16 Iyun 2024 23:51
396
DÜNYA
A- A+

Yaşar Gülər: Türkiyə beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarıdır


 

Müasir Türkiyə qlobal oyunçu və beynəlxalq danışıqlar üzrə proseslərin əvəzolunmaz memarlarından biridir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iyunun 16-da Baş Qərargah rəisi Mətin Gürakın və qoşun komandanlarının iştirakı ilə keçirilən müşavirədə deyib.

Y.Gülərin sözlərinə görə, Türkiyənin həlledici rolu Qarabağ münaqişəsinin və Liviyada vətəndaş müharibəsinin sona çatmasında xüsusilə özünü göstərib. “Bu günədək Ankara Yaxın Şərqdəki ziddiyyətlərin həlli üçün diplomatik səylər göstərir, münaqişə zonalarına humanitar yardım göndərir, Ukraynada qan tökülməsinə son qoymağa və nəticədə enerji və ərzaq böhranlarını aradan qaldırmağa çalışır. Bütün bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ölkəmizin həyata keçirdiyi dəyərli təşəbbüslərdir”, - deyə türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, Ankaranın beynəlxalq aləmdə nüfuzunun güclənməsi fonunda Türkiyə Silahlı Qüvvələrinin xaricdəki missiyalarının əhatə dairəsi genişlənir.

Müdafiə naziri dünyadakı qeyri-müəyyənliyə, o cümlədən Türkiyə sərhədlərində gərginlik və böhran zonalarının artmasına diqqət çəkib.

“Türkiyə ordusu bu gün də İraqın şimalında və Suriyada terrorçulara qarşı fəal mübarizəni davam etdirir. Türkiyənin maraqlarını pozan status-kvonun yaradılmasına yol verməyəcəyik”, - deyə Gülər vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video