09 Iyul 2024 18:16
306
DÜNYA
A- A+

VR oyunları üçün təkərli ayaqqabılar təqdim edilib

“Freeaim” şirkəti virtual reallıq (VR) oyunları üçün elektrikli təkərləri olan ağıllı ayaqqabılar hazırlayıb. “Freeaim VR Shoes” bir sıra xüsusiyyətləri ilə diqqət çəkir. Belə ki, insan bir ayağı ilə irəli addım atdıqda, digər ayaqqabı tayındakı çoxistiqamətli təkər modulları ayağı geriyə doğru hərəkət etdirərək istifadəçinin yerdə irəliləməsinə mane olur. Bundan əlavə, əgər istifadəçi real gəzinti sahəsinin kənarına yaxınlaşarsa, ayaqqabılar istifadəçini yavaş-yavaş mərkəzə qaytarmaqla harasa dəyməsinin qarşısını alır.

“Freeaim VR Shoes” ilə yeriyərkən və ya qaçarkən dönmək, dayanarkən dönmək və sola və ya sağa bir-iki addım atmaq da mümkündür. Lakin gələcəkdə geriyə doğru getməyin və davamlı olaraq yan-yana addımlar atmağın da mümkün olacağı bildirilir. VR ayaqqabı istifadəçinin çəkisindən asılı olaraq, 1.5-2 saat arasında batareya ömrü təklif edir. Onlar hazırda “SteamVR” tərəfindən dəstəklənən bütün VR qulaqlıqları və gəzinti mühiti olan əksər PC əsaslı VR oyunları ilə uyğun gəlir.

Smart ayaqqabı korporativ müştərilər üçün 4.999 dollara təklif edilir. “Freeaim”in qurucusu Alex Evansın sözlərinə görə, onlar önümüzdəki il təxminən 1000 dollar dəyərində istehlakçı modelini təqdim etməyi planlaşdırırlar.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video