31 Oktyabr 2024 08:05
429
SİYASƏT
A- A+
Vədini layiqincə doğruldan Prezident

Vədini layiqincə doğruldan Prezident


21 il əvvəl, 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərində xalqımız Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə etimad göstərməklə özünün tarixi seçimini etdi. Çünki həmin seçkilərdə vətəndaşlar Heydər Əliyev siyasi kursunun davamına, Azərbaycanın inkişafına, respublikamızın aydın və etibarlı gələcəyinə səs verdi.

Bu gün isə cənab İlham Əliyevin Prezident kimi ilk dəfə dövlətə və xalqa sədaqət andı içməsindən 21 il ötür. Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki çıxışı, əslində, Azərbaycanın gələcək yüksəliş yolunun manifesti idi. Andiçmə mərasimindəki nitqində cənab İlham Əliyev respublikamızın əsas milli hədəflərini, prioritet məqsədlərini bəyan etdi. Dövlət başçısı eyni zamanda bu hədəflərə doğru gedəcəyimiz yolların aydın və dəqiq konturlarını cızdı, bununla bağlı qarşımızda dayanan vəzifələri müəyyənləşdirdi. 

Ötən 21 ilin reallıqları göstərir ki, Prezident İlham Əliyevin ilk dəfə andiçmə mərasimində qeyd etdiyi bütün məsələlər həyata vəsiqə alıb, dövlətimiz öz hədəflərinə layiqincə çatıb. Məsələn, Azərbaycanın inkişafı ilə bağlı Prezident İlham Əliyev andiçmə mərasimində demişdi: "Xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcəkdir. Yeni zavodlar, fabriklər istifadəyə veriləcəkdir. Sahibkarlığın inkişafı üçün tədbirlər planı, Azərbaycanda iqtisadi inkişaf proqramı hazırlanır. Bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcəkdir. Bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik".

2003-cü ildən ötən 21 ildə Azərbaycanın ən mühüm nailiyyətlərindən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi inkişaf məsələlərinin prioritet vəzifə olaraq müəyyən edilməsi isə təsadüfi deyildi. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Bu məqsədlə düşünülmüş və əsaslandırılmış iqtisadi kursa və dövlət proqramlarına söykənən islahatlar həyata keçirildi. O cümlədən regionların iqtisadi potensialı hərəkətə gətirildi. 

Bir neçə makroiqtisadi göstəricilərə nəzər salmaqla ötən 21 ilin iqtisadi inkişafının əzəmətli miqyasını görə bilərik.  Məsələn, 21 il əvvəl Azərbaycanda dövlət büdcəsinin gəlirləri cəmi 1 milyard 220,9 milyon manat idi. Bu gün isə dövlət büdcəmizin gəlirləri 40 milyard manata yaxınlaşıb. Respublikamızda müdafiə xərcləri  2003-cü ildə cəmi 255 milyon manat idi. Bu gün isə büdcəmizin hərbi xərcləri 6 milyard manatı ötüb. 21 il əvvəl respublikamızın cəmi 1,8 milyard dollar valyuta ehtiyatları var idi. Son məlumatlara əsasən, ölkəmizin strateji valyuta ehtiyatları 73 milyard dolları ötmüşdür və bu 2003-cü illə müqayisədə 40,5 dəfə artım deməkdir. 

Olduqca qürurvericidir ki, respublikamızda ÜDM istehsalının illik həcmi 100 milyard manatı ötüb. Bu il isə ÜDM istehsalının nominal 121,3 milyard manat olacağı proqnozlaşdırılır. Elə bu iqtisadi artımın nəticəsidir ki, ötən 21 ildə respublikamızın iqtisadiyyatı 3,4 dəfədən çox böyüyüb.

İqtisadiyyatın inkişafı və artan maliyyə imkanları digər sahələrin də yüksəlişinin lokomotivinə çevrildi. Bu illər ərzində Azərbaycanda vətəndaşların sosial rifahının yüksəlməsi, maaş və pensiyaların dəfələrlə artması, 3600-dən sox məktəb binasının, 750-dən artıq tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası, orbitə 3 peykin çıxarılması, 3 min meqavatdan artıq yeni generasiya gücünün yaradılması, ölkə üzrə qazlaşdırmanın səviyyəsinin 51 faizdən 100 faizə yaxınlaşdırılması, 21 min kilometrə yaxın avtomobil yolu tikilib və ya yenidən qurulması Azərbaycanın yüksəlişinin mükəmməl nümunələridir.

21 il əvvəl andiçmə mərasimində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün ən ağır problem olduğunu və  ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyini deyən Prezident İlham Əliyev bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun torpaqlarımız işğaldan azad ediləcək: "Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir".

Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı inkişaf etdirməklə, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün əlverişli tarixi zəmin formalaşdırdı. Dövlət başçısı sülh danışıqlarına sadiq qalmaqla, ordumuzu da gücləndirdi. Müxtəlif tədbirlərdə, görüşlərdə etdiyi çıxışlarda Prezident İlham Əliyev sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə torpaqlarımızın güc yolu ilə azad ediləcəyini bildirdi. Bu məqsədlə Silahlı Qüvvələrimizin döyüş imkanları ən müasir səviyyəyə çatdırıldı. Beləliklə, 2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir" sözlərinin təntənəsinə çevrildi.

Ötən 21 ildə Azərbaycanda baş verən bütün pozitiv dəyişikliklər Prezident İlham Əliyevin 2003-cü il oktyabrın 31-də andiçmə mərasimində söylədiyi fikirləri təcəssüm etdirir. Bu illər ərzində Azərbaycanın keçdiyi dinamik inkişaf yolu təsdiq edir ki, Heydər Əliyev siyasi kursunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının alternativi yoxdur. 


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!