10 Iyun 2024 19:57
568
Elm və texnika
A- A+

“Virgin Galactic” turistləri kosmosa aparıb

 

Riçard Branson tərəfindən təsis edilən kosmik turizm şirkəti “Virgin Galactic” kosmik təyyarəsinin dörd turisti Yerin orbitinin kənarına səyahətə apardığını bildirib. Bu, 2024-cü ildə turistlərin kosmik təyyarənin göyərtəsində ikinci uçuşudur.

“Virgin Galactic 07” missiyası türk, ABŞ və italyan sərnişinləri bir saatdan artıq davam edən uçuşla təxminən 88,51 kilometr yüksəkliyə aparıb. O, Nyu-Meksiko ştatındakı Amerika “Spaceport”undan qalxıb və geri qayıdıb.

Şirkət “Virgin Galactic”in son kommersiya uçuşunun uğurla həyata keçdiyini bildirib. 2026-cı ildə kommersiya xidmətinə girəcəyi gözlənilən dördüncü nəsil kosmik gəmi hazırda istehsal edilir.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video