11 Noyabr 2024 12:00
286
COP29
A- A+
Vander Groeben: Azərbaycanın iqlimlə bağlı göstərdiyi səylərə heyran qaldım  

Vander Groeben: Azərbaycanın iqlimlə bağlı göstərdiyi səylərə heyran qaldım  

Artıq üç ildir ki, Azərbaycanda yaşayıram və burada keçirilən COP29 kimi mötəbər beynəlxalq tədbirə hazırlıqları izlədikcə, ölkənin iqlimlə bağlı göstərdiyi səylərə və ayrılan vaxta heyran qaldım. Hər detalın diqqətlə nəzərdən keçirilməsi, bütün infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın bu mühüm tədbirə necə önəm verdiyini sübut edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Cənubi Afrika Respublikasından olan xanım iştirakçı Vander Groeben söyləyib.

COP29-un təşkil olunmasının Azərbaycanın beynəlxalq arenada tanıdılmasına kömək edəcəyini diqqətə çatdıran Vander Groeben bildirib: “Təəssüf ki, çox insan hələ də Azərbaycanı Asiya regionunda olan bir ölkə kimi tanımır. Belə mötəbər tədbirlər məhz bu boşluğu dolduracaq, ölkənin turizm cəlbediciliyini artıracaq. Belə ki, tədbirdə iştirak edənlər, habelə media vasitəsilə Azərbaycan haqqında məlumatı olanlar ölkəyə səfər etmək istəyəcəklər. Digər tərəfdən, COP29-un ekoloji dayanıqlıq sahəsində də əhəmiyyətli bir təsir göstərəcəyinə inanıram”.

Dünyada təbiətin və ya ekosistemlərin qorunmasının mühüm bir vəzifə olduğunu deyən qonaq əlavə edib: “COP29 tədbiri zamanı bu sahədə müxtəlif biliklərin paylaşılması yerli əhali üçün də dəyərli təcrübə olacaq. Azərbaycan xalqı bu tədbir vasitəsilə qlobal ekoloji problemlər haqqında daha çox məlumat əldə edəcək və davamlı inkişaf məqsədlərinin əhəmiyyətini daha dərindən qavrayacaq. Mən əslən Cənubi Afrikadanam, lakin üç ildir Azərbaycanda yaşayıram. Burada keçirilən belə bir tədbirin həm ölkə üçün, həm də beynəlxalq cəmiyyət üçün nə qədər dəyərli olduğunu bir daha vurğulamaq istəyirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!