22 Sentyabr 2024 00:04
3117
Nazirlər Kabineti
A- A+
“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsinin təsdiq edilməsi və “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№  432


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamının 2.2-ci və 2.3-cü bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adından “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun,” sözləri çıxarılsın;

2.2. 1-ci hissədən “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi”,” sözləri çıxarılsın;

2.3. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi” ləğv edilsin.




Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri,  20  sentyabr  2024-cü il



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 sentyabr tarixli 432 nömrəli Qərarı ilə təsdiq edilmişdir.


“Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun ƏSASNAMƏSİ



1. Ümumi müddəalar

1.1. “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu (bundan sonra - Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 4 sentyabr tarixli 4082 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Qoruq Quba rayonunun Xınalıq kəndi daxil olmaqla, Xınalıq kəndi ətrafında yerləşən yay otlaq sahələrindən Pirsaat su anbarınadək uzanan, Qusar, Quba, Şamaxı, Qobustan və Abşeron rayonlarının ərazisindən keçən 200 kilometrdən artıq köç yolunu, həmçinin Abşeron və Hacıqabul rayonlarının ərazilərində yerləşən Xınalıqlıların qış otlaq sahələrini əhatə edən, tarix, mədəniyyət, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik, epiqrafik və antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir. Qoruq UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasının 2023-cü il 18 sentyabr tarixli qərarı ilə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncam-larını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (bundan sonra - Agentlik) normativ hüquqi aktlarını, həmçinin digər aktlarını, Agentliyin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra - Mərkəz) Nizamna-məsini, qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnamənin müddəalarını rəhbər tutur.

1.3. Qoruq öz ərazisində mövcud olan maddi və qeyri-maddi mədəni irsin, o cümlədən təbii irsin qorunması, təbliği və təşviqində UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il 17 oktyabr tarixli konvensiyalarının (bundan sonra - Konvensiyalar) tələblərini nəzərə alır.

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Agentliyin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.

1.5. Qoruq Mərkəzlə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Mərkəz vasitəsilə Agentliyə təqdim edir.

1.6. Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın mühafizəsini, abidələrin funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə Agentliyin təklifi əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.

1.7. Qoruğun sərhədləri daxilində dünya, ölkə və yerli əhəmiyyətli abidələr yerləşir, həmçinin köçəri heyvandarlıq təsərrüfatı ilə məşğul olan Xınalıq əhalisinin müvəqqəti yaşadıqları tikililər və yerlər – yaylaq ərazilərdə arxaclar, qışlaq ərazilərdə qazma evlər və köç yolu üzərində qədim düşərgah (gecələmə) yerləri mövcuddur.

1.8. Qoruğun ərazisindəki abidələrin üzərində mülkiyyət, icarə və istifadəyə dair münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

1.9. Qoruğun ərazisində mövcud olan yay, qış otlaq sahələri, örüş və biçənək yerləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq istifadə oluna bilər.

1.10. Qoruq öz ərazisində mövcud olan adət-ənənələrin, habelə yaylaq-qışlaq maldarlıq təsərrüfatının və bununla bağlı xüsusi həyat tərzinin, habelə digər qeyri-maddi mədəni irsin qorunub saxlanıl-masını təmin edir və bu məqsədlə aidiyyəti dövlət orqanları (qurumları), həmçinin beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir.


2. Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri


2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruğun ərazisində Mərkəz tərəfindən dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir;

2.1.2. Qoruğun sahəsinə aid planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafı ilə əlaqədar təklifləri Mərkəzə təqdim edir;

2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Mərkəzlə razılaşdırır və həyata keçirir;

2.1.4. tarix və mədəniyyət abidələrində, həmçinin yaylaq-qışlaq maldarlıq təsərrüfatı üçün nəzərdə tutulmuş tikililərdə aparılan inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, konservasiya, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Mərkəzə təqdim edir. Layihələr Agentlik tərəfindən təsdiq edildikdən sonra Mərkəzin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti ilə həyata keçirilir;

2.1.5. Qoruq öz sərhədləri və mühafizə zonası daxilində abidələrin, tikililərin bərpası və təmirinin planlaşdırılması, həmçinin təşkili üçün Mərkəz vasitəsilə Agentliyə müraciət edir. Mərkəz həmin işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək müvafiq qaydada işlər görür;

2.1.6. Qoruğun elmi fondunun müddətsiz saxlanılmasını təmin edir;

2.1.7. təbii mühitin və bioloji müxtəlifliyin komponentlərinin qorunmasını təmin edir, eyni zamanda yarana biləcək təhdid və antropogen təsirlərə nəzarət edir;

2.1.8. Qoruğun ərazisindəki yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yolunun öz təyinatından kənar istifadə və bu ərazilərdə yerləşən torpaqların kateqoriyalarından kənar istifadə halları ilə bağlı Mərkəzi məlumatlandırır;

2.1.9. Qoruğun ərazisində örüş sahələri və biçənəklər, yay və qış otlaq sahələrinin hüquqi və fiziki şəxslərin icarəsinə (açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə) verildiyi zaman müqavilələrin qeydiyyatını aparır və bu barədə Mərkəzi məlumatlandırır;

2.1.10. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi ilə bağlı Mərkəzi məlumatlandırır;

2.1.11. Qoruğun ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşdırılmasının aparılmasında və abidələrin pasportlarının hazırlanmasında iştirak edir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Mərkəz vasitəsilə Agentliyə müraciət edir;

2.1.12. Qoruğun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə Mərkəzə məlumat verir;

2.1.13. Qoruğun ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən olunması və bununla bağlı infrastrukturun yaradılması üçün Mərkəzə təkliflər verir;

2.1.14. Agentliklə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birlikdə Qoruğun ərazisində elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssislər cəlb edir;

2.1.15. abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, o cümlədən Mərkəzin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür;

2.1.16. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq Mərkəzin nəzarəti ilə arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Agentliyə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Agentlikdə qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruğun ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;

2.1.17. Konvensiyaların tələblərini tətbiq etmək üçün Qoruğun ərazisində müvafiq monitorinqlər aparır, müvafiq məlumatları toplayır və Mərkəzə təqdim edir;

2.1.18. Qoruğun ərazisində baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.19. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

2.2. Qoruğun ərazisində və mühafizə zonasında yalnız Qoruğun xüsusi rejiminin tələblərinə uyğun elmi tədqiqat metodları tətbiq edilə bilər.



3. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və ərazisində yerləşən abidələrdən istifadə qaydaları


3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrin-dən, təbii landşaftdan, yay və qış otlaqlarından, köç yolundan və ərazidə yaylaq-qışlaq maldarlığına dair ənənəvi təsərrüfat infrastrukturundan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyətli abidələr və təbii landşaft, həmçinin yay və qış otlaqları, örüş və biçənək yerləri, qışlaq və yaylaq arasında 200 km uzunluğunda olan köç yolu və ərazidə yaylaq-qışlaq maldarlığına aid ənənəvi təsərrüfat infrastrukturu dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin və istifadə təyinatının dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdiyi ərazinin, yay və qış otlaq sahələrinin, örüş və biçənək yerlərinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.

3.4. Qoruğun ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyatın hərəkətini, həmçinin köç yolundan heyvanların təhlükəsiz keçidini müvafiq qaydada təşkil edilir, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Agentliyin qərarına uyğun qaydada tədbirlər görülür.

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırıl-ması üzrə layihəsi Agentlik tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olmaqla, Agentlik tərəfindən razılıq verilməmiş hər hansı tikinti işlərinin aparılması;

3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;

3.5.3. geoloji-kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;

3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;

3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması;

3.5.6. yay və qış otlaq sahələrinin, örüş və biçənək yerlərinin təyinatı üzrə istifadəsinə, köç yolundan heyvanların təhlükəsiz köçünə maneə yarada biləcək fəaliyyətlər.

3.6. Qoruğun ərazisində onun tarix, mədəniyyət, elmi, estetik və rekreasiya dəyərinə, eləcə də UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiyası” ilə təsdiq edilmiş irsi dəyərlərə - tarixi abidələrə, Xınalıq kəndinin memarlıq quruluşuna, yaylaq-qışlaq maldarlığı təsərrüfatları və bunlara aid ənənəvi infrastruktura (qışlaqda yataqlar, qış və yay otlaq sahələri, örüş və biçənək yerləri, köç yolunda düşərgə yerləri, heyvanların dərman-lanması üçün vannalar, ənənəvi su nohurları və suvarma məntəqələri), həmçinin Qoruğun ərazisində inanc yerləri, pirlər və qədim qəbiristanlıqlara xələl gətirən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.


4. Qoruğun maliyyələşdirilməsi



4.1. Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsaitdən və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.

4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Mərkəz tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Mərkəzin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.


5. Qoruğun hüquq və məqsədləri


5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:

5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, maddi və qeyri-maddi mədəni irs nümunələrini və təbii landşaftı qoruyub saxlamaq;

5.1.2. Qoruğun ərazisində Agentliyin razılığı olmadan hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq;

5.1.3. Qoruğun ərazisində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan abidələrin istifadəsinin, icarəyə verilməsinin, o cümlədən dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsi (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) istisna olmaqla, digər abidələrin alqı-satqısının həyata keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət etmək;

5.1.4. Qoruğun sərhədi daxilində və mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsinin müvafiq qanunvericiliyə əsasən Agentliyin razılığı ilə həyata keçirilməsinə nəzarət etmək;

5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;

5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Mərkəzə müraciət etmək;

5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilmə-sinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradıl-masına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştiraka dair Mərkəzə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək;

5.1.8. Qoruğun ərazisində yay və qış otlaqları arasında əhalinin mövsümi miqrasiyası zamanı mədəni irsi dəyərlərin qorunması üçün tədbirlər görmək, əhalinin köç yollarında, maldarlıq düşərgələrində və dezinfeksiya vannalarının yerləşdiyi ərazilərdə rahat və təhlükəsiz hərəkəti üçün dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, həmçinin digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

5.1.9. Ümumdünya İrs Siyahısına daxil edilmiş mədəni irsi dəyərlərin qorunması məqsədilə qış və yay otlaq sahələrində, köç yolları və maldarlıq düşərgələrində monitorinqlər həyata keçirmək;

5.1.10. köç yolu, qışlaq və yaylaq ərazilərində ənənəvi qısamüddətli yaşayış və qeyri-yaşayış tikililərinin (qazma üslublu evlər, tövlələr və s.), nohurların və maldarlıq düşərgə yerlərinin, yazlaq  zonalarının, bulaqların və s. mühafizəsinin təşkili üçün təkliflər hazırlayıb Mərkəzə təqdim etmək.

5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif və tədris tədbirlərinin təşkil edilməsi məqsədilə Elmi Şura yarada bilər. Elmi Şuranın tərkibi Qoruğun təklifi ilə Agentlik tərəfindən təsdiq edilir.


6. Qoruğun fəaliyyətinin təşkili


6.1. Qoruğun fəaliyyətinə Mərkəzin təqdimatı ilə Agentliyin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Agentlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

6.3. Direktor:

6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;

6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruğun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;

6.3.6. müəyyən olunmuş qaydada Mərkəzlə  razılaşdırmaqla ştat cədvəlinin təsdiq edilməsi və dəyişdirilməsi haqqında Agentliyə təkliflər verir.

6.4. Qoruğun mühafizəçiləri:

6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə məsuliyyət daşıyırlar;

6.4.2. Qoruğun ərazisində yerləşən abidələrin toxunulmazlığının təmin edilməsi üçün onların üzərində müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən, yaxud onların bir hissəsindən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol vermirlər, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirirlər, abidələrdə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə onlardan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verirlər, abidələrin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə və onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə vermirlər, Qoruğun ərazisində tarix və mədəniyyət abidələrindən istifadə rejiminin təmin edilməsi, abidələrin qorunması, onlardan istifadə qaydaları və Qoruğun mühafizə rejimini pozan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar tədbirlər görürlər.

6.5. Qoruğun mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin turizm işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.6. Qoruğun strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Agentlik tərəfindən təsdiq edilir. 


7. Qoruğun fəaliyyətinin dayandırılması və ləğv edilməsi


Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunverici-liyinə uyğun olaraq dayandırıla, ləğv edilə və yenidən təşkil edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!