13 Fevral 2026 08:05
361
SİYASƏT
A- A+
Xəyanətkar şəbəkənin siması ifşa olundu

Xəyanətkar şəbəkənin siması ifşa olundu


Suverenliyimizə qəsd edənlər ən ağır formada cəzalandırılmalıdırlar


Fevralın 12-də Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digər şəxslərin xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək Azərbaycanın konstitusiya quruluşunu zorla dəyişdirmək və hakimiyyəti ələ keçirmək niyyətləri ilə bağlı məlumat yayıb. DTX-nin məlumatına əsasən, 2013-cü il seçkilər ərəfəsində xaricdə yaradılmış "Milyarderlər İttifaqı"nın rəhbərləri və dağıdıcı müxalifət nümayəndələri xarici dövlətlərin maddi və təşkilati dəstəyilə kütləvi iğtişaşlar törətmək üçün sövdələşiblər. 

Bu məqsədlə Ramiz Mehdiyev və Abbas Abbasov tərəfindən ayrılan böyük məbləğdə vəsaitlərdən istifadə edilib. İstintaq materiallarında həmçinin Əli Kərimlinin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə üzv olacağı və strateji maraqları təmin edəcəyi barədə vədlər verdiyi aşkarlanıb. Həmçinin 2020-ci ilin iyul hadisələri zamanı Əli Kərimlinin strateji dövlət binalarının ələ keçirilməsi üçün təxribat xarakterli göstərişlər ötürdüyü məlum olub. Eyni zamanda 2025-ci ilin son aylarında Ramiz Mehdiyevin dövlət idarəetməsini devirməyi nəzərdə tutan gizli planları Əli Kərimli ilə paylaşdığı və xarici dövlətlərə ötürdüyü texniki vasitələrlə fiksə edilib. Bununla yanaşı, Ramiz Mehdiyev dövlətə xəyanətdə və 17 milyon manatdan artıq cinayət yolu ilə əldə edilmiş vəsaiti leqallaşdırmaqda ittiham olunur. 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) materialları göstərir ki, bu şəbəkə, sadəcə, siyasi müxalifət qrupu deyil, xarici dövlətlərin kəşfiyyat orqanları tərəfindən idarə olunan, daxili və xarici qanadları olan mütəşəkkil struktur kimi fəaliyyət göstərib. Ramiz Mehdiyev şəbəkənin ən yüksək pilləsində dayanaraq xarici ölkənin xüsusi xidmət orqanları ilə Azərbaycandakı "beşinci kolon" arasında əsas halqa rolunu oynayıb. Ramiz Mehdiyev 2025-ci ildə dövlət idarəetməsini devirmək üçün xarici dildə xüsusi direktivlər hazırladaraq bu sənədləri həm xarici kəşfiyyat orqanlarına, həm də daxili icraçılara ötürüb. O, dövlət strukturları daxilindəki təsir rıçaqlarını və əlaqələrini ölkəni daxildən zəiflətməyə, xarici güclərin maraqlarını Azərbaycanın dövlət təhlükəsizliyi əleyhinə reallaşdırmağa yönəldib. 

Əli Kərimli və onun rəhbərlik etdiyi AXCP şəbəkəsi isə planın sahə icrasını həyata keçiriblər. Onlar 2013-cü il seçkiləri və 2020-ci ilin iyul hadisələri zamanı vətənpərvərlik şüarlarını manipulyasiya edərək kütləni Milli Məclis və AzTV kimi dövlət əhəmiyyətli binaların zəbt edilməsinə yönəltmək vəzifəsini yerinə yetiriblər. Bu şəbəkənin fəaliyyəti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhlükə altına qoymaqla yanaşı, dövlət hakimiyyətinin konstitusiyadan kənar yollarla, xarici hərbi-siyasi dairələrin köməyilə ələ keçirilməsinə xidmət edib. Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyü və suverenliyinə qənim kəsilmiş bu şəbəkə ardıcıl olaraq ölkədə gərgin vəziyyət yaratmaq, ictimai sabitliyi pozmaq, dövlət maraqlarına qarşı planlar qurmaq və gerçəkləşdirmək istiqamətində fəaliyyət göstərib, ölkənin nüfuzuna xələl gətirmək üçün bütün mümkün vasitələrdən istifadə edib. Xain şəbəkənin fəaliyyəti yalnız hakimiyyət davası olmayıb, birbaşa Azərbaycanın milli maraqlarının və suveren hüquqlarının xarici güclərə peşkəş edilməsinə çalışıblar. Xarici xüsusi xidmət orqanlarının təlimatı ilə Azərbaycanın daxili və xarici siyasəti barədə beynəlxalq təşkilatlara təhrif olunmuş məlumatlar ötürülüb. Belə ki, "Milli Şura" vasitəsilə xarici dövlətlərə gizli məktublar ünvanlayaraq, Azərbaycan dövlətinə qarşı sanksiyalar tətbiq edilməsi və siyasi təzyiqlərin artırılması xahiş edilib. 

Şəbəkənin ən ağır cinayətlərindən biri Azərbaycanın strateji maraqlarını xarici güclərin maraqlarına qurban vermək vədi olub. Əli Kərimlinin hakimiyyətə gətirilməsi müqabilində Azərbaycanın hərbi-siyasi müstəqilliyini məhdudlaşdıran və ölkəni başqa bir dövlətin hərbi blokuna (KTMT) daxil etməyi nəzərdə tutan gizli razılaşmalar suverenliyə birbaşa qəsddir. 

Vətən müharibəsi kimi taleyüklü bir dövrdə bu qrupun fəaliyyəti birbaşa milli orduya, xalqın birliyinə və dövlətin qələbə əzminə qarşı yönəlmiş terror xarakteri daşıyıb. Xəyanətkar şəbəkə Azərbaycanın ən həssas və həlledici dövründə, torpaqların azad edilməsi ərəfəsində xarici kəşfiyyatın "psixoloji əməliyyat" mərkəzi kimi fəaliyyət göstərib. Əsas vəzifəsi xalq arasında ümidsizlik toxumu səpmək olub. Məqsədyönlü şəkildə Azərbaycan Ordusunun gücü, texniki təchizatı və döyüş qabiliyyəti barədə şübhələr yaradaraq ictimai rəyi çaşdırmağa səy göstərib. Bu, düşmən tərəfin apardığı təbliğatla tam üst-üstə düşən bir fəaliyyət idi. 

Ramiz Mehdiyevin dağıdıcı müxalifəti daim aktiv fəaliyyətə sövq etməsi dövlətin diqqətini xarici cəbhədən daxili cəbhəyə yayındırmaq məqsədi güdürdü. Müharibə ərəfəsində dövlətin bütün resurslarını cəbhəyə yönəltdiyi bir vaxtda Mehdiyev və onun əlaqəli olduğu qruplar süni daxili böhranlar, mitinqlər və itaətsizlik aksiyaları ilə dövləti zəiflətmək niyyəti güdüblər. Mehdiyev illərlə dövlət aparatında topladığı rıçaqlardan istifadə edərək xain qrupları maliyyələşdirib və onları sistemli şəkildə dövlət maraqlarına qarşı hücuma yönəldib. Şəbəkə Azərbaycanın müstəqil qərar-vermə və torpaqlarını hərbi yolla azadetmə iradəsini sarsıtmaq üçün həm daxili media resurslarından, həm də sosial şəbəkələrdəki trol qruplarından maksimum istifadə edib. Lakin dövlətin qətiyyəti və xalqımızın birliyi bu psixoloji sabotaj planlarını alt-üst edərək şəbəkənin ifşasına şərait yaradıb.

Baş verənlərə nəzər yetirdikdə aydın olur ki, xaricdəki söyüş müxalifəti də bu şəbəkə tərəfindən təlimatlandırılıb və idarə olunub. Ramiz Mehdiyev və onun xarici tərəfdaşlarının rəhbərlik etdiyi söyüş müxalifəti siyasi mübarizəni etik normalardan çıxararaq Azərbaycan dövlətçiliyinə və milli dəyərlərə qarşı bir təzyiq alətinə çeviriblər. Xaricdə sığınacaq tapan ünsürlər mərkəzləşdirilmiş qaydada siyasi sifarişlər yerinə yetiriblər. Ramiz Mehdiyev və Əli Kərimli kimi şəxslərin daxildəki maraqlarına uyğun olaraq dövlət rəhbərliyi və milli maraqları qoruyan şəxslər, o cümlədən müstəqil dövlət qurumları ən çirkin formada hədəf seçilib. Təhqir, şantaj və böhtan vasitəsilə cəmiyyətdə xof yaratmaq, dövlət məmurlarını mənəvi basqı altında saxlamaq və sağlam siyasi dialoq mühitini məhv etmək əsas hədəf olub. Milyonlarla manatın məhz bu "media resursları"na və "bloqçulara" yönəldildiyi şübhəsizdir. Daxildən ötürülən uydurmalar məhz həmin qruplar vasitəsilə tirajlanaraq, dövlətin daxili sabitliyinə zərbə vurmaq üçün istifadə edilib.

Azərbaycan xalqının mentalitetinə zidd olan söyüş və təhqir leksikonunu siyasi müstəviyə gətirməklə, cəmiyyətdəki etik sədləri sarsıtmaq və gənc nəsli dövlətə qarşı radikallaşdırmaq məqsədi güdülüb. Faktlar göstərir ki, Ramiz Mehdiyevin rəhbərlik etdiyi şəbəkə Azərbaycanın həm fiziki, həm də mənəvi təhlükəsizliyini hədəf alıb. Söyüş müxalifətinin bu şəbəkə tərəfindən idarə olunması, xəyanətin miqyasının nə qədər geniş və sistemli olduğunu bir daha təsdiqləyir. 

Şəbəkənin ifşası göstərir ki, Azərbaycanda "fərqli qütblər" kimi görünən qüvvələr, yəni Ramiz Mehdiyev, dağıdıcı müxalifət və xaricdəki söyüş qrupları, əslində, vahid bir mərkəzdən xarici diktə ilə idarə olunublar. Hər biri öz sahəsində dövlətin müstəqilliyinə zərbə vurmaq üçün koordinasiyalı çalışıblar. Xain şəbəkənin ifşası Azərbaycanın dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı sayəsində mümkün olub. Bu şəxslər hazırda həm hüquq qarşısında, həm də xalqın mənəvi mühakiməsi qarşısında cavab verirlər. Onların xəyanətkar siması Azərbaycanın müstəqillik tarixində dövlətə qarşı qurulmuş ən təhlükəli sui-qəsd cəhdlərindən biri kimi həkk olunacaq. 


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:32
13 Fevral

Dünya birjalarında neft ucuzlaşıb

10:12
13 Fevral

Ariel Kohen: Vensin səfəri Tramp administrasiyasının Ağ Evdə bağlanmış tarixi sülh müqaviləsinin tam arxasında dayandığını göstərir  

10:11
13 Fevral

Azərbaycan nefti ucuzlaşıb

10:10
13 Fevral

Argentina sahillərində nəhəng meduza tapılıb

10:00
13 Fevral

Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində  

09:59
13 Fevral

Azərbaycanın göndərdiyi enerji avadanlıqları İrpen şəhərində təhvil verilib

09:48
13 Fevral

Yüksək qan təzyiqinin gözlənilməz səbəbi müəyyən edilib

09:46
13 Fevral

Rəqəmsal iqtisadiyyatın genişlənməsi əlavə dəyər yaradan sahələrin inkişafına da təkan olacaq

09:42
13 Fevral

BMT-nin insan hüquqları üzrə Ali komissarı Ukraynanın enerji infrastrukturuna zərbələrə son qoymağa çağırıb  

09:41
13 Fevral

Moskvada Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələləri müzakirə olunub

09:40
13 Fevral

Şimali Atlantika Alyansının yeni Arktika strategiyası

09:15
13 Fevral

Ağ xalatın məsuliyyəti

09:10
13 Fevral

"Könüllülük Akademiyası" layihəsi çərçivəsində növbəti tədbirin ünvanı Neftçala olub

09:05
13 Fevral

Biz yeniyetmələrə yaradılan şəraitə görə dövlətə borcluyuq

09:00
13 Fevral

BP 2025-ci ilin hesabatını açıqlayıb 

08:55
13 Fevral

Bakının növbəti qardaşı Əbu-Dabi olacaq

08:50
13 Fevral

Yeniyetmə zorakılığı: görünən hadisə, görünməyən səbəblər

08:45
13 Fevral

Azərbaycanın təcrübəsi yeni və real yanaşma kimi dəyərləndirilir

08:40
13 Fevral

Bu günün və gələcəyin çağırışı: rəqəmsallaşma və süni intellekt

08:35
13 Fevral

Humanitar diplomatiyada Leyla Əliyeva nümunəsi

08:30
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!