02 İyul 2026 14:01
161
CƏMİYYƏT
A- A+
Xalqa və dövlətə xidmət təntənəsi 

Xalqa və dövlətə xidmət təntənəsi 

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib.

Respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı da ziyarət olunub.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Polis Gününə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad edilib.

Peşə bayramı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.

O, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki bazanın yaradıldığını, müasir dövrün çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini bildirib.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyi qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın sürətlənməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.

Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür ifadə olunub.

General-polkovnik Vilayət Eyvazov təntənəli mərasimin iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının qazanılan uğurlardakı rolunu xüsusi vurğulayan daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran ordusu: ABŞ qırıcı təyyarələrinin Hörmüz üzərində uçması regional təhlükəsizliyə təhdid yaradır  

14:53
02 İyul

“AzərEnerji”nin ixrac gəlirləri 2 dəfəyədək artıb  

14:45
02 İyul

Azərbaycan-Aİ münasibətləri yeni mərhələyə daxil olur  

14:40
02 İyul

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes-forumuna ev sahibliyi edib - YENİLƏNİB

14:36
02 İyul

Xalqa və dövlətə xidmət təntənəsi 

14:01
02 İyul

Fərid Qayıbov: Bakıda mühüm qərarlar qəbul edildi

13:47
02 İyul

Sabah paytaxtda 35, rayonlarda 36 dərəcəyədək isti olacaq

13:34
02 İyul

Qambiyanın gənclər və idman naziri: UNESCO-nun Bakıdakı iclası məhsuldar keçir

13:32
02 İyul

Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib

13:32
02 İyul

Çempionlar Liqası: “Araz-Naxçıvan” mübarizəyə əsas mərhələdən başlayacaq

13:31
02 İyul

Azərbaycanın sülh təşəbbüsü Avropa İttifaqı tərəfindən də dəstəklənir

13:27
02 İyul

Rusiyanın İsveçdəki səfirliyi PUA-ların hücumuna məruz qalıb

12:57
02 İyul

ABŞ İraqa dollar göndərişlərini bərpa edib  

12:05
02 İyul

Rusiya və Ukraynanın qarşılıqlı hava zərbələri nəticəsində mülki əhali arasında itkilər var  

11:47
02 İyul

Dünya çempionatında 1/8 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşəcək

11:45
02 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:36
02 İyul

İtkin düşmüş şəxslərlə bağlı yeni rəqəmsal platforma istifadəyə verilib 

11:29
02 İyul

“Türk Dünyası Həftəsi”nin iştirakçıları Şuşanın tarixi-mədəni irsi ilə tanış olublar

11:21
02 İyul

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib  

11:14
02 İyul

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb  

11:03
02 İyul

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb

11:00
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!