07 Noyabr 2025 16:38
565
CƏMİYYƏT
A- A+
Vətən Müharibəsi Qəhrəmanı: Əminəm ki, bu gün bütün şəhid qardaşlarımızın ruhu şaddır  

Vətən Müharibəsi Qəhrəmanı: Əminəm ki, bu gün bütün şəhid qardaşlarımızın ruhu şaddır  


Türkiyədə 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz şanlı Zəfərimizin beşinci ildönümünü qeyd etdik. Qardaş Türkiyə xalqı ilə belə bir günü qeyd etmək çox sevindiricidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev deyib.

Qarabağ Zəfərinin əsasında Ordu quruculuğumuzun durduğunu, bunun da ilk növbədə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən Qəzənfər Ağayev deyib: “Ümummilli Lider xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra mühüm islahatlara imza ataraq dövlətin dirçəlişinə istiqamət verdi. O gün bizim dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycanın müasir Ordu quruculuğunun da əsası məhz o dövrdə qoyuldu. Ötən bu otuz il ərzində isə Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin əzmkarlığı sayəsində Azərbaycan əsgəri 2020-ci il sentyabrın 27-də törədilən təxribatlara cavab olaraq əks-hücum əmri ilə irəli atıldı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızı, Vətənimizin bir parçasını işğaldan azad etdik. Təbii ki, burada ölkə başçımızın da çıxışlarında dediyi kimi, dövlətin nə qədər gücü olsa da Qələbəni qazanan onun əsgəri, zabitidir. Hər bir Qələbəmiz şəhidlərimizin canı, qazilərimizin qanı ilə yazıldı”.

Zəfərə gedən yolda xalq, dövlət və Ordu birliyinin vəhdətinin məhz Ali Baş Komandanımız tərəfindən təşkil edildiyini vurğulayan müsahibimiz bildirib ki, bu Qələbə xalqımızın dəmir yumruq ətrafında sıx birləşməsinin nəticəsidir. Ölkə başçımız bu Qələbəni şəhidlərin əmanəti kimi qiymətləndirdi və müharibədən sonrakı dövrdə atdığı addımlarla bu Zəfəri daha yüksək səviyyələrə qaldırdı.

“Mən əminəm ki, bu gün Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan bütün qardaşlarımızın ruhu şaddır. Bizim tək istəyimiz dövlətimizin suverenliyi, ərazi bütövlüyü və xalqımızın firavan yaşamasıdır”, -deyə o bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XİN İran ərazisindən Naxçıvana edilən dron hücumları barədə bəyanat yaydı, İran səfiri nazirliyə çağırıldı  

12:54
05 Mart

Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub

12:41
05 Mart

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sənayesində investisiyalar 26 faizədək artıb 

12:02
05 Mart

Uşaqları və gəncləri idmana təşviq etmək daha sağlam nəslə sərmayə qoymaqdır

11:43
05 Mart

Nazir: Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə əmək müqavilələrinin sayı 1 milyonu ötüb

11:23
05 Mart

Baş nazirin müavini: Azərbaycan iqtisadi siyasətini qlobal proseslərin real təsirləri nəzərə alınmaqla formalaşdırır  

11:17
05 Mart

“New York Post”: Heydər Əliyev Mərkəzi beynəlxalq incəsənət mərkəzinə çevrilir

11:07
05 Mart

Azərbaycandan Ermənistana neft məhsulları və Rusiya gübrəsi yola salınıb

10:51
05 Mart

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

10:50
05 Mart

Dünya bazarında qızıl 40 dollaradək bahalaşıb

10:16
05 Mart

Dünya birjalarında neft bahalaşıb

10:08
05 Mart

Azərbaycan nefti ucuzlaşıb

10:02
05 Mart

Keçmiş məcburi köçkün: Sevincimizin həddi-hüdudu yoxdur 

09:47
05 Mart

Ağdam sakini: Həmişə düşünürdüm ki, mütləq qayıdacağıq 

09:36
05 Mart

Avropada sığınacaq axtaranların sayı xeyli azalıb

09:15
05 Mart

Keçmiş məcburi köçkün: 32 yaşımda 4 nəfərlə çıxmışdıq, 66 yaşımda 10 nəfərlə qayıdıram 

09:13
05 Mart

"Alimlərin sultanı"

09:10
05 Mart

Növbəti Beynəlxalq Xalça Festivalı mayda keçiriləcək

09:05
05 Mart

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

09:04
05 Mart

Bənzərsiz memarlıq abidəsi 

09:00
05 Mart

Özü xalqın xatirəsində, adı zamanın yaddaşında yaşayır

08:55
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!