacaq  

12:16
15 Noyabr

Azərbaycanın və Braziliyanın beyin mərkəzləri əməkdaşlığı dərinləşdirir  

12:02
15 Noyabr

DSMF: Bu ilin on ayında sığortaedənlərin sayı 4,49 faiz artıb  

12:01
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!