26 Iyun 2024 09:40
210
İDMAN
A- A+

SÜRPRİZ

 

Avstriya D qrupunu lider başa vurdu

 

D qrupu, 3-cü tur
Niderland - Avstriya - 2:3
Qollar: Kodi Qapko 47, Memfis, Depay 78, Doniell Malen 6 (öz qapısına). Romano Şmid 59, Sabitzer 80.
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu

Dünən D qrupunda mübarizəyə yekun vuruldu. Qrupda hər iki qarşılaşma eyni vaxtda başladı.  Günün daha maraq doğuran matçı Niderland və Avstriya komandaları arasında oynanıldı.
Ümumiyyətlə, qarşılaşmaya sürətli başlayan tərəf Avstriya oldu. Xüsusilə mərkəzdə tətbiq etdikləri pressinq Niderland futbolçularına sürətli oynamağa imkan vermədi. İkinci fazada oyun planı uğurlu alınmadı. Avstriya cinahlara sürətli ötürmələrlə rəqib qapısı qarşısında bir neçə dəfə qol epizodu yaratmağı bacardı ki, bunlardan biri qol oldu.
Matçın son 20 dəqiqəsində Niderland toplu və topsuz oyunlarda üstünlüyü ələ keçirdi. Hücumlar zamanı geri dönən toplara da sahib olan Kumanın komandası bütün cəhdlərə baxmayaraq, hesabda tarazlığı bərpa edə bilmədi. Nəticədə Avstriya rəqibini xüsusilə ikinci hissədə bütün komponentlərdə üstələyərək çətinliklə olsa qalib gəlməyi bacararaq qrupu lider başa vurub.
Qeyd edək ki, Niderland millisini böyük turnirlərin böyük uğursuzu saymaq olar. Komanda final və yarımfinaldakı məğlubiyyət sayı ilə belə imici formalaşdırıb. Mundiallarda üç final oynayan yığma iki dəfə yarımfinalda dayanıb.  Sayca 11-ci dəfə Avropa çempionatına qatılan komanda 5 dəfə yarımfinal oynayıb. 1988-ci ildə Niderland çempionluq yaşayıb.
Avstriya millisi isə ardıcıl 3-cü, tarixində 4-cü dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparır. Buna kimi iki dəfə qrupda qalan yığmanın ən yaxşı nəticəsi "Avro-2020"də qeydə alınıb. 1/8 finala qədər irəliləyən avstriyalılar bundan artığına nail olmayıblar. Marsel Sabitzer, Arnautoviç, Mihael Qreqoriş kimi çox sayda ulduzlara malik yığmadan azarkeşləri cari çempionatda uğurlu nəticə gözləyir.
D qrupunun digər oyununda isə Fransa millisi iddiasız Polşa kollektivi ilə üz-üzə gəlib. Görüş heç-heçə başa çatıb-1:1.
Qeyd edək ki, Fransanın son iki dünya çempionatının finalında oynaması yığmanın əzəmətindən xəbər verir. DÇ-2018-in qalibi və DÇ-2022-nin qızılını penaltilər seriyasında əldən verən Deşamın komandası Avropada da uğur qazanmaq əzmindədir. Avropada Fransa hər 16 ildən bir finalda oynayır. 1984-cü və 2000-ci illərin çempionu 2016-cı ildə finalda uduzub. Sayca 11-ci dəfə final mərhələsində oynayan "üçrənglilər" üçüncü çempionluq arzusundadır.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video