01 Mart 2024 09:05
661
CƏMİYYƏT
A- A+
Vətən uğrunda ölməyi özünə şərəf bilirdi

Vətən uğrunda ölməyi özünə şərəf bilirdi

 

Torpaq - ona sahib çıxıb yolunda can verəndə, qan tökəndə, bir yüksəkliyi uğrunda minlərlə can fəda verməyə hazır olanda Vətən olur.
Şəhidlik zirvəsinə ucalan igidlərimiz bəlkə də ölümlərinin yurdumuza azadlıq, qələbə gətirəcəyi barədə heç düşünməmişdilər. Kiçik bir kənddən, balaca bir rayondan, şəhərdən çıxıb cəbhəyə getmişdilər. Vətən çağırmışdı, yurd "övladım, məni qoru" demişdi. Oğlanlarımız da əllərinə silah alıb ana Vətənin çağırışına hay vermişdilər… Getdilər və qanları ilə bu xalqın yeni qəhrəmanlıq dastanını yazdılar. 
44 günlük Zəfər müharibəsi zamanı vətənin çağırışına hay verənlərdən biri də şəhid Ayaz Qnyaz oğlu Xəlilov oldu. Ayaz Xəlilov 25 yanvar 1998-ci ildə Ucar rayonunun Alpout kəndində dünyaya gəlib. Üçüncü sinfə kimi ibtidai təhsilini Alpout kəndində alıb. Ailəsinin Bakı şəhərinə köçməsi ilə əlaqədar təhsilini Maştağa qəsəbəsindəki 128 saylı məktəbdə davam etdirib. Musiqiyə olan marağı Ayazı qəsəbədə yerləşən musiqi məktəbinə aparıb. O, burada respublikada tanınmış kaman ustası Elnur Salahovdan dərs alıb. Ailələrinin maddi durumunun ağırlığını hiss edən Ayaz 2015-ci ildə orta məktəbi bitirdikdən sonra musiqi sahəsində deyil, ailəyə kömək olmaq üçün başqa sahədə iş axtarmalı olur. Bir müddət avtomobil təmirçisi işləyir.
2016-cı ildə hərbi xidmətə çağırılan Ayaz Xəlilov müddətli hərbi xidmətini Murovdağda keçir. İşğalda olan başıqarlı şiş qayaları, Azərbaycan təbiətinin dilbər guşələrini görən gəncin qəlbi intiqam hissi ilə döyünür. 
 2020-ci ilin isti yay günləri Ayazın da ürəyinin odunu, alovunu artırır. Hərbi səfərbərlik idarəsinə gedib könüllü döyüşçü olmaq üçün qeydiyyatdan keçir. 21 sentyabrda qardaşı Samiri Vətənə xidmət etmək üçün cəbhəyə yola salanda qucaqlayıb bağrına basaraq "Sənin bəxtin gətirdi, yaxşı yol. Mən də ardınca gələcəyəm" deyib qardaşına uğurlar arzulayır. Sentyabrın 28-də isə Ayazın gözlədiyi xəbər gəlir.
Anası Xalidə xanım o günləri belə xatırlayır: "Ayazın üzündə sanki gün doğmuşdu. Elə bil cəbhəyə, qanın, ölümün içinə deyil, toya, bayrama, hər hansı bir şənliyə gedirdi. Tələsirdi… Ayazı yola salanda nənəsi onu müqəddəs kitabımız "Quran"ın altından keçirdi. Oktyabrın 4-ü gecə saat 12 radələrində zəng etmişdi. Son sözü bu oldu ki, məndən narahat olmayın. Bir-iki gün telefonla danışmaq imkanım olmayacaq. Elə mənimlə danışa-danışa komandirinin səsini də eşidirdim. Ayazı çağırıb deyirdi ki, "Xəlilov, tez gəl, ləngimək olmaz". Bu, bizim Ayazla son danışığımız oldu".
Döyüş yoldaşı Ağasıyev Tural Rasim oğlu o günləri xatırlayaraq deyir: 
- Çox maraqlı adam idi. İnsanlarla münasibət qurmaqda olduqca mahir idi. Qısa bir zamanda bütün komandanlıq və şəxsi heyət arasında özünə böyük sevgi, hörmət qazana bilmişdi. 
Oktyabrın 6-sı səhər saat 6-7 radələrində kolonla döyüş mövqeyinə doğru hərəkətə başladı. Döyüş planı qurulanda bildim ki, bu dəfə Həsənqaya, Levonarx istiqamətində irəliləməli olacağıq. Birinci mövqe ilə ikinci mövqeyin arasında 900 metrə yaxın məsafə var idi.
Həmin ərazidən irəliləyib düşmənin əlində olan ikimərtəbə deyilən postu və həmin ərazini ələ keçirməliydik. Oranı azad etdikdən sonra Gödəkburun və 530 istiqamətində irəliləməliydik. Bu döyüşdə məndən bir qədər aralıda Xəlilov Ayazın qorxmadan bizə tuşlanan o mərmiləri heçə sayaraq irəlilədiyini gördüm. 
Bu döyüşdə iki ayağımdan yaralandım. Məndən bir qədər aralıda Ayaz da yaralanaraq yerə uzanmışdı. Mən sürünə-sürünə Ayazın yanına gəldim. Dedim "qardaş, vəziyyət ağırdır, taleyimizə nə yazılıbsa, o da olacaq". Ayazın yarası ağır idi. O anları xatırlayanda belə dəhşətə gəlirəm… Ayaz qəlpə yarası almışdı. Dedim "Ayaz, narahat olma, yəqin indi təxliyə gəlib bizi çıxarar". Dedi ki, "deyəsən Allah mənim səsimi eşidib, arzuma çatıram. Mən şəhid oluram". Ayazı qucaqlayıb ona təsəlli vermək istəyirdim. Elə bu andaca Ayaz qucağımda son nəfəsini verdi. 
Vətən müharibəsində göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ayaz Xəlilov "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olundu.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!