02 Dekabr 2025 21:33
421
DÜNYA
A- A+
Üzv dövlətlərin BMT qarşısında yaranmış borcu 1,6 milyard dollara yaxınlaşıb  

Üzv dövlətlərin BMT qarşısında yaranmış borcu 1,6 milyard dollara yaxınlaşıb  


Üzv dövlətlərin BMT-nin büdcəsinə ödənişləri uzun müddət gecikdirməsi və bunun nəticəsində yaranan təxminən 1,6 milyard dollarlıq ümumi borc təşkilatın effektiv fəaliyyət göstərmək imkanını zəiflədərək gələn ilin büdcə planında nəzərdə tutulan kəskin ixtisarlara baxmayaraq vəziyyəti daha da çətinləşdirir.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Baş Assambleyanın büdcə məsələlərinə baxan Beşinci Komitəsinin iclasında bildirib.

Baş katibin sözlərinə görə, likvidlik vəziyyəti qeyri-sabit olaraq qalır və bu problem yekun büdcənin həcmi nə qədər olursa-olsun, davam edəcək. O, üzv dövlətlərin qəbuledilməz həcmdə borc yığdığını vurğulayıb.

BMT 2024-cü ili 760 milyon dollar məbləğində ödənilməmiş üzvlük haqları ilə başa vurub və bu məbləğin böyük hissəsi hələ də ödənilməyib. Üstəlik, 2025-ci il üzrə ödənilməli olan 877 milyon dollar da daxil olmayıb. Beləliklə, ümumi borc təxminən 1 milyard 586 milyon dollar təşkil edir.

Cari ilin başa çatmasına beş həftədən az vaxt qaldığı bir zamanda BMT-yə üzv 193 dövlətdən yalnız 145-i 2025-ci il üzrə üzvlük haqlarını tam şəkildə ödəyib. ABŞ da daxil olmaqla bir sıra əsas donorlar hələ də ödəniş etməyib, Çin isə ödənişi 29 oktyabrda tam həyata keçirib. Rusiya da borcunu hələ ödəməyənlər sırasındadır.

Baş katib bildirib ki, o, üzv dövlətləri dəfələrlə üzvlük haqlarını tam və vaxtında ödəməyə çağırıb.

Quterreşin xəbərdarlığı BMT-nin 2026-cı il üçün yenidən işlənmiş müntəzəm büdcə göstəricilərinin müzakirə edildiyi bir vaxtda səslənib. Bu göstəricilərdə “BMT-80” islahatı çərçivəsində nəzərdə tutulan dərin struktur ixtisarlar artıq əksini tapır. Bu təşəbbüs təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasına və xərclərin azaldılmasına yönəlib.

Yenilənmiş təklifə əsasən, BMT-nin 2026-cı il üzrə müntəzəm büdcəsi 3 milyard 238 milyon dollar olacaq ki, bu da 2025-ci illə müqayisədə 577 milyon dollar və ya 15,1 faiz azdır. 2 681 vəzifənin ixtisarı planlaşdırılır ki, bu da hazırkı səviyyənin 18,8 faizinə bərabərdir.

Xüsusi siyasi missiyaların büdcəsi 2025-ci illə müqayisədə 21 faizdən çox azaldılacaq. Bu azalma əsasən missiyaların bağlanması və şəxsi heyətin optimallaşdırılması ilə bağlıdır.

Xərclərə qənaət məqsədilə BMT əməkhaqqı ödənişlərinin vahid qlobal sistemdə birləşdirilməsini və Nyu-Yorkla Banqkokda ümumi inzibati mərkəzlərin yaradılmasını planlaşdırır. Katiblik, həmçinin daha aşağı xərc tələb edən regionlara köçürülə biləcək funksiyaların siyahısını nəzərdən keçirir. 2017-ci ildən bəri Nyu-Yorkda icarə müqavilələrinin ləğvi BMT-yə 126 milyon dollar qənaət etməyə imkan verib və 2028-ci ilə qədər illik əlavə 24,5 milyon dollarlıq qənaət gözlənilir.

Yenilənmiş büdcə göstəriciləri inzibati və büdcə məsələləri üzrə Məsləhət Komitəsi tərəfindən araşdırılıb və ilin sonunadək təsdiqlənməsi üçün Beşinci Komitədə müzakirə olunur. Məşvərət Komitəsinin sədri Culiana Qaspar-Ruas bildirib ki, komitə islahatı alqışlayır, lakin xəbərdarlıq edib ki, yenidən işlənmiş göstəricilər çox qısa müddətdə hazırlanıb və bu, bəzi ixtisarların əsaslandırılmasını kifayət qədər diqqətlə qiymətləndirmək imkanını məhdudlaşdırıb.

Üzv dövlətlər Baş katibin yenilənmiş büdcə göstəricilərinin təqdim edilməsinə dair səylərini dəstəkləyib, likvidlik problemlərini qəbul etdiklərini, daha güclü və çevik BMT-yə dəstək verdiklərini qeyd ediblər. Bununla belə, bir sıra nümayəndəliklər sənədlərin gec təqdim olunması və müzakirələr üçün ayrılan qısa müddətin bu materialları diqqətlə təhlil etməyə mane olduğunu vurğulayıb.

Bəzi diplomatlar təklif olunan ixtisarların rəhbər vəzifələrdən daha çox aşağı və xidməti heyəti əhatə etməsindən narahatlıq bildiriblər. Onlara görə, bu vəziyyət coğrafi balansı və kadrların yenilənməsini təhlükə altına alır. Digərləri isə ixtisarların BMT-nin əsas fəaliyyət istiqamətləri arasında bərabər şəkildə bölüşdürülmədiyini, ən böyük ixtisarların inkişaf proqramlarını əhatə etdiyini qeyd ediblər.

Baş katib bu narahatlıqları anlayışla qarşıladığını bildirib və qeyd edib ki, təşkilatın inkişaf üzrə, o cümlədən Afrika qitəsi qarşısındakı öhdəlikləri tamamilə fundamental xarakter daşıyır.

BMT-nin büdcəsi ilin sonunadək Baş Assambleya tərəfindən yekun şəkildə təsdiqlənməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ərəb Liqasının sabiq Baş katibi: XXI əsrdə qlobal təhlükəsizliyin əvvəlki mənası dəyişir

14:15
12 Mart

Şarl Mişel: Avropa İttifaqının əsas prinsipləri təhdid altındadır  

14:14
12 Mart

Rusiya Azərbaycan vasitəsilə İrana tibbi ləvazimatlar göndərəcək  

14:12
12 Mart

İraqın neft limanları fəaliyyətini dayandırıb

14:11
12 Mart

UNESCO təmsilçisi: Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, qlobal problemlərin həllində böyük rol oynayır

14:09
12 Mart

Timor-Leste Prezidenti: Sülhün təmin edilməsi üçün dialoq və əməkdaşlıq hər zaman prioritet olmalıdır  

14:08
12 Mart

XIII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir YENİLƏNƏCƏK  

14:07
12 Mart

Pentaqon: ABŞ İrana qarşı müharibənin ilk altı günündə 11,3 milyard dollar xərcləyib  

14:03
12 Mart

DİN: İstehlakçıların aldadılması və keyfiyyətsiz məhsulların satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub  

14:01
12 Mart

Rumıniyanın sabiq Baş naziri: Enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə Avropa üçün çox vacibdir  

13:42
12 Mart

Media: Yaxın Şərqdə gərginlik fonunda neftin qiyməti 100 dolları ötüb

13:39
12 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

13:23
12 Mart

Gürcü mediası Azərbaycan Prezidentinin və Aİ Şurasının Prezidentinin mətbuata bəyanatlarına geniş yer ayırıb  

13:00
12 Mart

Çilinin yeni Prezidenti Jose Antonio Kastın inauqurasiya mərasimi olub

12:55
12 Mart

Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb  

12:47
12 Mart

Binəli Yıldırım: Azərbaycan regional əməkdaşlıqda nümunədir

12:43
12 Mart

AMB: Maliyyə sektorunun dayanıqlı inkişafı istehlakçıların hüquqlarının etibarlı müdafiəsindən asılıdır  

12:38
12 Mart

UN-Habitat-ın icraçı direktoru: Bakı Forumu düşüncə adamlarının açıq danışa bildiyi platformaya çevrilib  

12:36
12 Mart

Azərbaycan nümayəndə heyəti Çində minatəmizləmə sahəsində təlim proqramları ilə tanış olub

12:35
12 Mart

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizədək artıb

12:30
12 Mart

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edib YENİLƏNİB

12:21
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!