15 Noyabr 2024 14:00
227
İQTİSADİYYAT
A- A+
Nazir: Yaşıl enerji layihələri Azərbaycanın qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir  

Nazir: Yaşıl enerji layihələri Azərbaycanın qlobal dayanıqlı inkişafda öncül mövqeyə sahib olmaq niyyətini əks etdirir  

Dünya iqlim və enerji sahəsində taleyüklü bir mərhələyə daxil olub. Bu dönüş nöqtəsində bir araya gəlməyimiz, qlobal enerji gələcəyini formalaşdırmaq üçün tarixi bir fürsətdir. Bugünkü təşəbbüslərlə biz bərpaolunan enerjiyə sürətli keçidə olan sadiqliyimizi nümayiş etdirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yaşıl enerji, Hidrogen,Qlobal Enerji Ehtiyatı və Şəbəkələrinə həsr olunmuş Yüksək Səviyyəli Dəyirmi Masada çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin enerji keçidinə verdiyi güclü dəstək, Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları təşəbbüsü, eləcə də Xəzərdən Avropaya yaşıl enerjinin tədarükü üçün şaxələndirilmiş enerji infrastrukturunun yaradılmasına yönəlmiş uzaqgörən siyasət sayəsində ölkəmiz, regionda bərpaolunan enerjinin avanqardı kimi strateji layihələr həyata keçirir.

“Həmin səylər Azərbaycanın gələcəyini təmiz enerji üzərində qurmaqla yanaşı, bölgədə və dünyada yaşıl enerjinin inkişafını sürətləndirmək və maneələri aradan qaldırmaq məqsədi daşıyan COP29-un enerji təşəbbüslərinin də hərəkətverici qüvvəsidir. Azərbaycanın irəli sürdüyü 5 komponentdən ibarət 3 enerji təşəbbüsü, COP28-in bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması öhdəliklərinin uğurla yerinə yetirilməsini dəstəkləyən konkret həllər təqdim edir. Bunlardan biri yaşıl enerji dəhlizi və yaşıl enerji zonalarının yaradılmasını təşviq edən “Yaşıl Enerji Vədi”dir. Yaşıl enerji dəhlizləri bərpaolunan enerjinin geniş miqyasda ötürülməsi və istehlak mərkəzlərindən uzaqda yerləşən yüksək potensiallı enerji mənbələrinin istifadəsi üçün effektiv vasitədir. Yaşıl enerji dəhlizlərinin inkişafı üçün regional əməkdaşlıq və uyğun tənzimləyici çərçivələrin yaradılması, həmçinin dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, HVDC kabellərinin istehsalının artırılması əsas prioritetlərdir. Azərbaycan hazırda Xəzər-Qara Dəniz-Avropa, Mərkəzi Asiya-Azərbaycan və Azərbaycan-Türkiyə-Avropa layihələrini həyata keçirir. Həmin dəhlizlər Azərbaycanın yalnız enerji ixracında deyil, həm də qlobal dayanıqlı inkişafda öncül bir mövqeyə sahib olmaq niyyətini əks etdirir”, - deyə nazir əlavə edib.

P.Şahbazovun sözlərinə görə, yaşıl enerji zonaları xalis sıfır emissiyaya çatmaq yolunda strateji əhəmiyyətə malik vasitədir: “Bərpaolunan enerji resursları ilə zəngin ərazilərdə qurulan və yalnız təmiz enerjinin istifadəsinə əsaslanan həmin zonalar, investisiyaların cəlbinə, dayanıqlı iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına əhəmiyyətli töhfə verir”.

Qeyd olunub ki, ikinci təşəbbüs, Enerjinin Saxlanması və Enerji Şəbəkələri üzrə Qlobal Vəd - 2030-cu ilə qədər enerji saxlanc sistemlərinin qoyuluş gücünün 6 dəfə artırılaraq 1500 GVt-a çatdırılmasını nəzərdə tutur. Bu kollektiv hədəf saxlanc sistemlərinə sərmayələrin təşviqi və yeni texnologiyaların tətbiqi kimi elementləri də əhatə edir. Təşəbbüsün digər komponenti enerji şəbəkələrinə və ötürmə sistemlərinə sərmayələrin artırılmasını, mövcud infrastrukturun modernizasiyası və genişlənməsini nəzərdə tutur. Bu çərçivədə 2030-cu ilədək qlobal səviyyədə 25 milyon kilometr, 2040-cı ilə qədər isə daha 65 milyon kilometr şəbəkənin əlavə edilməsi və ya yenilənməsi öhdəliyi daxil edilib. Həmin təşəbbüs mövcud şəbəkə infrastrukturunun dəyişkən bərpaolunan enerjini dəstəkləməkdəki çatışmazlıqlarını aradan qaldırmaq, daha böyük həcmlərdə yaşıl enerji güclərini şəbəkəyə inteqrasiya etmək və enerji təchizatı ilə tələbat arasında tarazlığı təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.

“Üçüncü təşəbbüs “COP29 Hidrogen Bəyannaməsi” adlanır. Hidrogen sıfır emissiyalı gələcəyə gedən yolda güclü enerji mənbəyidir. Onun tətbiqi sənaye, nəqliyyat və enerji sektorlarını daha yaşıl və dayanıqlı edəcək, bərpaolunan enerjinin potensialını tam olaraq açacaq. “Hidrogen Bəyannaməsi” hidrogen sahəsindəki ambisiyaları və enerji keçidində hidrogenin rolunu dəstəkləyən ümumi öhdəlikləri, eləcə də hidrogen standartlarının və sertifikatlaşdırılmasını təşviqinə yönəlik tədbirləri əhatə edir. Yaşıl hidrogen Azərbaycanın enerji ixrac portfelinin diversifikasiyası və dekarbonizasiya siyasətinin vacib elementidir və COP çərçivəsində hidrogen strategiyasını açıqlaması da bu istiqamətdəki qətiyyətini göstərir. Bu təşəbbüslər iqlim hədəflərinə çatmaq üçün həm dövlət, həm də qeyri-dövlət aktorlarına güclü stimul verəcək. Burada, COP29-da, hamınızı bu öhdəliklərə qoşulmağa, iqlim fəaliyyətini gücləndirməyə və daha parlaq bir gələcək naminə birlikdə addım atmağa dəvət edirik. Eyni zamanda, həmin təşəbbüslərin irəliləyişini gələcək COP iclaslarında qiymətləndirməyi, IEA və IRENA-nın hesabatlarında əks etdirməyi vacib hesab edirik. Sizin hər birinizin dəstəyi, kollektiv gücümüzü möhkəmləndirir. Gəlin, COP29-u əlamətdar bir hadisəyə çevirərək qlobal iqlim səylərini daha yüksək bir səviyyəyə qaldıraq və dünyamız üçün davamlı bir gələcək quraq”, - deyə nazir fikirlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb  

17:22
15 Noyabr

COP29-da dəyirmi masa: “Düşüncədən əmələ-Bakı Habı ilə həll yollarının formalaşdırılması”  

17:21
15 Noyabr

“Total Energies” şirkəti ilə yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə edilib  

17:20
15 Noyabr

COP29 çərçivəsində “Afrika Dayanıqlı Ticarət Təşəbbüsü” ilə bağlı sessiya keçirilib  

17:19
15 Noyabr

Dövlət Xidmətinin rəisi Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

17:18
15 Noyabr

ANAMA sədri: Ölkəmizdə minaların təmizlənməsi və bu təhdidlərin geniş ekoloji təsirlərinin həlli üçün qlobal dəstəyi artırmaq vacibdir  

17:17
15 Noyabr

“Jewish Press”: “Washington Post” Azərbaycana və İsrailə hücum etməklə özünün qərəzsiz olmadığını göstərdi  

17:16
15 Noyabr

Şirvan şəhərindəki məscidlərdə din xadimləri ilə görüş keçirilib  

17:15
15 Noyabr

Esvatininin Baş naziri "ASAN xidmət"də olub  

17:10
15 Noyabr

Hərbi hissədə komanda-qərargah təlimi keçirilib  

17:08
15 Noyabr

Qazaxıstanın Kurık limanı Azərbaycandan yüklərin tranziti həcmini artırır  

17:07
15 Noyabr

SOCAR yaşıl istiqraz buraxmağa başlayıb  

17:06
15 Noyabr

COP29 çərçivəsində "Xalis Sıfır Xəritəsi: Dayanıqlı enerji sisteminin qurulması" mövzusunda tədbir keçirilib  

17:06
15 Noyabr

Afrikanın Səhiyyə Təşkilatları Assosiasiyası: Nigeriyanın yerli əhalisi davamlı inkişaf hədəflərinə çata bilmir

17:01
15 Noyabr

İnnovativ dialoqun başlanmasına və inkişaf etdirilməsinə töhfələrinə görə COP29 Sədrliyinə minnətdarlıq ifadə olunub  

17:00
15 Noyabr

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında 14 faizlik artım qeydə alınıb  

16:59
15 Noyabr

Milli Məclisdə Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ilə görüş olub  

16:58
15 Noyabr

COP29: İqlim dəyişikliyi ilə mübarizədə Cənub-Cənub əməkdaşlığı üzrə forum keçirilib  

16:57
15 Noyabr

Azərbaycan Qırğızıstanla enerji əməkdaşlığı üzrə sənədlər imzalayıb  

16:56
15 Noyabr

Afrika İxrac-İdxal Bankının icraçı vitse-prezidenti: COP29-dakı müzakirələr qitənin qlobal əməkdaşlıq səylərini gücləndirəcək  

16:41
15 Noyabr

COP29-da iqlimə həssas şəraitdə sülh və dayanıqlığı gücləndirmək üçün şəbəkə quruculuğu müzakirə olunub  

16:40
15 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!