02 İyun 2026 14:04
173
İQTİSADİYYAT
A- A+
Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub

Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayını təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,1 milyard dollar təşkil edib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71 faiz, pambıq lifi 49,9 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 32,2 faiz, çay 12,1 faiz, spirtli və spirtsiz içkilər isə 9,4 faiz artıb. Yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3 faiz artaraq 298,3 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6 faiz artaraq 119 milyon dollar təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1 faiz artaraq 417,3 milyon dollara bərabər olub.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon dollar) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon dollar) ikinci, mis filizləri (87,9 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (35,89 milyon dollar) birinci olub. Bu siyahıda pambıq lifi (35,83 milyon dollar) ikinci, tomat (30 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-aprel aylarında Rusiyaya 306,6 milyon dollar, Türkiyəyə 219,2 milyon dollar, Gürcüstana 175,8 milyon dollar, İsveçrəyə 139,5 milyon dollar, Ukraynaya isə 56 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2026-cı ilin aprel ayında Rusiyaya 94,9 milyon dollar, Türkiyəyə 79,3 milyon dollar, Gürcüstana 55,1 milyon dollar, İsveçrəyə 36,1 milyon dollar, Ukrayna 13,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2026-cı ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “AGRARCO” MMC, “Baku Steel Company” QSC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “SOCAR POLYMER” MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “AzərEnerji” ATSC, “SOCAR Cape” MMC, “Naxçıvan Enerji” MMC.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya neft ehtiyatlarında kəskin azalma ilə üzləşə bilər

15:41
02 İyun

“Bakı Enerji Həftəsi” Azərbaycanın artan qlobal rolunu bir daha nümayiş etdirir

15:40
02 İyun

Kreml xüsusi hərbi əməliyyatın sona çatması ehtimalını açıqlayıb

15:39
02 İyun

“SpaceX” kosmosdan yükləri çatdıracaq “Starfall” kapsulunun sınaqlarına icazə alıb  

15:38
02 İyun

NATO Avropanın şərq cinahında hərbi mövcudluğunu artırmağı planlaşdırır

15:24
02 İyun

Mükəmməl enerji strategiyası və dayanıqlı inkişaf

15:14
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:31
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:23
02 İyun

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

14:19
02 İyun

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən

14:17
02 İyun

“Kahı” yükü adı ilə külli miqdarda narkotik vasitələrin Azərbaycandan tranzit olunmasının qarşısı alınıb  

14:05
02 İyun

Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub

14:04
02 İyun

“Abşeron” yatağından hasil olunacaq qaz Türkiyə və Azərbaycan bazarına yönəldiləcək

14:00
02 İyun

Ədliyyə Nazirliyi: Məhkəmə-mühasibat və tikinti-texniki ekspertizalarına tələbat daha da artıb  

13:48
02 İyun

Bu ilin 4 ayında “Azərkosmos” 8,7 milyon dollarlıq telekommunikasiya xidmətləri ixrac edib

13:46
02 İyun

“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq  

13:31
02 İyun

Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verir

13:28
02 İyun

Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 13 nəfər həlak olub, 100-dən çox yaralı var

13:19
02 İyun

Ölü dəniz ildə bir metr su itirir və çökəkliklər əmələ gətirir

13:13
02 İyun

Sabah hava əsasən yağmursuz olacaq  

13:08
02 İyun

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

13:01
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!