30 Oktyabr 2024 14:45
268
CƏMİYYƏT
A- A+
Xaricdə Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edir

Xaricdə Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi davam edir.

Mərkəzin mətbuat xidmətindən "Azərbaycan" qəzetinə bildiriblər ki, layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın K.Oxridski adına Sofiya, Hindistanın Şri Şri və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2024-2025-ci tədris ilində fənnin tədrisinə yenidən start verilib.

Qeyd olunub ki, tədrisi Türkiyədə professor Qafar Mehdiyev və Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru, professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru, yaponşünas alim, Yaponiyanın dövlət təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda Kliment Ohridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva, Hindistanda isə Şri Şri universitetinin müəllimi Kənan Məmmədov aparırlar. Tələbələrə Azərbaycanın tarixi, mədəniyyəti, multikulturalizm siyasəti və iqtisadiyyatı haqqında geniş məlumat verilir.

Layihə çərçivəsində Azərbaycan multikulturalizmi fənninin tədris edildiyi universitetlərdə konfranslar, dəyirmi masalar, seminarlar, mühazirələr təşkil olunur. Belə tədbirlərdən biri Rumıniyanın Aleksandr İoan Kuza Universitetindəki Azərbaycan Multikulturalizmi Mərkəzində keçirilib. Tədbirdə professor Ludmila Bejenaru Azərbaycanın multikulturalizm siyasətindən danışıb. O bildirib ki, Azərbaycanın multikulturalizm siyasətinin məqsədi ümumbəşəri dəyərlərə sadiqlik, xalqların etnik, dil və mədəni özünəməxsusluğunun qorunub saxlanılmasına əsaslanır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq təşəbbüsünün real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2015-ci ildən “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici universitetlərdə tədrisi layihəsini həyata keçirir. Bu günədək dünyanın 27 universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunub. Layihə çərçivəsində tədrisə cəlb olunan tələbələr ildə iki dəfə təşkil olunan Beynəlxalq Multikulturalizm Yay və Qış Məktəblərində iştirak etmək imkanı qazanırlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!