07 Sentyabr 2026 22:07
164
SİYASƏT
A- A+
YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  


Sentyabrın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının sədri Yusuf İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə AZƏRTAC-a YAP-dan məlumat verilib.

Bildirilib ki, görüşdə iki ölkənin liderləri – Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin uğurla inkişaf edərək, strateji müttəfiqlik səviyyəsinə yüksəldiyi məmnunluqla vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyü və mütləq suverenliyinin bərpasından sonra regionda yeni reallıqların yarandığı, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin istər Azərbaycan ilə Türkiyə arasında çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi, istərsə də bölgədə sülh və təhlükəsizliyin təşviqi baxımından önəmi diqqətə çatdırılıb.

Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında da rifah və tərəqqiyə xidmət etdiyi, genişmiqyaslı və səmərəli birgə fəaliyyətin Türk Dövlətləri Təşkilatının (TDT) qlobal miqyasda güc mərkəzinə çevrilməsinə hədəfləndiyi söylənib. Vurğulanıb ki, TDT-nin müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmləndirilməsi hər iki dövlət üçün mühüm prioritetdir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir.

İki dost və qardaş ölkə arasında münasibətlərin inkişafı xüsusunda partiyalararası əlaqələrin müstəsna rolu qeyd olunaraq, 2021-ci il iyunun 2-də YAP ilə AK Parti arasında imzalanmış Əməkdaşlıq Protokolunda əksini tapan vəzifələrin uğurla icra olunduğu bildirilib.

2022-ci ildən etibarən hər il YAP-ın təşkilatçılığı ilə Şuşa Bəyannaməsinin ildönümü və 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Şuşa şəhərində keçirilən konfransların beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirə edildiyi nüfuzlu siyasi platforma kimi əhəmiyyəti qeyd olunub.

Görüş zamanı hər iki ölkədə uğurla həyata keçirilən gənclər siyasətinin önəmi, o cümlədən gənclərin ictimai-siyasi həyatda fəallığının artırılması istiqamətində görülən işlər məmnunluqla qeyd olunub, bu sahədə təmasların sıxlaşdırılmasının, qarşılıqlı səfərlərin və birgə layihələrin vacibliyi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub

22:49
07 Sentyabr

Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib

22:10
07 Sentyabr

YAP Sədrinin müavininin AK Parti Gənclik Qollarının nümayəndə heyəti ilə görüşü olub  

22:07
07 Sentyabr

Azərbaycan-Müqəddəs Taxt-Tac münasibətləri: Diplomatik əlaqələr çoxşaxəli əməkdaşlığa çevrilib  

20:11
07 Sentyabr

Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib  

19:26
07 Sentyabr

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da sərhədlərarası bərpaolunan enerji sertifikatları müzakirə edilib 

19:23
07 Sentyabr

Hansı hallar ayrı-seçkilik hesab edilərək qadağan olunur?

17:57
07 Sentyabr

Torpağın altında gizlənən ölüm

17:55
07 Sentyabr

AZAL-da uçuşlar ikiqat artdı: göyə qalxan hər təyyarənin artıq karbon izi də hesablanır

17:53
07 Sentyabr

Fermerə pul əkin başlamamış çatacaq

17:50
07 Sentyabr

Söyüdlüdə qızılın yolu açıldı

17:47
07 Sentyabr

Texnologiya dünyasında yeni güc birliyi: “MoveUP” səhnəyə çıxdı

17:45
07 Sentyabr

24,2 milyardlıq manat dalğas

17:43
07 Sentyabr

Ahıllar Evində hazırda 214 ahıl yaşayır

17:40
07 Sentyabr

FHN hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib 

17:35
07 Sentyabr

Bakı İqlim Fəaliyyəti Həftəsində binaların enerji effektivliyi üzrə pasportlaşdırılması müzakirə edilib

17:20
07 Sentyabr

Azərbaycanla Pakistan arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

17:17
07 Sentyabr

Dövlət Komitəsinin sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

17:15
07 Sentyabr

Azərbaycanda pul bazası artıb  

17:13
07 Sentyabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Bərdədə vətəndaşların müraciətlərini dinləyib  

17:10
07 Sentyabr

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

16:10
07 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!