15 Noyabr 2024 13:03
162
COP29
A- A+
Özbəkistanlı iştirakçı: COP29-da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar  

Özbəkistanlı iştirakçı: COP29-da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar  

Özbək nümayəndə heyəti olaraq, biz buraya Özbəkistanda, Səmərqənddə hazırladığımız bəyanatımızı səkkiz ölkədən olan gənclərin iştirakı ilə imzalamaq üçün gəldik. Bunlar - Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Macarıstandır. Bu bəyanatı hazırladıqdan sonra COP29-da iştirak etmək üçün Bakıya gəldik ki, bu ölkələrin nazirləri də həmin sənədi imzalasınlar.

Bu barədə AZƏRTAC-a Özbəkistandan olan COP29 iştirakçısı Nazokat Kalnazarova məlumat verib.

“Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkiyədən birinci xanımların iştirak etdiyi tədbir keçirildi. Orada təqdimatımızı nümayiş etdirdikdən sonra həmin ölkələrin nazirləri bəyanatımızı imzaladılar. İndi bu hərəkətlərin hamısı, bəyanatımızda yazdığımız bütün təkliflər həmin səkkiz ölkədə də işlənib hazırlanacaq. Ümid edirəm ki, Braziliyada keçiriləcək növbəti COP sammitində biz hamımız bu il ərzində öz fəaliyyətimizi və səylərimizi müzakirə etmək üçün yenidən bir araya gələcəyik”, -deyə özbəkistanlı iştirakçı əlavə edib.

İqlim dəyişikliyi ilə bağlı problemlərin fəal şəkildə təbliğində və həllində gənclərin mühüm rolunu qeyd edən Nazokat Kalnazarova bildirib ki, COP29 bunun üçün əvəzsiz platformadır. O vurğulayıb: “Ümumiyyətlə, hesab edirəm ki, gənclər bu məsələlərdə çox fəal olmalıdırlar. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərin təşəbbüs və fəaliyyətlərinə böyük ehtiyac var. Gənclərin səsi eşidilməlidir, çünki biz iqlim dəyişikliyinin nəticələri baxımından ən həssas kateqoriyayıq. Ona görə ki, məsələn, 30 ildən sonra bəlkə də indiki liderlər olmayacaq və ola bilər ki, lider biz olacağıq. Sonra özümüz də bu problemlərlə üzləşəcəyik. Ona görə də gənclərin səsi çox önəmlidir. COP29-da bunun üçün hər cür şərait yaradılıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29-un dördüncü günü 52 min nəfərdən çox sərnişin daşınıb  

14:01
15 Noyabr

Nazir: Yaşıl enerji layihələri Azərbaycanın qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir  

14:00
15 Noyabr

Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında təmsil olunub  

13:59
15 Noyabr

COP29-un tanzaniyalı iştirakçısı: Ekoloji problemlər sahil boyu ərazilərə birbaşa təsir edir

13:58
15 Noyabr

Azərbaycan Prezidentinin COP29 zamanı çıxışı Meksika mətbuatında işıqlandırılıb  

13:57
15 Noyabr

ANAMA-BMTİP Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinə dair fikir mübadiləsi aparılıb  

13:07
15 Noyabr

COP29: “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı panel iclas keçirilib YENİLƏNİB-2  

13:06
15 Noyabr

COP29-da enerji təşəbbüsləri üzrə nazirlər görüşü keçirilib  

13:05
15 Noyabr

Özbəkistanlı iştirakçı: COP29-da səkkiz ölkənin nazirləri bizim bəyanatı imzaladılar  

13:03
15 Noyabr

Avropada qazın qiyməti kəskin bahalaşıb  

13:02
15 Noyabr

Braziliyanın Neft-Qaz İnstitutunun baş direktoru: Yaşıl keçid bütün ölkələri əhatə etməli olan uzun prosesdir  

12:59
15 Noyabr

ABŞ mətbuatı: COP29 siyasiləşdirilməməlidir

12:58
15 Noyabr

Baş prokuror: COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir  

12:56
15 Noyabr

COP29: “Minatəmizləmə və kənd təsərrüfatı vasitəsilə sülh, torpaq və ekosistemlərin bərpası” mövzusunda panel keçirilib  

12:55
15 Noyabr

BMT-nin idarə direktoru: Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir  

12:53
15 Noyabr

Harvard Universitetinin professoru: Müəssisələr karbon emissiyasından imtina edərək yaşıl enerjiyə keçid etməlidir  

12:49
15 Noyabr

AYNA: Taksi şirkətlərinin əlavə vəsait tutması, tək gediş üçün bir neçə ödəniş alması qanunsuzdur  

12:48
15 Noyabr

OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib  

12:43
15 Noyabr

COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır  

12:41
15 Noyabr

Ötən il 500-dən çox amerikalı hərbçi intihar edib  

12:40
15 Noyabr

Yaponiya İmperator Evinin şahzadəsi Yuriko Mikasa 102 yaşında vəfat edib  

12:39
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!