23 Oktyabr 2024 09:30
4543
Səhiyyə
A- A+
Uzunömürlülük yalnız genetik miras deyil

Uzunömürlülük yalnız genetik miras deyil


Həm də sağlam yaşamağın nəticəsidir


İnsan özünə qulluq etməli və sağlamlığını qorumalıdır. Bu cümləni tez-tez oxuyur və ya eşidirik. Bəs sağlamlığı qorumaq asandırmı? Təbii ki, bəziləri üçün hə, bəziləri üçün yox. 

Əsas problemlərdən biri odur ki, çoxları gələcəyi düşünüb, orqanizmə yatırım etməkdənsə, anlıq yaşamağa və ya günü başa vurmağa üstünlük verirlər.  Necə deyərlər, "5 günlük dünyadır", yaşadığımız andan həzz almalıyıq prinsipi ilə ömür sürürlər. Amma bu günü düşünərkən gələcəyi də unutmamalıyıq. Çünki dünyaya bir dəfə gəlirik və orqanizmimiz ömrümüzün sonunadək bizimdir.


Necə olmağa qərar veririksə, o cür də oluruq


Bəzən uzunömürlülüyü yalnız irsi faktorlara bağlayırlar. Mütəxəssislər isə bunun əksini deyirlər. Türkiyəli professor Osman Müftüoğlunun sözlərinə görə, həyat tərzi seçimləri və ətraf mühitin təsirləri həyatın müddətini, keyfiyyətini təyin etməkdə daha təsirli və həlledici rol oynayır. O bildirib ki, otuz il əvvəl uzunömürlülüyün 30 faizinin genetika ilə bağlı olduğu düşünülürdüsə, 15-20 il əvvəl tədqiqatçılar bu rəqəmi 20 faizə endirdilər. ABŞ-nin Stenford Universitetinin Uzun Ömür Tədqiqatları Mərkəzi son 10 ildə bu rəqəmdən də imtina edərək, onu 10, hətta 5 faizə qədər azaldıb.

Mərkəzin təsisçi və prezidenti Laura L.Karstensenin fikrincə, uzunömürlülüyü araşdırarkən hətta doğuşdan əvvəl, körpənin ana bətninə düşdüyü andan başlamaq lazımdır. Çünki valideynlərdən miras alınan genlər bütün hüceyrələrdə kodlaşdırılsa da, prosesin sonrakı dövrlərdəki gedişatı əsas meyar olmalıdır. Həyatımız boyu, o cümlədən ana bətnində və körpəlikdə həyat keyfiyyətimiz, fəaliyyət səviyyəmiz, nəfəs aldığımız hava, içdiyimiz su, məruz qaldığımız streslər, bir sözlə, DNT-mizdən kənar faktorlar bunu daha çox müəyyən edir. Elmi araşdırmalara görə, biz necə olmağa qərar veririksə, o cür də oluruq. Qısası, uzunömürlülük yalnız genetik miras deyil.

Bədənimiz ətraf mühitə görə formalaşır. Bunun səbəbi isə epigenetikadır. Epigenetika genlərin fəaliyyətindəki dəyişiklikləri öyrənir. Başqa sözlə desək, DNT sadəcə məlumatdır, epigenetika isə onun necə işləyəcəyini söyləyən, nə edəcəyini və ya etməyəcəyini təyin edən "proqram təminatı"dır. Onun sayəsində əldə edilən yeni, həyəcanverici və ruhlandırıcı məlumatlar sübut edir ki, insanların şəxsi qərar və seçimləri, habelə yaşadığı mühit şəraiti genlərə təsir edir, onları yaxşı və ya pis yönə doğru dəyişir. DNT dəyişməsə belə hər yaşda "proqram təminatı"nı dəyişmək şansı var.


Məqsəd sağlam və məhsuldar ömrü uzatmaqdır


Alimlərin fikrincə, ana südü vasitəsilə körpələrin təkcə qarnı doymur. Həmin südlə körpə orqanizminə daxil olan epitel toxumaları onu yenidən proqramlaşdırır. Bəlkə də bu səbəbdən uzun müddət ana südü ilə qidalanan uşaqlar daha sağlam və xoşbəxt böyümək şansına sahib olurlar. Amma bu o demək deyil ki, ana südündən məhrum olan uşaqların orqanizminə bərpa olunmayan zərərlər dəyir. Hər şey insanın öz əlindədir.

Uzunömürlülükdə əsas hədəf təkcə ömrü uzatmaq deyil. Bu zaman yalnız kəmiyyət deyil, keyfiyyət də önəmlidir. Hədəf ömrün illəri ilə sağlamlıq müddətini bərabərləşdirməkdir. Ancaq zamanın və ətraf mühitin zərərli təsirləri hüceyrələrimizdəki təmir mexanizmlərini zəiflətdiyi üçün xüsusilə yaş 50-ni ötdükdən sonra bu pozulmaları düzəltmək şansımız getdikcə azalır.

Qida, hava və dəri vasitəsilə bədənimizə daxil olan kimyəvi toksinlər, təbii şüalanma, kompüter tomoqrafiyası, hətta hava limanlarında təhlükəsizlik dəhlizlərindən keçərkən məruz qaldığımız rentgen şüaları DNT-ni zədələyir. Digər tərəfdən, təəssüf ki, yaşlandıqca DNT-mizdəki bu aşınmaları təmir edəcək ferment sistemləri də bizimlə birlikdə qocalır, yorulur və azalır. Məqsəd yalnız ömrü uzatmaq deyil, sağlam və məhsuldar ömrü uzatmaqdır.  İnsan həyat keyfiyyətini yaxşılaşdırmadan, yaddaşını, beynini, ürəyini, damarlarını, əzələlərini və sümüklərini kifayət qədər güclü və davamlı etmədən ömrünü uzada bilməz. Bunları isə müntəzəm məşq, balanslı qidalanma, keyfiyyətli yuxu və az streslə etmək mümkündür.

Sağlam yaşadığımız günlərin sayı nə qədər uzun olsa, həyatımız da bir o qədər mənalı və xoşbəxt olacaq. Xoşbəxt ömür üçün yalnız bədən sağlamlığı kifayət deyil, ruhumuz da sağlam olmalıdır. Yaşından asılı olmayaraq, hər kəs yeniliyə açıq olmalı, yaşın artdığını bəhanə gətirərək kənara, küncə çəkilməməlidir. Daim öyrənmək və yaddaşı yeniləmək mühüm məqamlardandır. Epigenetik saatla bağlı tədqiqatlar müntəzəm öyrənmə səyləri göstərən yaşlı insanların yaddaş itkisinə daha davamlı ola biləcəklərini göstərib. Bunun üçün yeni hobbilər tapmaq, yeni dil öyrənmək, fürsət tapdıqca görmədiyiniz yerlərə səyahət etmək lazımdır. Tənbəllik istənilən yaşda həm ruha, həm də bədənə xəyanətdir. Hər kəs mütəxəssislərin dediklərinə əməl edərək, irsiyyəti günahlandırmadan səbir və səy göstərərək uzun, keyfiyyətli, ən əsası isə  mənalı ömür sürə bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!