02 İyun 2026 13:31
168
İQTİSADİYYAT
A- A+
“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq  

“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq  


“Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq.

AZƏRTAC xəbər verir ki, bunu “TotalEnergies” şirkətinin Azərbaycan üzrə rəhbəri Emmanuel de Guillebon Bakı Enerji Forumu çərçivəsində keçirilən “Upstream – yeni perspektivlər” adlı sessiyada çıxışı zamanı deyib.

“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin növbəti mərhələsi icra olunur. Üç il əvvəl biz layihənin birinci mərhələsini - erkən hasilat mərhələsini işə saldıq. Bu mərhələnin əsas məqsədi hasilata başlamaq, yatağın davranışını müşahidə etmək və əldə olunan məlumatlar əsasında gələcək inkişaf planlarını formalaşdırmaq idi. Bu gün artıq əminliklə deyə bilərik ki, yatağın davranışı gözləntilərimizə tam uyğun olub. Hətta nəticələr gözləniləndən də yaxşıdır. Hasilat sabit şəkildə davam edir və əldə etdiyimiz məlumatlar ikinci mərhələnin həyata keçirilməsi üçün bizə tam əsas verir. Son üç il ərzində tərəfdaşlarımız SOCAR və XRG ilə sıx əməkdaşlıq şəraitində çalışmışıq. Bu əməkdaşlığın nəticəsi olaraq ikinci mərhələnin layihələndirmə və mühəndislik işləri tamamlanıb. Hazırda icra mərhələsi üzrə tender prosedurları həyata keçirilir və layihənin icrasına bu ilin sonunadək başlanmasını planlaşdırırıq. İkinci mərhələnin konsepsiyası yenə də sualtı işlənmə modelinə əsaslanır. Layihə çərçivəsində 3 yeni quyu qazılacaq. Hər bir quyunun gündəlik hasilat potensialı təxminən 40 min barel neft ekvivalenti təşkil edəcək. Bunun təxminən 30 faizi kondensat, 70 faizi isə təbii qaz olacaq. Bu baxımdan “Abşeron” yüksək kondensat tərkibli qaz yatağı hesab olunur”, - deyə o qeyd edib.

Emmanuel de Guillebon bildirib ki, yeni quyular sahildən təxminən 140 kilometr məsafədə yerləşəcək və hasilat birbaşa sahilə nəql ediləcək: “Layihədə əlavə hasilat platformalarının tikintisi nəzərdə tutulmur. Quyular birbaşa sualtı infrastruktur vasitəsilə sahilə bağlanacaq. Bu məqsədlə quyuları əsas boru kəmərinə birləşdirən geniş sualtı infrastruktur sistemi qurulacaq. Hasil edilən qaz və kondensatın eyni xətt üzrə daşınmasını təmin etmək üçün çoxfazalı nəql sistemi seçilib. Layihənin maraqlı tərəflərindən biri odur ki, boru kəmərinin istilik izolyasiyası minimum səviyyədə nəzərdə tutulub. Bu yanaşma layihənin kapital xərclərini əhəmiyyətli dərəcədə azaldır. Lakin bunun üçün axının fasiləsizliyinin və təhlükəsizliyinin təmin edilməsi istiqamətində innovativ həllər tələb olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya neft ehtiyatlarında kəskin azalma ilə üzləşə bilər

15:41
02 İyun

“Bakı Enerji Həftəsi” Azərbaycanın artan qlobal rolunu bir daha nümayiş etdirir

15:40
02 İyun

Kreml xüsusi hərbi əməliyyatın sona çatması ehtimalını açıqlayıb

15:39
02 İyun

“SpaceX” kosmosdan yükləri çatdıracaq “Starfall” kapsulunun sınaqlarına icazə alıb  

15:38
02 İyun

NATO Avropanın şərq cinahında hərbi mövcudluğunu artırmağı planlaşdırır

15:24
02 İyun

Mükəmməl enerji strategiyası və dayanıqlı inkişaf

15:14
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:31
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:23
02 İyun

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

14:19
02 İyun

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən

14:17
02 İyun

“Kahı” yükü adı ilə külli miqdarda narkotik vasitələrin Azərbaycandan tranzit olunmasının qarşısı alınıb  

14:05
02 İyun

Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub

14:04
02 İyun

“Abşeron” yatağından hasil olunacaq qaz Türkiyə və Azərbaycan bazarına yönəldiləcək

14:00
02 İyun

Ədliyyə Nazirliyi: Məhkəmə-mühasibat və tikinti-texniki ekspertizalarına tələbat daha da artıb  

13:48
02 İyun

Bu ilin 4 ayında “Azərkosmos” 8,7 milyon dollarlıq telekommunikasiya xidmətləri ixrac edib

13:46
02 İyun

“TotalEnergies”: “Abşeron” qaz-kondensat yatağında 3 yeni quyu qazılacaq  

13:31
02 İyun

Bakı Enerji Həftəsi beynəlxalq enerji əməkdaşlığının inkişafına mühüm töhfə verir

13:28
02 İyun

Rusiyanın Ukraynaya kütləvi hücumu nəticəsində 13 nəfər həlak olub, 100-dən çox yaralı var

13:19
02 İyun

Ölü dəniz ildə bir metr su itirir və çökəkliklər əmələ gətirir

13:13
02 İyun

Sabah hava əsasən yağmursuz olacaq  

13:08
02 İyun

Azərbaycan və Mikroneziya arasında diplomatik əlaqələr təsis edilib

13:01
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!